Genetika — orqanizmlərin genlərini, irsiyyət və gen dəyişkənliyini öyrənən biologiyanın bir sahəsidir. Genetika biologiya fənləri kompleksində mərkəzi yerlərdən birini tutur. Müasir genetika irsiyyət və dəyişkənlik hadisələrini biokimya, biofizika, sitologiya, embriologiya, mikrobiologiya, zoologiya, botanika, seleksiya, bitkiçilik və heyvandarlıq kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq öyrənir. Genetik tədqiqatlar, biologiyanın nəzəri sahəsini və habelə zootexnikanı, baytarlığı, kənd təsərrüfatı heyvanlarının seleksiyasını, bitkilərin seleksiya və toxumçuluğunu, tibbi xeyli zənginləşdirmişdir.
Genetika | |||||||
Elm sahəsi → öyrənir | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Yarımbölmə → öyrənir |
Molekulyar səviyyədə genetik tədqiqatların əsas obyekti nuklein turşuları, DNT və RNT molekullarıdır. Bunlar irsi informasiyanın saxlanılmasını, ötürülməsini və realizə olunmasını təmin edir.
Virusları, bakteriyaları, göbələkləri, bitki və heyvan hüceyrələrini orqanizmdən kənar (in vitro) becərmək və onların nuklein turşularını öyrənmək, orqanizmlərin həyat fəaliyyəti prosesində genlərin təsirinin qanunauyğunluqlarını müəyyən etməyə imkan verir.
Genetikanın inkişaf mərhələləri
XX əsrin əvvəllərində bitkiçilikdə və heyvandarlıqda tədqiqatlar nəticəsində əlamətlərin valideynlərdən nəslə keçməsi haqqında çoxlu məlumatlar toplanmışdır. XVIII əsrin ikinci yarısında alman alimi İ.Kelreyter 54 növ bitkilərin hibridlərini tədqiq edərək əlamətlərin nəslə keçməsinin bəzi qanunauyğunluqlarını müəyyən etmişdir. O, ilk dəfə olaraq bitkilərdə müxtəlif cinslilik aşkar etmişdir. Bundan əlavə Fransada O.Sajre və Ş.Noden, İngiltərədə T.Nayt, Almaniyada A.Qartner, bitkiçilikdə növlərarası və növdaxili çarpazlaşmalar nəticəsində xüsusi əhəmiyyət kəsb edən nəticələr əldə etmişdirlər. Lakin bu alimlər əsasən əlamətlərin kompleks şəkildə valideynlərdən nəslə keçməsini öyrənərək, ayrı-ayrı əlamətlərin nəslə keçmə xassəsinə fikir vermirdilər. Buna görə irsiyyətin qanunauyğunluqları öz düzgün həllini tapa bilmirdi. Ç.Darvin (1809–1882) "Növlərin mənşəyi" və sonrakı əsərlərində irsiyyət və dəyişkənlik hadisəsilə məşğul olan alimlərin, təbiətşünasların təcrübəsini ümumiləşdirərək müəyyən etmişdir ki, təbii seçmə ilə yanaşı irsiyyət və dəyişkənlik təkamülün hərəkətverici qüvvələridir. Darvinin təkamül nəzəriyyəsi genetikanın inkişafında mühüm rol oyna-yaraq irsiyyət və dəyişkənlik hadisəsinin mahiyyətini izah edən bir sıra fərziyyə və nəzəriyyələrin meydana çıxmasına səbəb olmuşdur. Onlardan biri Daıvinin özünün irəli sürdüyü "müvəqqəti pangenezis fərziyyəsi" idi. O, güman edirdi ki, orqanizmin bütün hüceyrələrindən xüsusi cisimciklər (hemmulalar) ayrılır və qanın axarı ilə cinsi hüceyrələrə ötürülür və sonrakı nəslin fərdi inkişafı zamanı həmin tipli hüceyrələrə çevrilir. Bu fərziyyənin əsasında düzgün fikir dururdu ki, cinsi hüceyrələrin tərkibində xüsusi hissəciklər var və onlar gələcək nəslin əlamət və xüsusiyyətlərinin inkişafını təmin edir, lakin bu hissəciklərin cinsi hüceyrələrə qeyd olunan yolla keçməsi təsəvvürü düzgün deyildi.
Genetika elminin banisi çex alimi Qreqor Mendel (1822–1884) hesab olunur. O, ilk dəfə irsiyyətin öyrənilməsində elmə əsaslanan üsul işləyib hazırlamışdır və bitki hibridlərinin üzərində apardığı tədqiqatlarında əlamətlərin irsən keçməsinin ən mühüm qanunlarını müəyyən etmişdir. Mendel tədqiqatlarının nəticələri ilə ilk dəfə Brno şəhərində təbiətşünaslar cəmiyyətinin iclasında "Bitki hibridləri üzərində tədqiqatlar" adlı məruzə ilə çıxış etmiş və bu əsər 1865-ci ildə həmin cəmiyyətin "Elmi əsərlərində" dərc edilmişdir. Təəssüf ki, müasirləri bu işə lazımi qiymət verməmiş və XIX əsrin ikinci yarısında genetika elminin inkişafına lazımı təsir göstərə bilməmişdir.
1900-cü ildə Q.de-Friz (1848–1935) Hollandiyada, K.Korrens (1864–1933) Alma-niyada, E.Çermak (1871–1962) Avstriyada müxtəlif bitkilər üzərində (lalə, qarğıdalı, noxud) bir-birindən asılı olmayaraq 35 il öncə, Q.Mendelin aldığı nəticələri yenidən təkrar etmişlər. Q.de-Friz, Q.Mendelin müəyyən etdiyi irsi qaydaları əlamətlərin irsən keçmə qanunu adlandırmağı təklif etmişdir.
Genetikanın inkişafının birinci mərhələsi
1900–1912-ci illər genetika elminin inkişafında şərti olaraq birinci mərhələ sayıla bilər.
1900-cü ildən irsiyyət və dəyişkənlik haqqında elm müstəqil bir bioloji elm kimi yaranmış və intensiv inkişafa başlamışdır. 1906-cı ildə ingilis alimi U.Betsonun (1861–1926) təklifı ilə bu elmə "genetika" adı verilmişdir (latın sözü geneo-törədirəm). Bu illər ərzində müxtəlif növ heyvan və bitki orqanizmləri üzərində Q.Mendelin kəşf etdiyi qanunlar sınaqdan çıxmış və bu qanunların universallığı təsdiq edilmişdir. U.Bet-sonun toyuqlar, kəpənəklər, laboratoriya gəmiriciləri üzərində, isveç alimi Q.Nilson-Elenin dənli bitkilər üzərində polimeriya və kəmiyyət əlamətlərinin irsiliyi, danimarka alimi V.İohansenin (1857–1927) qarğıdalı, taxıl bitkiləri üzərində apardığı işlər genetika elminin inkişafında mühüm rol oynamışdır. 1909-cu ildə V.İohansen "gen", "genotip", "fenotip" terminlərini təklif etmiş, təmiz xətlər və populyasiya haqqında təlim yaratmışdır.
Genetikanın inkişafının ikinci mərhələsi
Genetikanın inkifşafında ikinci mərhələnin (təxminən 1912–1925) əsas xüsusiyyəti irsiyyətin xromosom nəzəriyyəsinin yaranması və təsdiqi ilə səciyyələnir. Burada amerikan genetiki T.Morqan (1861–1945) və onun tələbələri A.Stertevant (1892–1970), K.Bridces (1889–1938) və G.Müllerin (1890–1967) drozofil milçəyi üzərində apardıqları tədqiqat işləri həlledici rol oynamışdır. Bu işlərin əsasında müəyyən olunmuşdur ki, irsi faktorlar — genlər hüceyrə nüvəsinin xromosomlarında cəmlənmişdir. Bu alimlər genetik xəritənin tərtib edilməsi üsulunu müəyyən etmiş və cinsiyyətin təyin olunmasında xromosom mexanizmini sübut etmişlər. İrsiyyətin xromosom nəzoriyyəsi genetikanın ən görkəmli nailiyyətlərindən biri olaraq onun gələcək inkişafında və mole-kulyar biologıyanın yaranmasında aparıcı rol oynamışdır.
Genetikanın inkişafının üçüncü mərhələsi
.
Mutagenezin inkişafında və onun tətbiqi istiqamətində Rusiyada görkəmli genetiklər N.P.Dubinin, V.V.Saxarov, M.E.Lobaşev, S.M.Qerşenzon, İ.A.Rapoport, İngiltərədə Ş.Auerbax, Azərbaycanda Ə.M.Quliyev zəngin işlər aparmışlar. Bitki hüceyrələrində xromosom sayının dəyişilməsi ilə əlaqədar — poliploidiya — genom muta-siyalarının alınması istiqamətində yeni üsullardan istifadə olunmasında belarus alimləri A.R.Jerbrak və L.P.Breslavetsin, Azərbaycanda isə İ.K.Abdullayevin işləri təqdirə layiqdir. Q.D.Karpeçenko allopoliploidiya üsulundan istifadə edərək tətbiqi yolla yeni növ bitkilərin alınmasını göstərmişdir. Bu mərhələdə təkamüldə genetik proseslərin öyrə-nilməsi istiqaməti yaranıb inkişaf etmişdir. Həmin istiqamətin əsası rus genetiki S.S.Çetverikov (1880–1959), ingilis genetikləri R.Fişer və C.Xoldeyn və ABŞ genetiki S.Rayt tərəfindən qoyulmuşdur.
Genetikanın inkişafının dördüncü mərhələsi
Dördüncü mərhələnin (1940–1955) xarakter xassələri irsiyyət və dəyişkənliyin molekulyar səviyyədə öyrənilməsi hadisəsi ilə səciyyələnir. Bu zaman genetik tədqiqatların sırasına yeni obyektlər — virus və bakteriyalar daxil edilmişdır. Həmin obyektlər genetik analizlər əsasında irsiyyətlə bağlı olan bir çox məsələlərin həllini xeyli sürətləndirmişdir. Bu obyektlərdən istifadə edərək 1944-cü ildə amerikan genetiki O.Everi əməkdaşları ilə birgə irsi informasiyanın saxlanılmasında və ötürülməsində həlledici rolun DNT-yə mənsub olduğunu sübut etmişlər. Bu kəşf molekulyar genetikanın başlanğıcını qoymuşdur.
Həmçinin bax
İstinadlar
- "DNA Informative Guide". 2022-03-26 tarixində . İstifadə tarixi: 27 avqust 2020.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Genetika orqanizmlerin genlerini irsiyyet ve gen deyiskenliyini oyrenen biologiyanin bir sahesidir Genetika biologiya fenleri kompleksinde merkezi yerlerden birini tutur Muasir genetika irsiyyet ve deyiskenlik hadiselerini biokimya biofizika sitologiya embriologiya mikrobiologiya zoologiya botanika seleksiya bitkicilik ve heyvandarliq kimi bioloji elmlerin nailiyyetlerine esaslanaraq oyrenir Genetik tedqiqatlar biologiyanin nezeri sahesini ve habele zootexnikani baytarligi kend teserrufati heyvanlarinin seleksiyasini bitkilerin seleksiya ve toxumculugunu tibbi xeyli zenginlesdirmisdir GenetikaElm sahesi oyrenirBiologiya Canli tebietiUmumi biologiya Canli sistemlerin umumi xususiyyetleriniGenetika Irsiyyet de deyiskenliyiYarimbolme oyrenir Molekulyar seviyyede genetik tedqiqatlarin esas obyekti nuklein tursulari DNT ve RNT molekullaridir Bunlar irsi informasiyanin saxlanilmasini oturulmesini ve realize olunmasini temin edir Viruslari bakteriyalari gobelekleri bitki ve heyvan huceyrelerini orqanizmden kenar in vitro becermek ve onlarin nuklein tursularini oyrenmek orqanizmlerin heyat fealiyyeti prosesinde genlerin tesirinin qanunauygunluqlarini mueyyen etmeye imkan verir Morqanin Drosophila da ag gozlere sebeb olan mutasiyalarin cinsi ile elaqeli irsiyyetini musahide etmesi onu genlerin xromosomlarda yerlesdiyi ferziyyesine getirib cixardi Genetikanin inkisaf merheleleriXX esrin evvellerinde bitkicilikde ve heyvandarliqda tedqiqatlar neticesinde elametlerin valideynlerden nesle kecmesi haqqinda coxlu melumatlar toplanmisdir XVIII esrin ikinci yarisinda alman alimi I Kelreyter 54 nov bitkilerin hibridlerini tedqiq ederek elametlerin nesle kecmesinin bezi qanunauygunluqlarini mueyyen etmisdir O ilk defe olaraq bitkilerde muxtelif cinslilik askar etmisdir Bundan elave Fransada O Sajre ve S Noden Ingilterede T Nayt Almaniyada A Qartner bitkicilikde novlerarasi ve novdaxili carpazlasmalar neticesinde xususi ehemiyyet kesb eden neticeler elde etmisdirler Lakin bu alimler esasen elametlerin kompleks sekilde valideynlerden nesle kecmesini oyrenerek ayri ayri elametlerin nesle kecme xassesine fikir vermirdiler Buna gore irsiyyetin qanunauygunluqlari oz duzgun hellini tapa bilmirdi C Darvin 1809 1882 Novlerin menseyi ve sonraki eserlerinde irsiyyet ve deyiskenlik hadisesile mesgul olan alimlerin tebietsunaslarin tecrubesini umumilesdirerek mueyyen etmisdir ki tebii secme ile yanasi irsiyyet ve deyiskenlik tekamulun hereketverici quvveleridir Darvinin tekamul nezeriyyesi genetikanin inkisafinda muhum rol oyna yaraq irsiyyet ve deyiskenlik hadisesinin mahiyyetini izah eden bir sira ferziyye ve nezeriyyelerin meydana cixmasina sebeb olmusdur Onlardan biri Daivinin ozunun ireli surduyu muveqqeti pangenezis ferziyyesi idi O guman edirdi ki orqanizmin butun huceyrelerinden xususi cisimcikler hemmulalar ayrilir ve qanin axari ile cinsi huceyrelere oturulur ve sonraki neslin ferdi inkisafi zamani hemin tipli huceyrelere cevrilir Bu ferziyyenin esasinda duzgun fikir dururdu ki cinsi huceyrelerin terkibinde xususi hissecikler var ve onlar gelecek neslin elamet ve xususiyyetlerinin inkisafini temin edir lakin bu hisseciklerin cinsi huceyrelere qeyd olunan yolla kecmesi tesevvuru duzgun deyildi DNT bioloji miras ucun molekulyar esas DNT nin her bir zenciri bir birine merkezde uygunlasaraq bukulmus nerdivanda pillekenlere benzeyen bir nukleotid zenciridir Genetika elminin banisi cex alimi Qreqor Mendel 1822 1884 hesab olunur O ilk defe irsiyyetin oyrenilmesinde elme esaslanan usul isleyib hazirlamisdir ve bitki hibridlerinin uzerinde apardigi tedqiqatlarinda elametlerin irsen kecmesinin en muhum qanunlarini mueyyen etmisdir Mendel tedqiqatlarinin neticeleri ile ilk defe Brno seherinde tebietsunaslar cemiyyetinin iclasinda Bitki hibridleri uzerinde tedqiqatlar adli meruze ile cixis etmis ve bu eser 1865 ci ilde hemin cemiyyetin Elmi eserlerinde derc edilmisdir Teessuf ki muasirleri bu ise lazimi qiymet vermemis ve XIX esrin ikinci yarisinda genetika elminin inkisafina lazimi tesir gostere bilmemisdir 1900 cu ilde Q de Friz 1848 1935 Hollandiyada K Korrens 1864 1933 Alma niyada E Cermak 1871 1962 Avstriyada muxtelif bitkiler uzerinde lale qargidali noxud bir birinden asili olmayaraq 35 il once Q Mendelin aldigi neticeleri yeniden tekrar etmisler Q de Friz Q Mendelin mueyyen etdiyi irsi qaydalari elametlerin irsen kecme qanunu adlandirmagi teklif etmisdir Genetikanin inkisafinin birinci merhelesi 1900 1912 ci iller genetika elminin inkisafinda serti olaraq birinci merhele sayila biler 1900 cu ilden irsiyyet ve deyiskenlik haqqinda elm musteqil bir bioloji elm kimi yaranmis ve intensiv inkisafa baslamisdir 1906 ci ilde ingilis alimi U Betsonun 1861 1926 teklifi ile bu elme genetika adi verilmisdir latin sozu geneo toredirem Bu iller erzinde muxtelif nov heyvan ve bitki orqanizmleri uzerinde Q Mendelin kesf etdiyi qanunlar sinaqdan cixmis ve bu qanunlarin universalligi tesdiq edilmisdir U Bet sonun toyuqlar kepenekler laboratoriya gemiricileri uzerinde isvec alimi Q Nilson Elenin denli bitkiler uzerinde polimeriya ve kemiyyet elametlerinin irsiliyi danimarka alimi V Iohansenin 1857 1927 qargidali taxil bitkileri uzerinde apardigi isler genetika elminin inkisafinda muhum rol oynamisdir 1909 cu ilde V Iohansen gen genotip fenotip terminlerini teklif etmis temiz xetler ve populyasiya haqqinda telim yaratmisdir Genetikanin inkisafinin ikinci merhelesi Genetikanin inkifsafinda ikinci merhelenin texminen 1912 1925 esas xususiyyeti irsiyyetin xromosom nezeriyyesinin yaranmasi ve tesdiqi ile seciyyelenir Burada amerikan genetiki T Morqan 1861 1945 ve onun telebeleri A Stertevant 1892 1970 K Bridces 1889 1938 ve G Mullerin 1890 1967 drozofil milceyi uzerinde apardiqlari tedqiqat isleri helledici rol oynamisdir Bu islerin esasinda mueyyen olunmusdur ki irsi faktorlar genler huceyre nuvesinin xromosomlarinda cemlenmisdir Bu alimler genetik xeritenin tertib edilmesi usulunu mueyyen etmis ve cinsiyyetin teyin olunmasinda xromosom mexanizmini subut etmisler Irsiyyetin xromosom nezoriyyesi genetikanin en gorkemli nailiyyetlerinden biri olaraq onun gelecek inkisafinda ve mole kulyar biologiyanin yaranmasinda aparici rol oynamisdir Genetikanin inkisafinin ucuncu merhelesi Mutagenezin inkisafinda ve onun tetbiqi istiqametinde Rusiyada gorkemli genetikler N P Dubinin V V Saxarov M E Lobasev S M Qersenzon I A Rapoport Ingilterede S Auerbax Azerbaycanda E M Quliyev zengin isler aparmislar Bitki huceyrelerinde xromosom sayinin deyisilmesi ile elaqedar poliploidiya genom muta siyalarinin alinmasi istiqametinde yeni usullardan istifade olunmasinda belarus alimleri A R Jerbrak ve L P Breslavetsin Azerbaycanda ise I K Abdullayevin isleri teqdire layiqdir Q D Karpecenko allopoliploidiya usulundan istifade ederek tetbiqi yolla yeni nov bitkilerin alinmasini gostermisdir Bu merhelede tekamulde genetik proseslerin oyre nilmesi istiqameti yaranib inkisaf etmisdir Hemin istiqametin esasi rus genetiki S S Cetverikov 1880 1959 ingilis genetikleri R Fiser ve C Xoldeyn ve ABS genetiki S Rayt terefinden qoyulmusdur Genetikanin inkisafinin dorduncu merhelesi Dorduncu merhelenin 1940 1955 xarakter xasseleri irsiyyet ve deyiskenliyin molekulyar seviyyede oyrenilmesi hadisesi ile seciyyelenir Bu zaman genetik tedqiqatlarin sirasina yeni obyektler virus ve bakteriyalar daxil edilmisdir Hemin obyektler genetik analizler esasinda irsiyyetle bagli olan bir cox meselelerin hellini xeyli suretlendirmisdir Bu obyektlerden istifade ederek 1944 cu ilde amerikan genetiki O Everi emekdaslari ile birge irsi informasiyanin saxlanilmasinda ve oturulmesinde helledici rolun DNT ye mensub oldugunu subut etmisler Bu kesf molekulyar genetikanin baslangicini qoymusdur Hemcinin baxMendel qanunuIstinadlar DNA Informative Guide 2022 03 26 tarixinde Istifade tarixi 27 avqust 2020