Wikipedia
Yon Antonesku
Antonesku (Antonescu) Yon (rum. Ion Victor Antonescu; 2 (14) iyun 1882 və ya 15 iyun 1882, – 1 iyun 1946[…]) — Rumıniya hərbi-faşist diktatoru, marşal (1941).
Haqqında
1907-ci ildə kəndli üsyanının yatırılmasında, 1919-cu ildə Rumıniyanın Macarıstana müdaxiləsində iştirak etmişdir. 1933–34-cü illərdə Baş qərargahın rəisi, 1938-ci ildən isə müdafiə naziri olmuşdur. 1940-cı ildə Rumıniyanın tam hüquqlu diktatoru oldu. Faşist ölkələri ilə birlikdə SSRİ-yə qarşı müharibəyə qoşulmuşdur (1941, iyun). Sovet qoşunları Rumıniyaya daxil olduqdan sonra Y. Antonesku həbs edilmiş (1944, 23avqust) və hərbi cinayətkar kimi edam olunmuşdur.
İstinadlar
- ↑ http://datos.bne.es/persona/XX1409573.html.
- ↑ Bell A. Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ Антонеску Ион (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Ion Antonescu // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Ion Antonescu // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia Catalana, 1968.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 553. ISBN 978-9952-441-02-4.