Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illәrdә İtaliyada totalitar tipli sağ radikal siyasi hәrәkat. Xalqın maddi vәziyyәtinin pislәşmәsi, cәmiyyәtin müxtәlif qruplarının gәlir sәviyyәsi arasında artan fәrq, 4 il davam edәn vә milyonlarla insanın hәyatına son qoyan qanlı ümumavropa müharibәsinin qeyri-insaniliyinin vә mәnasızlığının dәrki kütlәvi narazılığa sәbәb olmuşdu. Müharibәnin nәticәlәrinin vә müharibәdәnsonrakı sosial reallığın doğurduğu dәrin mәyusluq hissi keçmiş döyüşçülәri zorakı hәrәkәtlәrә sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hәlә o zamanlar duçe (rәhbәr) titulu daşıyan B.Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919 ilin mart ayından onları faşilәrdә birlәşdirmәyә (әvvәlcә Milanda) başladı; faşi üzvlәri özlәrini faşist, hәrәkatı isә faşizm adlandırırdılar.
İtalyan faşistlәrinin proqramı bütün sosial qruplara ünvanlanmışdı: kәndlilәrә torpaq, fәhlәlәrә müәssisәlәrin texniki rәhbәrliyindә iştirak, xırda burjuaziyaya ucuz kredit, qadınlara seçkilәrdә iştirak hüququ, әmәkçi italyanlara iri korporasiyaların hәrbi gәlirlәrinin 85%-nin müsadirә olunması vә kapitala mütәrәqqi vergi tәtbiqi vәd edilirdi. Bu şüarlar xaosa vә liberal hökumәtlәrin vә parlamentin gücsüzlüyünә son qoymaq, güclü hakimiyyәt qurmaq vә İtaliyaya әvvәlki qüdrәtini qaytarmaq vәdlәri ilә müşayiәt olunurdu. Mussolini iddia edirdi ki, qayda-qanunu vә sosial әdalәti tәmin etmәyәn köhnә liberal quruluş yenisi ilә әvәzlәnmәlidir, bunu isә italyanlara faşizm vermәyә hazır idi.
Faşist hәrәkatı bütün İtaliyaya yayıldı. Şәhәr vә kәndin xırda burjuaziyası, sinfi simasını itirmiş elementlәr, fәhlә, mәmur vә ziyalıların bir hissәsi hәrәkata qoşuldu. Onları faşistlәrin antikapitalist demaqogiyasından ehtiyat etmәyәn vә F.-ә inqilabi hәrәkatın qarşısını ala bilәcәk real qüvvә kimi baxan iri maliyyә strukturları vә sәnaye qrupları dәstәklәyirdi. B.Mussolini hakimiyyәt uğrunda mübarizәdә hәm zorakılığa, hәm dә demokratik mexanizmlәrdәn istifadәyә әsaslanırdı. Faşistlәr әvvәl döyüş dәstәlәri (skvadralar) formalaşdıraraq fәhlәlәrә, demokratik tәşkilatlara vә onların liderlәrinә qarşı bütün ölkәdә kütlәvi terrora başladılar. 1921 ildә faşistlәr parlamentә keçә bildilәr vә öz partiyalarını yaratdılar. 1922 ilin oktyabr ayında silahlı faşistlәrin dörd dәstәsi "Romaya yürüş"ә çıxdı. Lakin ordu ilә birbaşa toqquşmalar baş vermәdi, çünki kral III Viktor Emmanuil mühasirә vәziyyәti haqqında dekreti imzalamadı vә Mussolinini baş nazir tәyin etdi. "Faşist inqilabı"nın uğurunu liberal dövlәtin zәifliyi vә fәhlә partiyaları olan sosialistlәrlә kommunistlәr arasındakı düşmәnçilik şәrtlәndirdi.
1922-ci ildə burada Benito Mussolininin rəhbərliyindəki faşist partiyası hakimiyyətə gələ bilmişdir. Sonralar bu hərəkat dünyanın bir sıra ölkələrinə yayılmışdır. Benito Mussolininin hakimiyyәtә gәlişindәn sonra İtaliyada intotalitar rejimә transformasiyası başladı. Duçenin rәhbәrliyi altında faktiki olaraq qanunverici hakimiyyәt rolunu oynayan Böyük faşist şurası (BFŞ) vә faşist skvadraları әsasında Könüllü milli tәhlükәsizlik milisi yaradıldı. Dövlәtin transformasiyası Faşizmin sәrt siyasi böhranı ("Matteotti böhranı") dәf etmәsindәn vә 1926-cı ildә "fövqәladә qanunlar"ın qәbulundan sonra daha da sürәtlәndi. İtaliyada vәtәndaşların demokratik hüquqları vә mәtbuat azadlığı lәğv edildi, qeyri-faşist tәşkilat vә partiyaları dağıdıldı, tәtillәrә qadağa qoyuldu, vәtәndaş cәmiyyәti üzәrindә sәrt polis nәzarәti bәrqәrar edildi, müxalif әhvali-ruhiyyәni vә fәaliyyәti әzmәk üçün xüsusi dövlәt sistemi yaradıldı. Antifaşistlәri mәhkәmәyә cәlb etmәk üçün Xüsusi tribunal vә gizli siyasi polis tәsis edildi. Dövlәt quruluşu islahatlarının әsas istiqamәti hakimiyyәt institutlarının faşistlәşdirilmәsi oldu. Dövlәt aparatı mütlәq qaydada faşist partiyasının üzvlәrindәn formalaşdırılır, Mussolinin başçılıq etdiyi hökumәt parlament qarşısında deyil, kral qarşısında cavabdehlik daşıyırdı. Parlament dә islahatlara mәruz qalmışdı: deputatlığa namizәdlәrin siyahısı BFŞ tәrәfindәn tәsdiqlәnir, onların irәli sürülmәsi hüququ yalnız faşist tәşkilatlarına verilirdi. 1939-cu ildә parlamentin seçkili olması lәğv edildi, әvәzindә isә Faşist partiyası milli şurasının vә Milli korporasiyalar şurasının tәyin edilәn üzvlәrindәn ibarәt faşi vә korporasiyalar palatası yaradıldı. Faşistlәrin fikrincә, dövlәt korporativ olmalıdır, yәni sinfi qarşıdurma istehsal sahәlәri üzrә korporasiyalarda birlәşәn istehsalçıların maraqlarının harmoniyası ilә әvәzlәnmәli vә belә korporasiyalarda fәhlәdәn tutmuş mülkiyyәtçiyә qәdәr bütün üzvlәr "ümumi milli maraqlar" naminә işlәmәlidir. Korporativlik dövlәtin bazar iqtisadiyyatına vә sosial münasibәtlәrә fәal müdaxilәsi üsuluna çevrildi vә xüsusi mülkiyyәt prinsiplәrinә toxunmadan onlar üzәrindә nәzarәt yaratmağa imkan verdi. Dövlәt sәnaye rekonstruksiyası institutunun yaradılması, ictimai işlәrin tәşkili, fәal tarif siyasәti, milli monopoliyalara maliyyә yardımı, qarışıq dövlәtözәl müәssisәlәrinin yaradılması vә digәr tәdbirlәr İtaliyaya da ağır zәrbә vurmuş dünya iqtisadi böhranının nәticәlәrini aradan qaldırmağa yönәlmişdi. Bu tәdbirlәr әsasında iqtisadiyyatın vә sosial münasibәtlәrin totalitar tәnzimlәmә modeli tәşәkkül tapdı.
BFŞ-nin tәsdiqlәdiyi "Əmәk xartiyası"nda (1927) millәtin tәrifi italyanların hәm ümumi, hәm dә fәrdi iradәsini ifadә edәn faşist dövlәtindә reallaşmış "әxlaqi, siyasi vә iqtisadi vәhdәti" kimi verilirdi. İtaliyada mәhz dövlәt әsas mәqsәdә — cәmiyyәtin vә fәrdin total faşistlәşmәsinә nail olmaq üçün faşistlәrin әlindә başlıca vasitәyә çevrildi. Cәmiyyәtin tam tabe edilmәsinә yönәlmiş kurs "Hәr şey dövlәtdәdir, dövlәtdәn kәnarda heç nә yoxdur, dövlәtә qarşı heç nә yoxdur" formulu ilә ifadә olunurdu. Yeni dövrdә sabitlәşmiş liberal azadlıq vә bәrabәrlik idealına әks olaraq, "faşizm doktrinası" azadlığı onun inkarı hesabına tәsbit edirdi, çünki onun qarantı qismindә totalitar dövlәtin özü çıxış edirdi. Dövlәtin sәciyyәvi cәhәtlәri faşist, korporativ, unitar ideologiya; ilahilәşdirilmәsi 1930-cu illәrin ortalarında әn yüksәk zirvәyә çatan xarizmatik rәhbәrin — duçenin kultu; mәqsәdi rejimin möhkәm bünövrәsinin vә tarixi varisliyinin tәminatı olan kütlәvi tәşkilatlar (faşist partiyası, hәmkarlar ittifaqları, ideologiyalaşdırılmış qadın, uşaq, gәnclәr tәşkilatları, asudә vaxtın inhisarlaşdırılması strukturları) sistemi; iqtisadiyyatın vә mülki hәyatın hәrbilәşdirilmәsi idi. Avtoritar rejimlәrdәn fәrqli olaraq, Faşizm hakimiyyәtin әqidәli adeptlәrindәn ("Mussolini dövrünün yeni insanı") ibarәt kütlәvi sosial bazanı formalaşdırmağa çalışırdı. Ölkәdәki faşist tәrbiyәsinin çoxprofilli sistemi — ali mәktәb müәllimlәrinin sәdaqәt andı, mәktәb müәllimlәrinin mütlәq qaydada partiya üzvlüyü, "faşist mәdәniyyәti" vә yeni davranış qaydalarının ("faşist şәnbәlәri", "faşist toyları", müxtәlif "döyüşlәr", faşist üslubu, Qәdim Roma atributikası) tәbliği, kütlәvi hәrbi-idman hazırlığı vә mәişәtin hәrbilәşdirilmәsi mәhz buna yönәldilmişdi.
Bütünlükdə faşizmin inkişafı dalğavari şəkildə genişlənmişdir. Onun inkişaf dalğasının ən yüksək dövrü 1933-cü ildə onun Almaniyada hakimiyyət başına gəlməsindən sonra başlanmışdır. Faşizm və ya nasionalsosializm Avropada bir hərəkat kimi qalib gəlir. Avropa ölkələrinin yarıdan çoxuna yayılır, hakim siyasi qüvvəyə çevrilir. 1933-cü ilin oktyabrında artıq faşizm bir hərəkat kimi 23 ölkədə fəaliyyət göstərirdi. 1936-cı ildə 20 Avropa ölkəsində 49 faşist təşkilatı mövcud idi.
İtaliyada Mussolininin və Almaniyada Hitlerin başçılığı ilə faşist diktaturalarının yaradılması faşizm hərəkatında yeni rejimin yaranması demək idi. Faşist rejimi İkinci dünya müharibəsindən sonra da mövcud idi. 1974-cü ildə Portuqaliyada Salazar rejiminin, bir il sonra isə İspaniyada Franko rejiminin devrilməsi ilə Avropada faşizm dövrü başa çatmışdır.
Bütün milli xüsusiyyətləri ilə yanaşı faşizmin mahiyyəti hər yerdə eyni olaraq qalmışdır: o, kapitalizm cəmiyyətinin ən irticaçı dairələrinin mənafeyini əks etdirmişdir. Onlar faşizmə maliyyə və siyasi yardım göstərərək hərəkatdan kütlələrin etiraz çıxışlarının qarşısını almaq, mövcud rejimi saxlamaq və beynəlxalq arenada qəsbkarlıq niyyətlərini həyata keçirmək üçün istifadə etmişlər.
Faşizmin və ya milli-sosializm ideya əsasını ifrat antidemokratizm, rasizm, şovinizm, sosial-darvinizm təşkil edir. O, həm fiziki, həm də mənəvi mənada bütün fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən və "milli birliyə" hər hansı müdaxiləni qəti şəkildə aradan qaldıran totalitar dövlət quruluşunu ilahiləşdirir. Faşizm güclü, hətta qəddar, amansız hakimiyyəti təbliğ edir.
Faşizm ideologiyasında millətin qan ümumiliyinə əsaslanan ən ali və əbədi varlıq olmasından ibarət konsepsiya xüsusi yer tutur. Buradan da qanın və irqin təmizliyinin qorunub saxlanılması vəzifəsi fetişləşdirilir. Millətlər aşağı və ali kateqoriyalara bölünür. Faşist cəmiyyətində ali millətlərin digərləri üzərində ağalıq etməsi nəzərdə tutulur. Bu müddəalar faşizmin təcavüzkar xarici siyasətinə, başqa ölkələrin və xalqların əsarət altına alınması praktikasına bəraət qazandırmaq məqsədi güdürdü. Faşist ideoloqları öz qarşılarına böyük vəzifələr (Mussolininin Aralıq dənizi imperiyası, Hitlerin minillik "böyük reyx"i) qoymuşdular. Onların yerinə yetirilməsi üçün isə nəhəng, hər cəhətdən təmin olunmuş orduların yaradılması nəzərdə tutulurdu.
Faşizm sinifləri və sinfi mübarizəni qəti şəkildə rədd edir, onların irqi və yaxud korporativ birliklərdə inteqrasiya edilməsi uğrunda mübarizə aparır. O, tətil, mitinq və digər etiraz formalarını yolverilməz hesab edir. Əlbəttə, bu, onun hakimiyyətə gələndən sonrakı dövrü üçün nəzərdə tutulur. Hakimiyyətə gələnə qədər isə bu vasitələrdən yetərincə istifadə edir, yeri gəldikcə isə hətta təhriketmə hallarından da imtina etmir. Faşizmin tarixi praktikası göstərir ki, o, yalnız bütün demokratik azadlıqları və institutları ləğv edərək totalitar terrorist rejim yaratmağa qadirdir. İctimai həyatın bütün sahələri hərbiləşdirilir, onun bütün istiqamətləri dövlət tərəfindən ən ciddi nəzarətə götürülür. Həm də bu nəzarət təkcə dövlət strukturları tərəfindən deyil, həmçinin hərbi təşkilatlar, hərbiləşdirilmiş partiya dəstələri (İtaliyada "skuadre" dəstələri, Almaniyada SS və digər hissələr)vasitəsi ilə həyata keçirilir. Faşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri ümumi zorakılıq praktikası və zorakılıq kultunun yaradılmasından ibarətdir.
Bu hal cəmiyyətin gündəlik həyatına elə hopdurulur, elə təşviq edilir ki, müəyyən dövrdə qeyri-ixtiyari olaraq adi vətəndaşların yaşayış normasına, həyat tərzinə çevrilir.
Faşizm cəmiyyətində "ümummilli mənafe" deyilən mücərrədləşdirilmiş ideya hər şeyi özünə tabe edir, bütün başqa hissləri əvəz edir. Fərdi fikir, şəxsi mənafe, etik və mənəvi baxışlar arxa plana keçir. Fərdlərin bir-biri, həmçinin cəmiyyət qarşısında məsuliyyət hissi, ailə, uşaq və valideynlərə qarşı borc hissi öldürülür. İnsanlar ümumi ideyanın tələblərini yerinə yetirməli olan icraçılara, "vint"ciklərə çevrilirlər.
Faşizm İkinci dünya müharibəsi illərində özünün həqiqi mahiyyətini açıb göstərmişdir. Ölüm düşərgələri, soyqırımları, krematoriyalar, bəşəriyyətə qarşı kütləvi cinayət aksiyaları ilə faşizm işə keçirdi. Faşizm İkinci dünya müharibəsinin başlanmasında həlledici rol oynadı, sonra isə misilsiz hərbi və mənəvi-siyasi məğlubiyyətə düçar oldu. Onun cinayətləri Nyurnberq məhkəməsi ilə ittiham və məhkum edildi. Lakin bu qələbə faşizmin ideya-siyasi cərəyan kimi tam sıradan çıxarılmasını təmin edə bilmədi.
Müharibədən sonra tezliklə o, neofaşizm şəklində yenidən dirçəlməyə başladı. O, faşizmlə genetik əlaqələrini saxlayır. Belə ki, neofaşizm də uyğun ideoloji və siyasi baxışları rəhbər tutur, zorakılıq və dağıdıcılığı təbliğ edirlər. Onun arxalana biləcəyi sosial baza da mövcuddur. Elmi-texniki tərəqqi ilə bağlı kapitalist ölkələrində baş verən sosial dəyişikliklər həyatın dibinə atılmış xüsusi təbəqəni- marginalların yaranmasına gətirib çıxarır. Bu təbəqənin nümayəndələri neofaşistlərin ekstremist çağırışlarını asanlıqla qəbul edir və onların təşkilatlarına daxil olurlar. İndi neofaşistlərin təşkilatlarında ikinci və hətta üçüncü nəsil "rəhbər"lər fəaliyyət göstərirlər.
Bu gün dirçəlməkdə olan neofaşizm kifayət qədər təhlükəlidir. O, bir sıra ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməkdədir. Fransada ultra-sağ irticaçı "Milli Cəbhə" partiyası fəaliyyət göstərir. Onun lideri Le Pen 80-ci illərdən faşizmi açıq şəkildə təbliğ edir və müasir Fransanın real siyasi liderlərindən biridir. Rusiyada da faşist ideologiyası möhkəmlənir. Bu, əsasən gənclərdən ibarət ayrı-ayrı faşist dəstə və qruplarından başqa, V.Jirinovskinin Liberal- Demokrat partiyası ilə təmsil olunur. V.Jirinovski and içir ki, Hitlerin səhvlərini təkrar etməyəcəkdir və əgər hakimiyyətə gələ bilsə, Rusiya əsgərləri cənub dənizlərinin sularında çiməcəklər. Almaniyada faşistlərə F.Şonxuber, Rumıniyada G.Funar, Serbiyada Z.Raznyatoviç başçılıq edir. Avropa ölkələrində keçirilən son seçkilərdə faşistlərin populyarlığının artdığını göstərir. Almaniyada faşist yönümlü iki partiya — F.Şonxuberin rəhbərlik etdiyi Respublika partiyası və G.Freyler başda olmaqla Xalq hərəkatı partiyası seçicilərin səsinin 28%, Fransada Le Penin "Milli Cəbhə" partiyası 12,4%, İtaliyada J.F.Fininin neofaşist partiyası 11% və s. almışlar. Faşizm Latın Amerikası ölkələrində də mövqeyini möhkəmləndirir.
Mütəxəssislər faşizmin dirçəlişinin səbəblərini iqtisadi böhran, əhalinin orta təbəqələrinin həyat səviyyəsinin aşağı düşməsi, sosial təminatların zəifləməsi və buradan da hökumətlərə inamsızlığın, avtoritar, güclü rejimə isə inamın güclənməsi ilə əsaslandırırlar.
Nasist Almaniyası
Nasist Almaniyasının tәzyiqi ilә İtaliyada ölkәnin yәhudi әhalisinin hüquqlarını pozan irqi qanunlar (1938) qәbul edildi. Lakin faşist tәbliğatı vә repressiyaları İtaliyanın demokratik qüvvәlәrinin iradәsini sarsıtmadı. 1943-cü ilin payızında ölkәdә yaranan milli qurtuluş komitәlәrinә kommunistlәr vә sosialistlәrlә yanaşı, demokrat xristianların, "Ədalәt vә azadlıq" tәşkilatının vә digәr müxalif siyasi qrupların nümayәndәlәri daxil oldular. İtaliya Müqavimәt Hәrәkatı vә onun yaratdığı partizan ordusu alman nasizmi ilә sıx ittifaqda olan vә xarici siyasәt avantüralarına girişәn Faşizmin mәğlubiyyәtinә әhәmiyyәtli dәrәcәdә yardım etdi. 2-ci dünya müharibәsi başa çatdıqdan sonra İtaliyada "hәr hansı formada faşist partiyasının" ölkәdә bәrpasını qadağan edәn demokratik Konstitusiya (1947) qәbul olundu.
2) İfrat sağ tәmayüllü ictimai-siyasi hәrәkat vә ideologiya, hәmçinin onlara müvafiq dövlәt idarәçiliyi forması. Faşizm ideologiya kimi hәrbcu millәtçiliyә, sosial darvinizmә, korporativçiliyә, irqçiliyә, militarizmә, liberalizmin, sosial-demokratiyanın vә kommunizmin qәti inkarına әsaslanır. Faşizm dövlәt idarәçiliyi forması kimi öz hökmranlığını qoruyub saxlamaq üçün zorakılıq metodlarını vә icbari konsensusu istifadә edәn, güc strukturlarına vә çoxprofilli kütlәvi tәşkilatlara dayaqlanan, fәal şәkildә daxili vә xarici düşmәnlәrә nifrәt, hәmçinin rәhbәr kultunu aşılayan, cәmiyyәtdә yeni tipli münasibәtlәri formalaşdırdığını vә "yeni insan" yetişdirdiyini iddia edәn, iqtisadiyyatı vә sosial münasibәtlәri sәrt tәnzimlәyәn, әrazi ekspansiyasına vә dünya ağalığına can atan totalitar sistem kimi üzә çıxır. Yarandığı ilk mәrhәlәdә Faşizm, әsasәn, әhalinin orta tәbәqәlәrinә, hәmçinin fәhlә sinfinin, kәndlilәrin müәyyәn hissәsinә dayaqlanır, ehtiyat qüvvәlәrini marginal mühitdәn alır, mühafizәkar elitanın vә bәzi maliyyә-sәnaye dairәlәrinin bir hissәsindәn dәstәk qazanır.
Faşizmin tәriflәri vә onun tәdqiq olunmasına yanaşmalar çoxdur. Cәmiyyәtin "әxlaqi xәstәliyi" (B.Kroçe), "sağ mühafizәkar inqilabçılıq" (A.A.Qalkin), maliyyә kapitalının irticaçı dairәlәrinin "terrorçu diktatura"sı (G.Dimitrov), "totalitarizm forması" (H.Arendt, Z.Bjezinski) vә s. Faşizmin әn çox yayılmış tәriflәridir.
Faşizmin ideya mәnbәyi 19,20-ci әsrlәrin ayrıcında, Avropada vә Şimali Amerikada әnәnәvi әlaqәlәrin qırılması, sosial strukturun mürәkkәblәşmәsi, radikal sosial vә siyasi dәyişikliklәr tәlәb edәn ideologiyaların yaranması vә yayılması ilә müşayiәt olunan sәnaye cәmiyyәtinin möhkәmlәnmәsi dövründә formalaşmışdır. Faşistlәr sindikalistlәrdәn (J.Sorel) birbaşa inqilabi fәaliyyәt vә siyasi zorakılığın legitimliyi ideyasını; radikal millәtçilәrdәn (E.Korradini) "proletar millәti" vә plutokratik rejimlәrlә mübarizәnin zәruriliyi haqqında tәlimi; sosial darvinizmdәn fәrdlәrin yaşamaq uğrunda mübarizәsinә dair tәsәvvürü vә bu tәsәvvürü dәstәklәyәn "fövqәlinsan" konsepsiyasını (F.Nitsşe); elita nәzәriyyәlәrindәn (Q.Moska, V.Pareto) seçilmiş azlığın hakimiyyәtini әsaslandıran arqumentlәri әxz etmişdilәr. "Hәyat mәkanı" haqqında geosiyasi nәzәriyyәlәr (F.Ratsel) dә onların ehtiyaclarına cavab verirdi. Eyni zamanda romantizm dövrünün "milli ruh" haqqında mifologemlәri, "nordik" tipli insanların irqi üstünlüyünә dair mülahizәlәr (H.S.Çemberlen) vә hәtta okkult tәsәvvürlәr dә Faşizmin formalaşmasına tәsir göstәrmişdir. Birinci dünya müharibәsindәn (1914–18) sonra inqilabi әhvali-ruhiyyә daha böyük qüvvә ilә Rusiyada özünü göstәrmәklә, bütün Avropanı bürüdü. Qәrbi Avropada böhran fonunda şüurun radikallaşması, kütlәlәrin etiraz fәallığı, onların antisistem hәrәkәtlәrә hazırlığı artırdı. Millәtçi vә sinfi şüarlara müraciәt edәn vә problemlәrin sadә, hәm dә daha radikal hәlli yollarını tәklif edәn hәrәkat vә partiyalar bu әhvali-ruhiyyәlәrdәn daha uğurla istifadә edirdilәr. Geniş xalq kütlәlәrinin sosial problemlәrinin müharibәdә mәğlubiyyәtdәn (Almaniya), yaxud onun nәticәlәrindәn narazılıqdan (İtaliya) doğan hәyәcan vә mәyusluq hissi ilә birlәşdiyi ölkәlәrdә xüsusilә ağır vәziyyәt yaranmışdı. Rusiyada baş vermiş 1917-ci il Oktyabr inqilabı Qәrbi Avropada istәr qızğın tәrәfdarlarını, istәrsә dә sәrt әleyhdarlarını tapmaqla, kütlәlәrin radikallaşmasını stimullaşdırırdı.
Radikallaşmış әhali kütlәsinә silahlı zorakılığın tәtbiqinә vә әmrlәrin sözsüz yerinә yetirilmәsinә öyrәşmiş keçmiş hәrbçilәr dә әlavә olundu. Cәbhәçilәrin dinc hәyata adaptasiyası münaqişәli sәciyyә daşıyır vә müharibәdә verilmiş qurbanların mәnasızlığının dәrki ilә daha da ağırlaşırdı. Gözlәnilәn "sosial cәnnәt" әvәzinә güclü vәtәndaş münaqişәlәri dövrü başladı (İtaliyada "Qırmızı ikiillik", Almaniyada Noyabr inqilabı, Macarıstanda, Slovakiyada inqilabi döyüşlәr vә s.).
Sağ siyasi cinahda millәtçi ideya vә şüarlar irәli sürәn radikal qruplar meydana gәldi. 1919 ilin yazında İtaliyada faşist hәrәkatı formalaşdı. Oxşar ekstremist qruplar Almaniyada yarandı. 1919-cu ilin әvvәllәrindә onlar vahid tәşkilatda birlәşәrәk, 1920 ildәn Nasional-sosialist alman fәhlә partiyası (NSDAP) adlanmağa başladılar.
Faşistlәrin İtaliyada (1922), nasistlәrin Almaniyada (1933) hakimiyyәtә gәlmәlәri başqa ölkәlәrdә dә bu tipli hәrәkatları fәallaşdırdı. 1930-cu illәrin ortalarında Avropanın vә Amerikanın 20-dәn çox dövlәtindә 40-a qәdәr faşist partiyası vә qrupu mövcud idi. Danimarkada, Yunanıstanda, Niderlandda ("Nasional-sosialist hәrәkatı"), Finlandiyada ("Vәtәnpәrvәr xalq hәrәkatı"), Macarıstanda ("Çarpazlaşmış oxlar" partiyası) vә bir sıra digәr ölkәdә faşistlәr parlamentdә vә yerli hakimiyyәt orqanlarında tәmsil olunurdular.
Hәrbi tәcavüz faşist dövlәtlәrinin tәbiәtinә xas cәhәt idi; onlar "Aralıq dәnizini İtaliya gölünә çevirmәyi" vә "almanlar üçün hәyat mәkanı"nı әlә keçirmәyi qarşılarına mәqsәd qoymuşdular. İtaliya 1935-ci ildә Efiopiyaya müdaxilә etmәklә әrazi işğallarına başladı. Almaniya Versal sülh müqavilәsini (1919) pozmaqla yenidәn silahlanmaya başladı vә 1938–1939-cu illәrdә Avstriya ilә Çexiyanı de-fakto işğal etdi. 1939-cu ildә Almaniya vә İtaliya istәnilәn hәrbi münaqişәdә qeyd-şәrtsiz bir-birinin tәrәfindә çıxış etmәk öhdәliyi götürmәklә, "Polad pakt" imzaladılar. Onların başladığı müharibә tarixdә әn qanlı vә amansız münaqişә oldu. Nәticәdә faşist rejimlәri mәğlub olaraq çökdülәr vә öz ölkәlәrini milli faciәyә düçar etdilәr.
Lakin dünya faşizminin mәğlubiyyәti onun tam vә qeyd-şәrtsiz kökündәn yox olması demәk deyildi. 2-ci dünya müharibәsindәn sonra ideoloji vә siyasi cәhәtdәn Faşizmin varislәrinә çevrilәn radikal sağ millәtçi partiya vә qruplaşmalar yaranmağa başladı. Onlar öz tәrkiblәrinә, proqram müddәalarına, mәqsәdlәrinә vә onlara nailolma metodlarına görә fәrqlәnir. Bir çoxuna Faşizmin tipik cәhәtlәri — hәrbcu antikommunizm, güclü icraedici hakimiyyәtә canatma, populist sosial demaqoqluq, ifrat millәtçilik vә şovinizm, bir sıra halda antisemitizm vә irqçilik (bax Neonasizm) vә s. xasdır. Radikal neofaşistlәr üçün terror aktları da daxil olmaqla zorakı hәrәkәtlәr sәciyyәvidir; onlar faşist atributlarından vә mәrasimlәrindәn istifadә edir, faşist keçmişini ideallaşdırırlar (Faşizmin apologiyasının vә faşist partiyalarının bәrpasının qanunla qadağan olunmasına baxmayaraq). Onlar hökumәtlәri hәyata keçirdiklәri kursdan (neoliberal, sosial-islahatçı) asılı olmayaraq tәnqid atәşinә tutur, demokratik rejimlәri plutokratik hakimiyyәt, kütlәlәrlә manipulyasiya edәn mason diktaturası hesab edirlәr. Ən radikalları silahlı birlәşmәlәr yaradırlar. Bәzi neofaşist tәşkilatlar sağ partiyalar daxilindәki ekstremist qruplarla qarşılıqlı fәaliyyәt göstәrir, bәzilәri isә kriminal alәmlә sıx bağlıdır.
20-ci әsrin 2-ci yarısında neofaşist tәşkilatları İtaliya, AFR, B.Britaniya, Fransa, Belçika, İsveç vә Macarıstanda, daha kiçik qrupları Norveç, Danimarka, İslandiya, İsveçrә, Avstriya, ABŞ, İrlandiya vә Latın Amerikasının bәzi ölkәlәrindә yarandı. Onların bir qismi Malmö internasionalı adlanan Avropanın neofaşist, neonasist, millәtçi, irqçi tәşkilatları birliyinә daxil oldu.
Leqal neofaşist qrup vә partiyalar demokratik cәmiyyәt çәrçivәsindә mövcudluq şәraitinә fәal uyğunlaşırdılar. Onlar Faşizmin әn mәnfur müddәalarından vә cinayәtkar fәaliyyәtinә bәraәt qazandırmaqdan imtina edir, özlәrini sistemli sağ tәşkilatlar kimi göstәrirdilәr. Neofaşizmin sosial-psixoloji köklәri bir sıra ölkәlәrin müәyyәn tәbәqәlәrindә hәlә dә qalır vә sosial-iqtisadi, siyasi böhranların sәrt kәskinlәşmәsi şәraitindә yenidәn dirçәlә bilәr.