Fate/Apocrypha
Fate/Apocrypha (フェイト/アポクリファ Feito/Apokurifa?, azərb. Tale/Apokrif) — Type-Moon şirkətinin populyar "Fate" franşizi çərçivəsində Ototsuqu Konoenin rəssamlığı ilə Yuuyçiro Hiqaşide tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası alternativ Müqəddəs qədəh müharibəsindən bəhs edir. 2012-ci ilin dekabrından 2014-cü ilin dekabrına qədər Type-Moon tərəfindən 5 cildi buraxılmışdır. Akira İşidanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 iyun 2016-cı ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. 2017-ci ildə A-1 Pictures tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır.
Fate/Apocrypha | |
Birinci cildin üzlüyü. | |
フェイト/アポクリファ (Feito/Apokurifa) azərb. Tale/Apokrif | |
---|---|
Janr | döyüş, fentezi |
Ranobe | |
Müəllif | Yuuyçiro Hiqaşide |
Rəssam | Ototsuqu Konoe |
Nəşriyyat | Type-Moon |
Publikasiya tarixi | 29 dekabr 2012 – 28 dekabr 2014 |
Cild sayı | 5 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Yuuyçiro Hiqaşide |
Rəssam | Akira İşida |
Orijinal nəşriyyatı | Kadokawa Shoten |
Jurnal | Comp Ace |
Publikasiya tarixi | 25 iyun 2016 – hazırda |
Cild sayı | 10 (cild siyahısı) |
Anime serialı | |
Rejissor | Yoşiyuki Asay |
Prodüsser | Şizuka Kurosaki Yoşiyuki Şiotani Tomoyuki Ovada |
Ssenarist | Yuiçiro Hiqaşide |
Bəstəkar | Masaru Yoyoyama |
Studiya | A-1 Pictures |
Lisenziat | Netflix (striminq) |
Kanal | Tokyo MX, BS11, GTV, MBS |
Yayım tarixləri | 2 iyul 2017 – 30 dekabr 2017 |
Seriya sayı | 25 (seriya siyahısı) |
Məzmun
Hekayə "Fate/stay night" dünyasına paralel dünyada baş verir. Üçüncü Müqəddəs qədəh müharibəsinin keçirilməsindən sonra artıq Müqəddəs qədəh müharibələri keçirilmir, buna görə də "Fate/stay night" və "Fate/Zero"-dakı hadisələr baş vermir. Təxminən 2000-ci illərdə İqqdmillenniya adlı qrup Sehrbazlıq Assosiasiyasından ayrıldığını açıqlayır və Müqəddəs qədəhin nəzarətini ələ keçirir. Assosiasiya onları dayandırmaq üçün 50 sehrbaz göndərir, lakin bir nəfərdən başqa bütün sehrbazlar İqqdmillenniyanın Lanseri tərəfindən öldürülür. Sağ qalmış yeganə sehrbaz Müqəddəs qədəhin rezerv sistemini aktivləşdirə bilir və ümumilikdə 14 xidmətçinin çağırılmasına nail olur.
Nəticədə, Trifasda Böyük Müqəddəs qədəh müharibəsi başlayır. İqqdmillenniya tərəfindən çağırılmış 7 xidmətçi – Qara fraksiya və Sehrbazlıq Assosiasiyası tərəfindən çağırılmış 7 xidmətçi – Qırmızı fraksiya arasında Müqəddəs qədəh uğrunda mübarizə başlayır. Müharibənin gedişatına rəhbərlik etməsi üçün Müqəddəs qədəh Ruleri çağırır.
Media
Ranobe
Ranobe seriyası Ototsuqu Konoenin rəssamlığı ilə Yuuyçiro Hiqaşide tərəfindən yazılmışdır. Birinci cildi 29 dekabr 2012-ci ildə, ikinci cildi 16 avqust 2013-cü ildə, üçüncü cildi 29 dekabr 2013-cü ildə, dördüncü cildi 30 may 2014-cü ildə, beşinci və sonuncu cildi 30 dekabr 2014-cü ildə buraxılmışdır.
"Fate/Apocrypha" əslində istehsalı ləğv olunmuş onlayn oyun kimi təqdim olunmuşdur. Müxtəlif rəssamlar tərəfindən çəkilmiş personaj dizaynları "Fate/complete material IV Extra material" adlı materialda toplanmışdır. 2011-ci ilin noyabrında "Fate/Apocrypha", layihəsi anons edilmişdir və dekabrın əvvəlində Hiqaşide Twitter vasitəsilə "Fate/Apocrypha" adlı ranobe istehsal etdiyini təsdiqləmişdir. 15 dekabr 2011-ci ildə "Type-Moon Ace" jurnalının yeddinci cildində Hiqaşide tərəfindən birinci fəsil kimi yazılmış qısa hekayə nəşr olunmuşdur. Bir neçə hekayə elementi təqdim olunsa da, qısa hekayənin romanda təqdim olunmuş hekayənin son versiyası ilə əlaqəsi yox idi. Əvvəlcə 4 cildin buraxılması planlaşdırılsa da, 2 may 2014-cü ildə Hiqaşide beş cildin buraxılacağını açıqlamışdır. Ləğv olunmuş onlayn oyun layihəsi "Fate/Grand Order" adı ilə yenidən başladılmışdır.
№ | Başlıq | Nəşr tarixi | ISBN |
---|---|---|---|
1 | Gaiten: Seihai Taisen 外典:聖杯大戦 | 29 dekabr 2012 | — |
2 | Kuro no Rinbu / Aka no Saiten 黒の輪舞/赤の祭典 | 16 avqust 2013 | — |
3 | Seijin no Gaisen 聖人の凱旋 | 29 dekabr 2013 | — |
4 | Shiten no Hai 熾天の杯 | 30 may 2014 | — |
5 | Jaryū to Seijo 邪竜と聖女 | 28 dekabr 2014 | — |
Manqa
Akira İşidanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 26 iyun 2016-cı ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. 26 iyun 2016-cı ildə ilk cildi buraxılmışdır.
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 26 avqust 2016 | ISBN 978-4-04-104684-5 |
2 | 26 yanvar 2017 | ISBN 978-4-04-105220-4 |
3 | 24 iyun 2017 | ISBN 978-4-04-105765-0 |
4 | 24 oktyabr 2017 | ISBN 978-4-04-106099-5 |
5 | 26 yanvar 2018 | ISBN 978-4-0410-6487-0 |
6 | 26 iyul 2018 | ISBN 978-4-04-107166-3 |
7 | 26 fevral 2019 | ISBN 978-4-04-107811-2 |
8 | 26 noyabr 2019 | ISBN 978-4-04-108687-2 |
9 | 24 oktyabr 2020 | ISBN 978-4-04-108690-2 |
10 | 26 iyul 2021 | ISBN 978-4-04-111676-0 |
Anime
A-1 Pictures studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmişdir. Rejissoru Yoşiyuki Asay, ssenaristi Yuiçiro Hiqaşide, personaj dizayneri Yuri Yamada, bəstəkarı Masaru Yoyoyamadır.
Anime serialı 2 iyul 2017-ci ildən 30 dekabr 2017-ci ilə kimi yayımlanmışdır. Serial 25 seriya davam etmişdir. Anime Yaponiyada Netflix vasitəsilə yayımlanmışdır. İlk 12 seriyanın açılış mahnısı Egoist tərəfindən ifa olunan "Eiyū: Unmei no Uta" (英雄 運命の詩?, azərb. "Qəhrəmanlar: Tale mahnısı"), bağlanış mahnısı Garnidelia tərəfindən ifa olunan "Désir" mahnıdır. Qalan seriyaların açılış mahnısı LiSA tərəfindən ifa olunan "Ash", bağlanış mahnısı Asca tərəfindən ifa olunan "Koe" mahnısıdır Anime serialının ilk 12 seriyası 7 noyabr 2017-ci ildə Netflix vasitəsilə Yaponiyadan xaricdə yayımlanmağa başlamışdır.
İstinadlar
- "Konoe's Twitter" (Japanese). Twitter. July 8, 2012. İstifadə tarixi: 29 sentyabr 2016.
- "New Fate/Apocrypha Project to Be Launched by Type-Moon". Anime News Network. November 4, 2011. İstifadə tarixi: 30 sentyabr 2016.
- "Higashide's Twitter" (Japanese). Twitter. December 2, 2011. İstifadə tarixi: 30 sentyabr 2016.
- "Higashide's blog" (Japanese). December 3, 2011. İstifadə tarixi: 30 sentyabr 2016.
- "Higashide's Twitter" (Japanese). Twitter. May 2, 2014. İstifadə tarixi: 30 sentyabr 2014.
- "Fate/Apocrypha vol,1 「外典:聖杯大戦」" (Japanese). Type-Moon. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha vol,2 「黒の輪舞/赤の祭典」" (Japanese). Type-Moon. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha vol,3 「聖人の凱旋」" (Japanese). Type-Moon. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha vol,4 「熾天の杯」" (Japanese). Type-Moon. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha vol,5 「邪竜と聖女」" (Japanese). Type-Moon. İstifadə tarixi: 17 yanvar 2018.
- ↑ "Fate/Apocrypha (1)" (yaponca). Kadokawa Shoten. İstifadə tarixi: 30 sentyabr 2016.
- "Fate/Apocrypha (2)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha (3)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha (4)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: 17 yanvar 2018.
- "Fate/Apocrypha (5)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: February 7, 2018.
- "Fate/Apocrypha (6)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: October 24, 2020.
- "Fate/Apocrypha (7)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: October 24, 2020.
- "Fate/Apocrypha (8)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: October 24, 2020.
- "Fate/Apocrypha (9)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: October 24, 2020.
- "Fate/Apocrypha (10)" (Japanese). Kadokawa Shoten. İstifadə tarixi: July 21, 2021.
- ↑ "Fate/Apocrypha Novels' TV Anime Announced With Trailer". Anime News Network (ingiliscə). 31 dekabr 2016. İstifadə tarixi: 1 yanvar 2017. (#apostrophe_markup)
- "Fate/Apocrypha TV Anime Reveals New Promo Video, Cast, July Premiere". Anime News Network. March 25, 2017. İstifadə tarixi: April 1, 2017.
- "Fate/Apocrypha TV Anime Unveils July 1 Premiere, New Visual". Anime News Network. June 10, 2017. İstifadə tarixi: June 10, 2017.
- "Fate/Apocrypha TV Anime Gets 25 Episodes". Anime News Network. July 2, 2017. İstifadə tarixi: July 2, 2017.
- "Errata: Aniplex USA Does Not Announce Fate/Apocrypha Anime". Anime News Network. April 15, 2017. İstifadə tarixi: April 16, 2017.
- "EGOIST, GARNiDELiA Perform Fate/Apocrypha Anime's Theme Songs". Anime News Network. May 6, 2017. İstifadə tarixi: May 6, 2017.
- "Fate/Apocrypha Anime Previews 2nd Cour, New Theme Song Artists in Promo Video". Anime News Network. September 24, 2017. İstifadə tarixi: September 24, 2017.
- "Fate/Apocrypha Anime to Premiere on Netflix on November 7". Anime News Network. July 3, 2017. İstifadə tarixi: July 4, 2017.
Xarici keçidlər
- Fate/Apocryphanın rəsmi saytı (yap.)
- Fate/Apocrypha (anime) Anime News Network Ensiklopediyasında