Təranə Turan Rəhimli
Təranə Yusif qızı Rəhimli (20 fevral 1970, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994), DGTYB Məslət şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru (2004), dosent (2011).
Təranə Turan Rəhimli | |
---|---|
Təranə Yusif qızı Rəhimli | |
Doğum adı | Təranə |
Təxəllüsü | Turan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Yusif |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
İxtisası | filologiya |
Fəaliyyəti | şair, tənqidçi, ədəbiyyatşünas, jurnalist |
Fəaliyyət illəri | 1989-20.. |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı
Təranə Yusif qızı Rəhimli 1970-ci il fevralın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır (1976–1986). O, 1990-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı "Gənc müəllim" qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir . 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O, 1997-ci ildən "Kamal Talıbzadənin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını bitirərək müdafiə etmiş və elmlər namizədi adını almışdır. Təranə Yusif qızı Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir. O, burada əvvəlcə laborant, baş laborant, sonra universitetin "Gənc müəllim" qəzetində ədəbi işçi, məsul katib, baş redaktor, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsi tutmuşdur. İlk şeir və məqalələri 1987-ci ildən çap olunmağa başlamışdır. Təranə Yusif qızı Rəhimlinin yaradıcı fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Hələ tələbəlik illərində onun "Qar çiçəyi", "Addımlar" ədəbi birliklərinin yaradılmasında, "Addımlar" poeziya almanaxının nəşrində xüsusi rolu olmuşdur. Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlayan T.Rəhimli Azərbaycan Aşıqlar Birliyinin /poeziya şöbəsi üzrə/ (1992), Azərbaycan Jurnalistlər Birliyinin (1994), Dünya Gənc Türk Yazarlar Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin (1999) üzvü kimi respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini ləyaqətlə təmsil etmişdir. O, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, Azərbaycan Yazıçılarının X Qurultayına, Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmiş, bu tədbirlərdə onun məruzə və çıxışları maraqla qarşılanmışdır. O, 20-dən artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və rəyçisi olmuşdur. T.Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş "Böyük nəslin layiqli yadigarı" (2002) adlı monoqrafiyanın, "Dərdin pıçıltısı" adlı şeirlər kitabının (2007), "Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri" adlı dərs vəsaitinin (2008), "Sənə yazmadığım şeir" (Türkiyə/Ankara, 2013), "Sevgimdən tanıyacaqlar" (Türkiyə/İzmir, 2013) şeir kitablarının , "Azəbaycan nəsri və tənqid" (2017) monoqrafiyasının, "Bənövşəyi buludlar (Dünya poeziyasından tərcümələr)" (2018) kitabının, 200-dən artıq elmi-nəzəri məqalənin, 300-dək oçerk, esse və publisist yazının müəllifidir. Mətbuat orqanlarında 1993-ci ildən əmək fəaliyyətinə başlayan T.Rəhimli "Gənc müəllim" qəzetinin məsul katibi, baş redaktoru (1993–2006), "Zaman" qəzetinin məsul katibi (1996–1997), "Azərbaycan mübarizləri" qəzetinin baş redaktoru (1999), "Təhsil problemləri" qəzetinin redaktoru (2007–2008) olmuşdur. 2021-ci ildə "1960–1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi, ədəbi əlaqələr sahələri üzrə tədqiqatları vardır.
T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavr pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatından mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir. Həmçinin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Yaponiya üzrə regionşünaslıq təhsili alan tələbələrə Yapon ədəboyyatı, Yapon mədəniyyəti və incəsənəti tarixi fənlərini tədris edir. Şərqşünaslıq fakültəsində yaponşünasların ictimai fəallığını artırmaq yönündə səmərəli işlər görür. BDU-da Yaponiya səfirliyi ilə birgə keçirilən Yapon mədəniyyəti festivallarında Abdulla Şaiqin "Tıq-tıq xanımın nağılı", Təranə Turan Rəhimlinin "Qız qalası" əsərlərinin yapon dilinə tərcümə edilib səhnələşdirilməsi onun təşəbbüskarlığı və iştirakı ilə gerçəkləşdirilmişdir.
Təranə Turan Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının, yapon ədəboyyatının, Baıkan türkləri ədəbiyyatının, Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir. T.Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov, Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, Fəyyaz Sağlam, ədəbiyyatşünas Vasif Novruzov, Türkiyəli ədəbiyyatşünas Minara Aliyeva və b. yüksək fikir və rəylərini bildirmiş, onun yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər.Əsərləri 25 dilə tərcümə edilmiş,43 ölkədə nəşr edilmişdir.
Evlidir, iki övladı var.
Mükafatları
- 2009 — Milli Kitab Bayramının "İlin elmi kitabı" IX Bakı Kulturoloji Mükafatını almışdır .
- 2013 — Dünya Gənc Türk yazarlar Birliyinin Beynəlxalq Bakı Toplantısında "Türk Dünyasına Hizmət Ödülü"nü almışdır.
- 2014 — Türkiyə Aktivist Sənətçilər Birliyinin Beynəlxalq "Akif Səməd" Mükafatını almışdır.
- 2016 — Beynəlxalq Rəsul Rza mükafatı almışdır.
- 2016 — İtaliyada Pablo Neruda Mədəniyyət Mərkəzinin Beynəlxalq Ədəbiyyat Festivalı mükafatını almışdır.
- 2016 — İtaliyada Bari Aldo Moro Universitetinin "Millətlərarası qızıl körpü" ədəbi mükafatını almışdır.
- 2016- Beynəlxalq Mikayıl Müşfiq mükafatını almışdır.
- 2016 — Kərkük Kültür Dərnəyinin "Şərəf Hizmət ödülü"nü almışdır.
- 2017-İtaliyada Kalabriyanın Terra Melissa şəhərində "Veliero" Beynəlxalq şeir müsabiqəsinin qalibi olmuşdur.
- 2017- ADPU-da keçirilən "İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar" Respublika elmi konfransının "Ən yaxşı məruzə" diplomunu almışdır.
- 2018 — Qazaxıstanda Dünya Millətləri Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı ödülü — 2018" laureatıdır.
- 2019 — Qırğızıstan Yazıçılar Birliyinin "Altın kalem" mükafatını almışdır.
- 2020 — İtaliyada "Ossi de Seppia" Beynəlxalq şeir müsabiqəsinin qalibi diplomunu almışdır.
- 2020 — Hindistanda Qujarat Sahitya Akademiyasının diplomunu almışdır.
- 2020 — Qırğızıstanda Mərkəzi Asiya "Yangi Ovoz" Yazıçılar Birliyinin "Turan birliyi" medalı ilə təltif edilmişdir.
Fəxri fərmanları
- 2007 — "Qafqaz Media" İctimai Birliyinin H.Zərdabinin 170 illik yubileyi və Milli Mətbuat günü münasibətilə keçirdiyi "Qələm" müsabiqəsində fəxri fərmanla təltif olunmuşdur.
- 2007 — Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin təşəkkürnaməsini almışdır.
- 2012 — Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun 30-cu Beynəlxalq Ədəbiyyat Festivalının fəxri fərmanını almışdır.
- 2012 — TC Gediz Universitetinin Beynəlxalq Ədəbiyyat Panelinin fəxri fərmanı ilə təltif olunmuşdur.
- 2012 — Dünya Axıska Türkləri Birliyinin və KİBATEK-in Ədəbiyyat Festivalı fəxri fərmanının almışdır.
- 2013 — Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun 31-ci Beynəlxalq Ədəbiyyat Şöləninin fəxri fərmanı ilə təltif edilmişdir.
- 2013 — TC Okan Universitetinin Beynəlxalq Ədəbiyyat Simpoziumunun fəxri fərmanı ilə təltif edilmişdir.
- 2013 — TC Okan Universiteti rektorunun rəsmi təşəkkürünü almışdır.
- 2013 — I Antalya Beynəlxalq Türk Ədəbiyyatları Buluşmasının fəxri fərmanı ilə təltif olunmuşdur.
- 2013 — TC Yaşar Universitetinin Beynəlxalq Ədəbiyyat Panelinin fəxri fərmanını almışdır.
- 2015 — Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri fərmanını almışdır.
- 2015 — Bakı Slavyan Universitetinin təşəkkürnaməsini almışdır.
- 2015 — Azərbaycan Gənclər Fondunun fəxri fərmanını almışdır.
- 2016 — İtaliyada Pablo Neruda Mədəniyyət Mərkəzinin rəsmi təşəkkürnaməsini almışdır.
- 2016 — Tatarıstan "İDEL"in fəxri fərmanını almışdır.
- 2017- Azərbaycan Yazıçılar Birliyinin fəxri fərmanını almışdır.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 30-cu Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 7–11 dekabr 2012.
- Türkiyə Cümhuriyyəti Gediz Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 10 dekabr 2013.
- I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Bakı/Azərbaycan, 13–15 dekabr, 2012.
- Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 31-ci Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İstanbul, 23–27 may, 2013.
- Uluslarası Türkçe ve Türk Edebiyatları Sempozyumu. İstanbul/Türkiye, KİBATEK – Okan Universitesi, 23–27 mayıs, 2013.
- "Türk Dünyasını İşıqlandıranlar: Məmməd Akif Ərsoy, Hüseyn Cavid" mövzusunda Beynəlxalq Konfrans. Bakı/Azərbaycan, 16–18 may, 2013.
- "Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları" mövzusunda akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı, AMEA, 27–28 iyun 2013.
- Dünya Gənc Türk Yazarlarının Beynəlxalq Bakı Toplantısı. Bakı/Azərbay-can, 6 iyul, 2013.
- I Uluslarası Türk Ədəbiyyatları Buluşması. Türkiyə/Antalya, 16–18 noyabr 2013.
- Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6–10 dekabr 2013.
- Türkiyə Cümhuriyyəti Yaşar Universiteti. Beynəlxalq Ədəbiyyat Paneli. Türkiyə/İzmir, 8 dekabr 2013.
- "Yaşayan Yunus Əmrə" mövzusunda böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi Konfransı. Bakı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,, 9 dekabr 2013.
- Язык, культура, этикет в современном полиэтническом пространстве. III Международная научная конференция. Кабардино-Балкарский Государственный Университет им. Х.М.Бербекова, Нальчик, 2013.
- "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş V Beynəlxalq Elmi Konfrans. Bakı/Azərbaycan, Bakı Slavyan Universiteti, 05–07 may 2014.
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransının materialları. Bakı, Qafqaz Universiteti, 18–19 aprel 2014-cü il.
- Новые парадигмы в когнитивной лингвистике. ХIV Международная научная конференция. Институт Лингвистики Киргизского Государственного Университета им. И.Арабаева. Бишкек, 4–5 июля 2014 год.
- "Elmin müasir nailiyyətləri" mövzusunda VII Beynəlxalq elmi konfransın materialları. Bakı, AMEA, "Azəərbaycanın Yaradıcı Ziyalıları" İctimai Birliyi, 23–24 oktyabr 2014.-cü il.
- Azərbaycan xalqının Ümummilli Lideri Hey-dər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransının materialları. Bakı/Azərbaycan, Qafqaz Universiteti, 17–18 aprel 2015-ci il.
- "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq Elmi Konfransın materialları. II hissə. Bakı/Azərbaycan, Bakı Slavyan Universiteti, 05–07 may 2015.
- Научные исследования в сфере гуманитарных наук: открытия ХХI века. Материалы II Международной научно-практической конференции. Пятигорский Государственный Лингвистический Университет. Пятигорск/Россия, 23–24 апреля 2015 год.
- Görkəmli ictimai xadim, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri" mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı/Azərbaycan, Bakı Dövlət Universiteti, 29 oktyabr 2015-ci il.
- "Kitabi-Dədə Qorqud" və Türk dünyası" mövzusunda "Kitabi-Dədə Qorqud"un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları. Bakı Dövlət Universiteti, 29 dekabr 2015-ci il.
- "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları. Bakı Slavyan Universiteti, 3–5 may 2016-cı il.
Kitabları
- Böyük nəslin layiqli yadigarı. Monoqrafiya. Bakı, ADPU, 2002. 115 səh.
- Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. Dərs vəsaiti. Bakı, "Avropa", 2009. 252 səh.
- Dərdin pıçıltısı (şeirlər). Bakı, ADPU, 2007. 160 səh.
- Sevgimdən tanıyacaqlar (şeirlər). Türkiyə, İzmir, 2013. 160 səh.
- Ədəbiyyatdan əbədiyyətə (elektron kitab). Bakı, YYSQ, 2014.
- Sənə yazmadığım şeir (şeirlər). Türkiyə, Ankara, 2013, 158 səh.
- Azərbaycan nəsri və tənqid (monoqrafiya). Bakı, "Elm və təhsil", 2017, 362 səh.
- Bənövşəyi buludlar (dünya poeziyasından tərcümələr). Bakı, ADPU, 2018, 178 səh.
Proqramlar
- Şərqi slavyan xalqları ədəbiyyatı. Bakı, ADPU, 2010. 34 səh.
- Xarici ölkə xalqları ədəbiyyatının müasir problemləri. Bakı, ADPU, 2011. 23 səh.
- Yeni dövr dünya ədəbiyyatı. Bakı, ADPU, 2011. 37 səh.
- Ədəbi tənqid tarixi. Bakı, ADPU, 2011. 39 səh. (T.Salamoğlu ilə birlikdə)
- Şərqi slavyan xalqları və Qərb ölkələri ədəbiyyatı. Bakı, ADPU, 2015.
- XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada ədəbi proses. Bakı, ADPU, 2015.
Ailəsi
Evlidir. İki qızı var.
Mənbə
- Təranə Yusif qızı Rəhimli[ölü keçid]
- XX əsr Azərbaycan yazıçıları
- Azərbaycan tənqidçiləri
- Azərbaycan ədəbiyyatşünasları
- Azərbaycan jurnalistləri
- ADPU müəllimləri
- Filologiya üzrə fəlsəfə doktorları
- Azərbaycan tərcüməçiləri