Gennadi Şpiqun (5 fevral 1947, Babayurd, Dağıstan MSSR – mart 2000, İtum-Kali rayonu, Çeçenistan) — Rusiya dövlət xadimi. Milis general-mayoru, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasındakı səlahiyyətli nümayəndəsi.
Gennadi Şpiqun | |
---|---|
Doğum tarixi | 5 fevral 1947 |
Doğum yeri | |
Vəfat tarixi | mart 2000 (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | polis əməkdaşı[d] |
Partiyası | |
Mükafatları | ![]() ![]() |
1999-cu ildə Qroznı hava limanında bir təyyarədən qaçırılır. Qaçıranlar fidyə tələb etsələrdə, lakin federal hökumət bunu rədd edir. Həm Rusiyanın, həm də İçkeriyanın güc strukturları tərəfindən həyata keçirilən Şpiqunu tapıb azad etmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Onun cəsədi 2000-ci ilin martında İtum-Kali kəndi yaxınlığında tapılır.
Bioqrafiyası
Dağıstanın Babayurd rayonunda anadan olmuşdur. Dağdizel zavodunda freze maşını operatoru işləyir. 1969-cu ildən ictimai və siyasi işlə məşğul olur: 1969–1980-ci illərdə Kaspiysk şəhər komsomol komitəsinin katibi, Komsomolun Dağıstan vilayət komitəsinin şöbə müdirinin müavini, komsomol katibi vəzifələrində çalışır. 1980-ci ildə Şpiqun Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin şöbə təlimçisi, təşkilati və partiya işləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.
1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin xidmətinə daxil olur, islah işləri müəssisələrində rəis müavini vəzifəsini tutur. Sonra siyasi şöbənin rəis müavini, kadrlar şöbəsinin müdiri, nazir müavini, Dağıstan Daxili İşlər Nazirliyinin şəxsi heyəti üzrə xidmət rəisi olur.
Birinci Çeçenistan müharibəsində iştirak edir. Bu müddət ərzində Çeçenistan ərazisindəki bütün istintaq təcridxanalarının rəisi olur. 1996-cı ildə Cövhər Dudayev Qennadi Şpiqunu "Çeçen faciəsindən məsul olanların siyahısına" daxil edir.
1996–1998-ci illərdə Şpiqun Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş Qərargahının Fövqəladə Hallar İdarəsinin fövqəladə vəziyyətdə qüvvə və vasitələrin idarə olunmasını təmin etmək şöbəsinin baş ekspert-məsləhətçisi olur, sonra baş müfəttiş vəzifəsinə yüksəldilir. Elə həmin il Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş Təşkilat və Təftiş İdarəsinin müfəttişliyinin rəisi vəzifəsinə köçürülür.
1999-cu ilin fevral ayında Şpiqun, Ruslan Auşevin qardaşı Adam Auşevi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İçkeriyadakı nümayəndəsi olaraq əvəz edir. Bu Çeçenistanda etiraz yaradır, Aslan Masxadov, Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinə Şpiqunun İçkeriya Respublikasında olmasının arzuolunmazlığı barədə məlumat verir.
Qaçırılma
5 Mart 1999-cu ildə Qroznı hava limanında Şpiqun, 8 martı həyat yoldaşı ilə birlikdə qeyd etmək üçün Moskvaya uçmaq üçün bir Asxab avia şirkətinə məxsus təyyarəyə minir. Ancaq mühafizəçilər təyyarədən kənarda qalır. Uçuş-enmə zolağı ilə hərəkət zamanı, maskalı üç silahlı adam baqaj bölməsindən çıxır, daha ikisi sərnişin bölməsindən onlara qoşulur. General tutulur və Ter silsiləsi istiqamətinə sürütlənərək aparılır. Pilot hadisəni bildirmək üçün təyyarəni terminala tərəf çevirir, lakin sonra təyyarənin yolunu iki UAZ avtomobili bağlayır. Maşınların içərisindən çıxan kamuflyajlı insanlar salona buraxılmasını tələb edirlər. Təyyarədə nə generalın, nə də köməkçilərinin olmadığından əmin olduqdan sonra birinci qrupu təqib edirlər. 17 martda qaçıranlar general Şpiqun üçün 15 milyon ABŞ dolları məbləğində fidyə tələb edir, daha sonra məbləğ 7, bir müddət sonra isə 3 milyona endirilir. Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyi adam oğurlayanlara pul ödəməkdən imtina edir.
Oğurluqdan sonra Daxili İşlər naziri Sergey Stepaşin Şpiqunun azad ediləcəyi sözünü verir. Rəsmilərin ifadələrinə görə, həm Rusiya, həm də İçkeriyanın güc strukturları qaçırılan generalın azad edilməsi üçün dəfələrlə cəhdlər etmiş, qaçıranların nümayəndələri ilə görüşlər keçirilmişdir. Silahlı bazalara raket hücumlarından xüsusi təyinatlıların əməliyyatlarına qədər müxtəlif variantlar təklif edilmişdir. Şpiqun tez-tez bir yerdən digərinə daşınır, bu da hər hansı bir hərəkəti planlaşdırma ehtimalını istisna edir. İçkeriya tərəfdən Daxili İşlər Nazirliyi sıralarında silahlıların olması hərəkətlərə mane olur.
29 dekabr 1999-cu ildə mediada Açxoy-Martan ağsaqqallarının, general Şpiqunun sağ olduğu və 5 milyon dollar dəyərində olduğu haqqında bir bəyanat yayılır. Bir müddət Açxoy-Martanda saxlanıldığı, daha sonra Gürcüstana aparıldığı bildirilir. Bu versiya əsirlikdən azad edilmiş Dağıstan sakininin ifadəsi ilə təstiqlənir. O, oğurlanmış generalla eyni zirzəmidə Gürcüstanın Şatili kəndində saxlanıldığını iddia edir. Gürcüstanın keçmiş müdafiə naziri Tengiz Kitovani sonradan Gennadi Şpiqunun Pankisi dərəsində saxlanıldığı barədə məlumatı təsdiqləyir. 28 yanvar 2000-ci ildə bir sıra Rusiya mətbu orqanları Şimali Qafqazın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin Gennadi Şpiqunun sağ olduğu və harada olduğu bilinən bir bəyanat yayır.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi, generalın oğurlanmasının Əbdül-Malik Məcidov dəstəsindən olan separatçılar tərəfindən Şamil Basayevin əmri ilə həyata keçirildiyini bildirir. Digər mənbələrə görə, qaçırmanın təşkilatçıları çeçen separatçıları Baudi Bakuyev, və Əhmədov qardaşları olur. Şpiqunun qaçırılmasında köməyin, onlarla girovun saxlandığı Qroznıdakı bir hərbi şəhərciyə məsul olan İçkeriya sərhəd və gömrük xidmətlərinin rəhbəri "Briqada generalı" Maqomed Xatuyev tərəfindən verildiyi güman edilir. Əlavə olaraq qaçırmanın təşkilində "briqada generalı", İçkeriya Daxili İşlər nazirinin müavini Nəsrudi Bajiyevin iştirak etdiyi güman edilir. 2002-ci ildə Boris Berezovski də adam oğurluğunda iştirakda ittiham olunur. Gennadi Şpiqun Berezovskinin çeçen quldur dəstələri ilə maliyyə təmaslarından xəbəri var idi ki, bu da oğurluğa səbəb ola bilərdi.
Cəsədin aşkarlanması və dəfni
31 mart 2000-ci ildə İtum-Kali kəndi ərazisində yerli sakinlərin köməyi ilə yaraqlılardan qaçaraq meşədə donmuş girovların cəsədi tapılır. Tutulan yaraqlılardan birinin ifadəsinə görə, Şatoydan İtum-Kaliyə köçərkən oğurlanmış general Şpiqun ürək problemlərindən dünyasını dəyişir. Edilən genetik müayinə cəsədin 90% Şpiquna aid olduğunu göstərir. Daha sonra cəsədi generalın qardaşı tanıyır.
Gennadi Şpiqun cəsədinin şəxsiyyətinin tanınması faktı Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən təkzib edilir. Beləliklə, Daxili İşlər Naziri Vladimir Ruşaylo, tapılan cəsədin qaçırılan şəxsə aid olması haqqında məlumatı "axmaqlıq" adlandırır və axtarışın davam etdiyini bildirir. 2000-ci il aprelin 30-na keçən gecə, əməliyyat qrupu tərəfindən Şpiqunun axtarılması üçün aparılan xüsusi əməliyyat nəticəsində, Mahaçqala merinin qardaşı oğlu Bamut rayonu ərazisində sərbəst buraxılır. Onunda Gennadi Şpiqunla eyni zirzəmidə olması məlum olur.
Novaya Gazeta qəzetinin 2000-ci ilin mart redaksiyasında, federal səlahiyyətlilərin ağır yaralı İçkeria Təhlükəsizlik Şurasının katibi Doku Umarovun Nalçikdə müalicə olunaraq Gürcüstana nəql edilməsini təşkil etməklə Şpigunun cəsədinin təslimi üçün pul ödədiyi iddia edilir. Bu məlumatı müəllif Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bir neçə yüksək rütbəli məmuruna istinad edir. Umarovun Şpiqunun cəsədinin Rusiya hakimiyyətinə təhvil verilməsində iştirakı ilə bağlı versiya, "Moskovski komsomoles" qəzetinin jurnalisti Marina Perevozkinanın 2010-cu ildə nəşr etdiyi yazıda öz əksini tapmışdır. 2014-cü ildə "Novaya qazeta" qəzetinin jurnalisti Vyaçeslav İzmaylov nəşrində eyni şeyi söyləyir:
Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə müqavilə bağlanıldı, bu müddətdə Umarov iki polşalı girovu azad etdi, silahlıları Şpiqunun cəsədini verdilər və bunun müqabilində müalicə almaq və xaricə getmək imkanı yaradıldı. |
Şpiqun 2000-ci ilin iyununda Moskvadakı Preobrajenski qəbiristanlığında dəfn edilir. Mahaçqala hava limanında, Gennadi Şpiqunun cənazəsi olan tabutu Moskvaya göndərməzdən əvvəl, Dağıstan Xalq Məclisinin sədri Muxu Əliyevin, Dağıstan Daxili İşlər Nazirliyinin rəhbərliyinin, Babayurd rayonundan olan bir heyətin iştirak etdiyi yas mərasimi keçirilir.
Mükafatları
İki dərəcəli Vətənə xidmətə görə orden medalı;
;
Üç dərəcəli "Qüsursuz xidmətə görə" medalı;
Yubiley medalları ("Leninin 100 illiyi", "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi").
Xatirəsi
Babayurdun əsas küçəsinə mərhumun adı verilmişdir.
İstinadlar
- Ильин В. "Геннадий Шпигун будет похоронен в Москве". // Независимая газета. 2000-06-16. 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Справка: биография Геннадия Шпигуна". // ИТАР-ТАСС. 2000. 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
- Яременко В. "Генерал Шпигун: похищение и смерть". // Полит.ру. 2006-03-22. 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Военная тайна с Игорем Прокопенко". // РЕН-ТВ. 2009-06-20. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
- "Тело генерала Шпигуна давно опознано". // Лента.ру. 2000-04-20. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Генерал Геннадий Шпигун жив". // Первый канал. 1999-12-29. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Похищенный в Чечне генерал Шпигун содержался и был убит в Панкисском ущелье". // NEWSru.com. 2002-03-27. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Генерал Геннадий Шпигун, похищенный в начале марта прошлого года в Грозном, жив". // Первый канал. 2000-01-28. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "После боя в Галашках российские спецслужбы выяснили, кто похитил генерала Шпигуна". // NEWSru.com. 2002-10-04. 2013-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Шпигуна похитили по приказу Басаева". // Лента.ру. 2000-06-15. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- Тихомиров В. "Березовского объявят в международный розыск". // Вести недели. 2002-03-10. 2012-09-15 tarixində arxivləşdirilib.
- "Генерала Шпигуна опять ищут". // Лента.ру. 2000-04-11. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- "Дагестанская милиция сэкономила мэру Махачкалы три миллиона долларов". // Лента.ру. 2000-04-30. 2016-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- Первозикина М. "Неуловимый Доку: Если Умаров до сих пор не ликвидирован, значит, он кому-то нужен". // Московский комсомолец. 2010-09-10. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
- "Шпигун Геннадий Николаевич (1947—2000)". // Захоронения Москвы. 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gennadi Spiqun 5 fevral 1947 Babayurd Dagistan MSSR mart 2000 Itum Kali rayonu Cecenistan Rusiya dovlet xadimi Milis general mayoru Rusiya Federasiyasi Daxili Isler Nazirliyinin Cecenistan Respublikasindaki selahiyyetli numayendesi Gennadi SpiqunDogum tarixi 5 fevral 1947 1947 02 05 Dogum yeri Babayurd Babayurd rayonu Dagistan MSSR RSFSR SSRIVefat tarixi mart 2000 53 yasinda Vefat yeri Itum Kali rayonu Cecenistan RusiyaDefn yeri Preobrajenski qebiristanligi d Fealiyyeti polis emekdasi d Partiyasi Sovet Ittifaqi Kommunist PartiyasiMukafatlari 1999 cu ilde Qrozni hava limaninda bir teyyareden qacirilir Qaciranlar fidye teleb etselerde lakin federal hokumet bunu redd edir Hem Rusiyanin hem de Ickeriyanin guc strukturlari terefinden heyata kecirilen Spiqunu tapib azad etmek cehdleri muveffeqiyyetsizliye ugrayir Onun cesedi 2000 ci ilin martinda Itum Kali kendi yaxinliginda tapilir BioqrafiyasiDagistanin Babayurd rayonunda anadan olmusdur Dagdizel zavodunda freze masini operatoru isleyir 1969 cu ilden ictimai ve siyasi isle mesgul olur 1969 1980 ci illerde Kaspiysk seher komsomol komitesinin katibi Komsomolun Dagistan vilayet komitesinin sobe mudirinin muavini komsomol katibi vezifelerinde calisir 1980 ci ilde Spiqun Sovet Ittifaqi Kommunist Partiyasi Dagistan Vilayet Komitesinin sobe telimcisi teskilati ve partiya isleri sobesinin mudir muavini vezifesini icra edir 1984 cu ilde SSRI Daxili Isler Nazirliyinin xidmetine daxil olur islah isleri muessiselerinde reis muavini vezifesini tutur Sonra siyasi sobenin reis muavini kadrlar sobesinin mudiri nazir muavini Dagistan Daxili Isler Nazirliyinin sexsi heyeti uzre xidmet reisi olur Birinci Cecenistan muharibesinde istirak edir Bu muddet erzinde Cecenistan erazisindeki butun istintaq tecridxanalarinin reisi olur 1996 ci ilde Covher Dudayev Qennadi Spiqunu Cecen faciesinden mesul olanlarin siyahisina daxil edir 1996 1998 ci illerde Spiqun Rusiya Federasiyasi Daxili Isler Nazirliyi Bas Qerargahinin Fovqelade Hallar Idaresinin fovqelade veziyyetde quvve ve vasitelerin idare olunmasini temin etmek sobesinin bas ekspert meslehetcisi olur sonra bas mufettis vezifesine yukseldilir Ele hemin il Rusiya Federasiyasi Daxili Isler Nazirliyinin Bas Teskilat ve Teftis Idaresinin mufettisliyinin reisi vezifesine kocurulur 1999 cu ilin fevral ayinda Spiqun Ruslan Ausevin qardasi Adam Ausevi Rusiya Federasiyasi Daxili Isler Nazirliyinin Ickeriyadaki numayendesi olaraq evez edir Bu Cecenistanda etiraz yaradir Aslan Masxadov Rusiya Daxili Isler Nazirliyinin rehberliyine Spiqunun Ickeriya Respublikasinda olmasinin arzuolunmazligi barede melumat verir Qacirilma5 Mart 1999 cu ilde Qrozni hava limaninda Spiqun 8 marti heyat yoldasi ile birlikde qeyd etmek ucun Moskvaya ucmaq ucun bir Asxab avia sirketine mexsus teyyareye minir Ancaq muhafizeciler teyyareden kenarda qalir Ucus enme zolagi ile hereket zamani maskali uc silahli adam baqaj bolmesinden cixir daha ikisi sernisin bolmesinden onlara qosulur General tutulur ve Ter silsilesi istiqametine surutlenerek aparilir Pilot hadiseni bildirmek ucun teyyareni terminala teref cevirir lakin sonra teyyarenin yolunu iki UAZ avtomobili baglayir Masinlarin icerisinden cixan kamuflyajli insanlar salona buraxilmasini teleb edirler Teyyarede ne generalin ne de komekcilerinin olmadigindan emin olduqdan sonra birinci qrupu teqib edirler 17 martda qaciranlar general Spiqun ucun 15 milyon ABS dollari mebleginde fidye teleb edir daha sonra mebleg 7 bir muddet sonra ise 3 milyona endirilir Rusiya Daxili Isler Nazirliyinin rehberliyi adam ogurlayanlara pul odemekden imtina edir Ogurluqdan sonra Daxili Isler naziri Sergey Stepasin Spiqunun azad edileceyi sozunu verir Resmilerin ifadelerine gore hem Rusiya hem de Ickeriyanin guc strukturlari qacirilan generalin azad edilmesi ucun defelerle cehdler etmis qaciranlarin numayendeleri ile gorusler kecirilmisdir Silahli bazalara raket hucumlarindan xususi teyinatlilarin emeliyyatlarina qeder muxtelif variantlar teklif edilmisdir Spiqun tez tez bir yerden digerine dasinir bu da her hansi bir hereketi planlasdirma ehtimalini istisna edir Ickeriya terefden Daxili Isler Nazirliyi siralarinda silahlilarin olmasi hereketlere mane olur 29 dekabr 1999 cu ilde mediada Acxoy Martan agsaqqallarinin general Spiqunun sag oldugu ve 5 milyon dollar deyerinde oldugu haqqinda bir beyanat yayilir Bir muddet Acxoy Martanda saxlanildigi daha sonra Gurcustana aparildigi bildirilir Bu versiya esirlikden azad edilmis Dagistan sakininin ifadesi ile testiqlenir O ogurlanmis generalla eyni zirzemide Gurcustanin Satili kendinde saxlanildigini iddia edir Gurcustanin kecmis mudafie naziri Tengiz Kitovani sonradan Gennadi Spiqunun Pankisi deresinde saxlanildigi barede melumati tesdiqleyir 28 yanvar 2000 ci ilde bir sira Rusiya metbu orqanlari Simali Qafqazin Mutesekkil Cinayetkarliqla Mubarize Idaresinin reisinin Gennadi Spiqunun sag oldugu ve harada oldugu bilinen bir beyanat yayir Rusiya Federasiyasi Daxili Isler Nazirliyi generalin ogurlanmasinin Ebdul Malik Mecidov destesinden olan separatcilar terefinden Samil Basayevin emri ile heyata kecirildiyini bildirir Diger menbelere gore qacirmanin teskilatcilari cecen separatcilari Baudi Bakuyev ve Ehmedov qardaslari olur Spiqunun qacirilmasinda komeyin onlarla girovun saxlandigi Qroznidaki bir herbi seherciye mesul olan Ickeriya serhed ve gomruk xidmetlerinin rehberi Briqada generali Maqomed Xatuyev terefinden verildiyi guman edilir Elave olaraq qacirmanin teskilinde briqada generali Ickeriya Daxili Isler nazirinin muavini Nesrudi Bajiyevin istirak etdiyi guman edilir 2002 ci ilde Boris Berezovski de adam ogurlugunda istirakda ittiham olunur Gennadi Spiqun Berezovskinin cecen quldur desteleri ile maliyye temaslarindan xeberi var idi ki bu da ogurluga sebeb ola bilerdi Cesedin askarlanmasi ve defni31 mart 2000 ci ilde Itum Kali kendi erazisinde yerli sakinlerin komeyi ile yaraqlilardan qacaraq mesede donmus girovlarin cesedi tapilir Tutulan yaraqlilardan birinin ifadesine gore Satoydan Itum Kaliye kocerken ogurlanmis general Spiqun urek problemlerinden dunyasini deyisir Edilen genetik muayine cesedin 90 Spiquna aid oldugunu gosterir Daha sonra cesedi generalin qardasi taniyir Gennadi Spiqun cesedinin sexsiyyetinin taninmasi fakti Rusiya Daxili Isler Nazirliyinin numayendeleri terefinden tekzib edilir Belelikle Daxili Isler Naziri Vladimir Rusaylo tapilan cesedin qacirilan sexse aid olmasi haqqinda melumati axmaqliq adlandirir ve axtarisin davam etdiyini bildirir 2000 ci il aprelin 30 na kecen gece emeliyyat qrupu terefinden Spiqunun axtarilmasi ucun aparilan xususi emeliyyat neticesinde Mahacqala merinin qardasi oglu Bamut rayonu erazisinde serbest buraxilir Onunda Gennadi Spiqunla eyni zirzemide olmasi melum olur Novaya Gazeta qezetinin 2000 ci ilin mart redaksiyasinda federal selahiyyetlilerin agir yarali Ickeria Tehlukesizlik Surasinin katibi Doku Umarovun Nalcikde mualice olunaraq Gurcustana neql edilmesini teskil etmekle Spigunun cesedinin teslimi ucun pul odediyi iddia edilir Bu melumati muellif Rusiya Federasiyasi Daxili Isler Nazirliyinin bir nece yuksek rutbeli memuruna istinad edir Umarovun Spiqunun cesedinin Rusiya hakimiyyetine tehvil verilmesinde istiraki ile bagli versiya Moskovski komsomoles qezetinin jurnalisti Marina Perevozkinanin 2010 cu ilde nesr etdiyi yazida oz eksini tapmisdir 2014 cu ilde Novaya qazeta qezetinin jurnalisti Vyaceslav Izmaylov nesrinde eyni seyi soyleyir Daxili Isler Nazirliyinin rehberliyi ile muqavile baglanildi bu muddetde Umarov iki polsali girovu azad etdi silahlilari Spiqunun cesedini verdiler ve bunun muqabilinde mualice almaq ve xarice getmek imkani yaradildi Spiqun 2000 ci ilin iyununda Moskvadaki Preobrajenski qebiristanliginda defn edilir Mahacqala hava limaninda Gennadi Spiqunun cenazesi olan tabutu Moskvaya gondermezden evvel Dagistan Xalq Meclisinin sedri Muxu Eliyevin Dagistan Daxili Isler Nazirliyinin rehberliyinin Babayurd rayonundan olan bir heyetin istirak etdiyi yas merasimi kecirilir MukafatlariIki dereceli Vetene xidmete gore orden medali Emek veterani medali Uc dereceli Qusursuz xidmete gore medali Yubiley medallari Leninin 100 illiyi SSRI Silahli Quvvelerinin 60 illiyi XatiresiBabayurdun esas kucesine merhumun adi verilmisdir IstinadlarIlin V Gennadij Shpigun budet pohoronen v Moskve Nezavisimaya gazeta 2000 06 16 2013 04 17 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Spravka biografiya Gennadiya Shpiguna ITAR TASS 2000 2016 06 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 08 Yaremenko V General Shpigun pohishenie i smert Polit ru 2006 03 22 2012 07 13 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Voennaya tajna s Igorem Prokopenko REN TV 2009 06 20 2022 09 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 08 Telo generala Shpiguna davno opoznano Lenta ru 2000 04 20 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 General Gennadij Shpigun zhiv Pervyj kanal 1999 12 29 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Pohishennyj v Chechne general Shpigun soderzhalsya i byl ubit v Pankisskom ushele NEWSru com 2002 03 27 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 General Gennadij Shpigun pohishennyj v nachale marta proshlogo goda v Groznom zhiv Pervyj kanal 2000 01 28 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Posle boya v Galashkah rossijskie specsluzhby vyyasnili kto pohitil generala Shpiguna NEWSru com 2002 10 04 2013 09 10 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Shpiguna pohitili po prikazu Basaeva Lenta ru 2000 06 15 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Tihomirov V Berezovskogo obyavyat v mezhdunarodnyj rozysk Vesti nedeli 2002 03 10 2012 09 15 tarixinde arxivlesdirilib Generala Shpiguna opyat ishut Lenta ru 2000 04 11 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Dagestanskaya miliciya sekonomila meru Mahachkaly tri milliona dollarov Lenta ru 2000 04 30 2016 06 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 06 Pervozikina M Neulovimyj Doku Esli Umarov do sih por ne likvidirovan znachit on komu to nuzhen Moskovskij komsomolec 2010 09 10 2021 10 23 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 04 15 Shpigun Gennadij Nikolaevich 1947 2000 Zahoroneniya Moskvy 2016 06 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 06 08