Gənc müəllim (qəzet)
"Gənc müəllim" qəzeti — Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbu orqanı.
Gənc Müəllim | |
---|---|
Format | A3, çap və elektron formada yayımlanır |
Təsisçi | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Baş redaktor | Cəfər Cəfərov |
Redaktor | Cavid Hüseynov, Taleh Mirzəyev, Asim İbrahimov, Elvin Vahidov (dizayner) |
Yaranma tarixi | 1 fevral 1958 |
Dil | Azərbaycan dili |
Qiymət | pulsuz |
Səhifə | 8 |
Ünvan | Bakı |
Tiraj | 500 |
adpu.edu.az/az/ |
Tarixi
1 fevral 1958-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində nəşr olunur. 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsinin tərkibində fəaliyyət göstərir. 2007-ci ildən redaksiyanın nəzdində "Gənc qələmlər" Yaradıcılıq Birliyi yaradılmışdır ki, bu birlikdə universitetin istedadlı gənc yazarları toplamışdır.
Qəzet 2010-cu ilin aprel ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2021-ci ilin yanvar ayından etibarən “Gənc Müəllim” qəzeti yeni üslub və dizaynda rəngli formada çap və elektron qaydada dərc edilməyə başlanılıb. Yenilənmiş “Gənc Müəllim” istedadlı tələbələrin yazıları, Vətən müharibəsi Şəhidləri, ADPU-nun məşhur məzunları haqqında silsilə maraqlı rublikalar təqdim etməklə yanaşı innovativ qəzetçiliyi də tətbiq edir. Belə ki, 2021-ci ilin fevral sayından başlayaraq xəbərlərdə QR kod texnologiyası ilə lazımi məlumatlara – mətn, foto və videofayllara hiperistinadın verilməsi təmin edilir.
Məqsədi
Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini işıqlandırmaqdır.
Əhəmiyyəti
Nəşri dövründə "Gənc müəllim" qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərmiş və tələbələrin elmi-mədəni səviyyəsinin yüksəlməsi məqsədilə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur.
Redaktorları
- Xəlil Köçərli (1958-1963)
- Kamal Qəhrəmanov (1963-1966)
- Zahid Xəlil (1966-1969)
- Sərhəd Məmmədov (1969-1972)
- Zakir Sərdarov (1972-1984)
- Əziz Axundlu (1984-2000)
- Təranə Rəhimli (2000-2006)
- Mənsur İbrahimov (2006)
- Ayətxan İsgəndərov (yanvar, 2007- fevral, 2015)
- Mənsur İbrahimov (mart, 2015 - 2016)
- Nigar Abbasova (2017 - aprel, 2018)
- Mahirə Mustafayeva (redaktor əvəzi) (may, 2018 - sentyabr, 2018)
- Günay Bağırlı (oktyabr, 2018 - iyun, 2019)
- Cavid Hüseynov, Taleh Mirzəyev, Asim İbrahimov, Elvin Vahidov (dizayner) (yanvar, 2021-dən)
Mənbə
- Azərbaycan Dövlət Pedaqoji Universiteti (1921-2006). Bakı, "Nurlan", 2006, 312 səh. - səh. 300
- Yusif Məmmədov. Azərbaycan Dövlət Pedaqoji Universiteti - 90. Bakı, "Təhsil", 2012, 432 səh. - səh. 397-399
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin saytında "Gənc müəllim" qəzeti haqqında səhifə. 2021-04-10 at the Wayback Machine (az.)
- "Gənc Müəllim" - 2021, yanvar
- "Gənc Müəllim" - 2021, fevral
- "Gənc Müəllim" - 2021, mart
İstinadlar
- ↑ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və infomasiya şöbəsi. 2012-04-23 at the Wayback Machine (az.)
- Sevda Zahidqızı. "Gənc müəllim"lə tanış olun.[ölü keçid] "Həftə içi" qəzeti. (az.)
- Azərbaycan Dövlət Pedaqoji Universiteti (1921-2006). Bakı, "Nurlan", 2006, 312 səh. - səh. 300
- Yusif Məmmədov. Azərbaycan Dövlət Pedaqoji Universiteti - 90. Bakı, "Təhsil", 2012, 432 səh. - səh. 397-399
- https://drive.google.com/file/d/1K_7NO94OuJM4bc5a82npm1cc3U6lD6OK/view?usp=drivesdk
- https://drive.google.com/file/d/1y3FWnqn9dzCd5ZlGIQJ75pg-lkVCY8Pp/view?usp=drivesdk
- https://drive.google.com/file/d/170SFcIR8ywK3_47-gXjGihWg_XSRLOOb/view?usp=drivesdk