Günel Əmənullayeva
Günel Əmənullayeva — kimya üzrə fəlsəfə doktoru, dosent.
Günel Əmənullayeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Dövlət Neft Akademiyası |
Həyatı
Günel İsaq qızı Əmənullayeva 1982-ci il may ayının 4-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1989-1998-ci illərdə 191 saylı orta məktəbə təhsil almışdır. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya fakültəsinə qəbul olmuş, 2003-cü ildə həmin universitetin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini "üzvi kimya" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı illərdə institutun Tələbə Elmi Cəmiyyətinin üzvü kimi elmi konfranslarında fəal iştirak etmiş I və II yerləri tutmuş, diplomlara layiq görülmüşdür.
2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında "ümumi kimya" kafedrasında kiçik elmi işçi kimi işə başlamışdır.
2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş və ekoloji cəhətdən əlverişli bioetanol və neft kimyəvi xammal əsasında yanacaq komponentlərinin alınması üçün yeni sulfokationit tipli (nano)katalizatorların sintezi istiqamətində tədqiqat işlərinə başlamışdır . 2007-2012ci illərdə AMEA NKPİ-nin Gənc Alimlər Şurasının fəal üzvü olub.
Apardığı tədqiqat işlərinin nəticəsi olaraq bir sıra müsabiqələrdə iştirak etmiş, o cümlədən,2008-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilən “World Federation of Sientists National Scholarship” müsabiqəli proqramında iştirak etmiş və ugurlu işinə görə eyni adlı proqramın bir il təqaüdçüsü olmuşdur.
2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclər" mükafatı almış və kimya sahəsi üzrə ilin gənc alimi adına layiq görülmüşdür . Akademik İzzət xanım Orucovanın xatirəsinə həsr olunmuş konfransın və Moskvada keçirilən "Neft-kimyası üzrə məktəb" -konfransın diplomantı olub.
2012–ci ildən hal-hazırki günə qədər Azərbaycan Dövlət Neft Akademiyasının "ümumi kimya" kafedrasında assistent vəzifəsində çalışır .
Elmi fəaliyyəti
Günel İsaq qızı Əmənullayeva 2012-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.031 şifrli Dissertasiya Şurasında 2314.01. – "Neft kimyası" ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Yeni kationit və calanmış ion-maye liqandlı katalizatorların iştirakında efirləşmə və (trans)efirləşmə reaksiyalarının tədqiqi" dissertasiya işini uğurla müdafiə etmişdir. AAK-nın 5 fevral 2013-cü il qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 8 iyun 2019-cu il qərarı ilə “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrası üzrə dosent elmi adı almışdır.
Əsas elmi nailiyyətləri:
Effektiv inisiator sistemləri iştirakında alınmış polistirol və ataktik polipropilenin calaq sopolimerləri əsasında sulfokationitlər, onların calanmış ion-maye liqandlı titan birləşməsi ilə modifikasiya olunmuş formaları əsasında (nano)katalizatorlar sintez olunmuş və onların iştirakında bir sıra (trans)efirləşmə reaksiyaları aparılmışdır.
İlk dəfə olaraq:
– polistirol və ataktik-polipropilenin (oliqo)stirol və metakril turşusu ilə calanmış sulfopolimerlərinin və onların (nano)titanmodifikatlarının bir sıra turşular (kapron, valerian, enant, naftilsirkə, sintetik naften) və spirtlərin (heptanol, benzil, izoamil) qarşılıqlı təsir reaksiyalarında effektivlikləri müəyyən olunmuşdur;
– sintez olunmuş sulfopolimerlərin və onların (nano)titan modifikatlarının sintetik naften turşularının heptanol ilə qarşılıqlı təsiri reaksiyalarında spesifik xüsusiyyətləri aşkarlanmışdır. Proses zamanı katalitik təsir nəticəsində kondensləşmiş naften fraqmentlərində beş üzvlü həlqələrin açılması ilə oksiefirlərin və/və ya oksiturşuların əmələ gəlmə ehtimalı göstərilmişdir. Proses zamanı əmələ gələn yüksək molekullu oliqoefirlərin növbəti mərhələ üzrə efirləşmə nəticəsində alınma mümkünlüyü araşdırılmışdır. Alınan məhsulların molekul kütlə göstəricilərinin katalitik sistemlərin aktiv mərkəzlərinin təbiətindən asılı olaraq tənzimlənməsi yolları araşdırılmışdır. Bundan başqa dekarboksilləşmə və tsiklik efir-lakton və onların oliqomerləşmə məhsullarının əmələ gəlməsinin də mümkünlüyü öyrənilmişdir;
– sintez olunmuş sulfosopolimerlər və onların iştirakında bir sıra bitki yağı (günəbaxan, gənəgərçək, pambıq, soya) triqliseridlərinin, ftal/3-metiltetra-hidroftal, 4-metiltetrahidroftal, 3,6-endometilentetrahidroftal anhidridlərinin və qliserinin qarşılıqlı təsiri ilə birmərhələ üzrə alkid qətranları sintez olunmuş və onların quruluşları müxtəlif analiz üsulları ilə idendifikasiya olunmuşdur.
Katalizatorun tərkibində olan nanotitan zərrəciklərin və sulfoqrupların miqdarından asılı olaraq alınan alkid qətranlarının molekul kütlə göstəricilərinin tənzimlənməsi yolları göstərilmişdir.
Poliolefinlərin calaq sopolimerləşmə proseslərində monomer kimi istifadə olunan oliqostirol ekoloji əlverişli, təkrar istifadə olunma imkanlarına malik ion-maye tipli katalizatorlar iştirakında alınmışdır. Işlənib hazırlanmış sulfo(titan)sopolimer katalizatorların aktivlik göstəricilərinin məlum stirol-divinilbenzol əsaslı KU-2 və KU-2-8 katalizatorlarından üstün olması təsdiq edilmişdir. Müvafiq katalizatorların iştirakında bir sıra sintetik efir yağlarının, alkid qətranlarının birmərhələli səmərəli sintez üsulu işlənib hazırlanmışdır. Sənayedə alkid qətranlarının 210-250 °C temperaturda iki mərhələ üzrə PbO, CaO, Nа2CО3 ilə alkoqoliz və mineral turşular iştirakı ilə poliefirləşmə üsulu ilə alınmasından fərqli olaraq, dissertasiya işində işlənib hazırlanmış katalizatorların köməyilə müvafiq prosesi 120-170 °C – də birmərhələ üzrə aparmaq mümkün olmuşdur. Bu zaman katalitik sistemin təbiətini dəyişməklə alınan qətranların molekul kütlə göstəricilərini tənzimləmək və müasir tələbatlara cavab verən məhsullar almaq mümkündür. İşlənib hazırlanmış polimer katalizatorlar (trans)efirləşmə reaksiyalarının iqtisadi və ekoloji cəhətdən sərfəli texnologiyalar üzrə aparılmasına geniş imkanlar açır və bu məhsulların, o cümlədən sintetik naften turşuları əsasında efir yağlarının, poliefir qətranlarının sənaye miqyasında istehsalı üçün yararlı ola bilər. Bu katalizatorlar iştirakında alınan alkid qətranlarınn örtükəmələgətirmə xüsusiyyətləri və molekul kütlə xarakteristikları Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda öyrənilmişdir. Müvafiq katalizatorların efirləşmə reaksiyalarında effektivliyi "Tural-110" elmi istehsalat müəssisəsində təcrübə-sənaye miqyasında müqayisəli şəkildə yoxlanılmış və sınaq aktı ilə təsdiqlənmişdir.
Tədqiqat işlərinin nəticələri respublikada və xarici jurnallarda nəşr olunmuş, respublika və beynəlxalq konfranslarda dinlənilmiş və müzakirə edilmişdir. Hal-hazırkı dövrə qədər 50-ə yaxın elmi əsərin müəllifidir.
Kitablar
- M.M.Ağahüseynova, G.İ.Əmənullayeva. Ümumi və qeyri-üzvi kimyadan terminlər lüğəti (Azərbaycanca-Rusca-İngiliscə). ADNA: Bakı, 2014. 198 s.(dərs vəsaiti)
- Adıgozalova M.B., Amanullayeva G.I. Monitoring tests on general chemistry ADNA-nın mətbəəsi, Bakı, 2018, ADNA-nın mətbəəsi, Bakı, 2018, 156 s. (dərs vəsaiti)
- Amanullayeva G.I., Adıgozalova M.B. Monitoring tests on inorqanic chemistry ADNA-nın mətbəəsi, Bakı, 2018, 107 s. (dərs vəsaiti)
Əsas elmi əsərlərin adları
- G.İ.Əmənullayeva Əhalinin ekoloji cəhətdən təmiz məhsullarla təmin edilməsi dövlətin diqqət mərkəzindədir. “Xalq”qəzeti, 2018,18 fevral, №38 (28714), s.5.
- G.İ.Əmənullayeva. Azərbaycanda gənc alimlərə diqqət və qayğı artır “Yurd” jurnalı, 2018, № 1-2, s.32.
- G.İ.Əmənullayeva. 2017 –ci il elm tarixində gənc alimlərin ilk qurultayının keçirilməsi ilə yadda qaldı, “Xalq”qəzeti, 2017, 30 dekabr, №290 (28675), s.8.
- G.İ.Əmənullayeva Biodizel istehsalı zamanı tullantı məhsul olan qliserinin utilləşdirilməsi: “Gənc Alimlərin Əsərləri” jurnalı 2015, №11, s.32-42.
- G.İ.Əmənullayeva, Ekologiya və ya ekoloji problemlər dünyanı narahat edən məsələdir: Bəs, Yer kürəsində bu problemə münasibət necədir? / // İki sahil. - 2015.-21 fevral. - № 34. - S. 28 . - [AZ-Q]
- М.М.Агагусейнова, Л.Н.Мамедова, Г.И.Амануллаева Синтез комплексов Re(V) с 2-(2׳-пиридил) бензимидазолом XXVIII Международная научно-техническая конференция «Химические реактивы, реагенты и процессы малотоннажной химии. Реактив-2014, посвященная 75-летию со дня рождения академика АН РБ Д.Л.Рахманкулова, УФА, 2014 г,с. 130-131, 23-25 сентября
- Ağahüseynova M.M., Əmənullayeva G.İ., Əliyev S.Q. Makromolekulyar komplekslər benzolun oksidləşmə reaksiyasında / Akademik Murtuza Nağıyevin 105 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, (AMEA) akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu, 2013, 21-23 okyabr, c.29-30
- Азизов А.Г., Амануллаева Г.И., Алиева Р.В., Мамедли Р.З. Некоторые особенности сульфокатионитов в реакциях этерификации и декарбоксилирования // Мир нефтепродуктов, 2012, №1, с.18-21
- Агагусейнова М.М., Амануллаева Г.И., Исмаилова С.С. Некоторые свойства синтезированных комплексов Rе(v) с бензимидазолам Всероссийская молодежная конференция «инновации в химии: достижения и перспективы», Казань, 2012, с.72
- Амануллаева Г.И., Бекташи Н.Р., Алиева Р.В. Исследование сложных алкиловых эфиров карбоновых кислот полученных в присутствии (нано)катализаторов полимерного типа методами жидкостной хроматографии // Нефтепереработка и Нефтехимия, 2011, № 10, с.26-34
- Амануллаева Г.И., Азизов А.Г., Алиева Р.В., Аскерова A.C. Продукты э(с)терификации полученные в присутствии новых полимерных катализаторов сульфокатионитного типа // Химия и Технология Топлив и Масел, 2011, № 6, с.20-25
- Азизов А.Г., Амануллаева Г.И., Алиева Р.В., Бекташи Н.Р., Алиев Б.М., Ахмедбекова С.Ф. Одностадийный синтез алкидных смол в присутствии новых сульфокатионитных (нано)катализаторов // Нефтехимия, 2011, том 51, № 5, с.1-12.
- Əmənullayeva G.İ. (Nanotitan)polimer sulfokatalizatorlar (trans)esterifikasiya reaksiyalarında / Gənc alimlərin I elm festifalı, Bakı, 2011, с.402-404
- Аzizоv А.H., Amanullayeva G.I., Аlieva R.V., Aliyev B. M., Bektashi N. R. The new esterification catalysts and the nature of reactions proceeding at esterification of synthetic naphthenic acids in their presence // Applied Catalysis A: General, 2011, v. 396 (1-2), p. 20-33
- Əliyeva R.V., Əzizov A.H., Qəhrəmanov N.T., Əmənullayeva G.İ. və b. Metal-polimer nanokompozitlərin alınma üsulu / Pat. İ/20110058 Аz.2011
- Əzizov A.H., Əliyeva R.V., Bağırova Ş.R., Kalbaliyeva E.S., Əmənullayeva G.İ., Əzizbəyli H.R Beynəlxalq ixtiraya iddia sənədi PST/АZ 2009/00 0001, WO/2010/040191 http://www.wipo.int/pctdb/en/wo.jsp?WO=2010040191[ölü keçid]
- Azizov A.H., Aliyeva R.V., Amanullayeva G.I., Kalbaliyeva E.S., Ibragimov H.G., Karayeva E.M. Styrene polymerization in the presence of ionic liquid catalytic systems / 2nd International IUPAC Conference on Green Chemistry, Moskow, St.Petersburg, september 14-19, 2008, p.119
- Qahramanov N.T., Azizov A.H, Kalbaliyeva E.S., Bagirova Sh.R., Mamedova R.Z., Alieva R.V., Amanullayeva G.I. The new sulfonic cation resin catalysts for preparing of high – octane additives on the basis of bioethanol / « Europacat-VIII», 26-31 august, Turku\Abo, Finland, 2007, Poster 7-27.
İstinadlar
- Hamımızın bir vətəni var - Azərbaycan / R.V. Əliyeva. -B.:"Ləman Nəşriyyat Poliqrafiya" MMC, 2009. - S. 128.
- http://www.gun.az/xeber-genc-alimlerin-tedqiqat-isleri-mukafatlandirildi-t69639.html#.VRu8afysV_o[ölü keçid]
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.
- http://asoa.edu.az/?page_id=5458
- http://ek.anl.az/lib/item?id=chamo:379980&theme=e-kataloq