Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var bax Kərimov Fərhad əsgər oğlu Kərimov 11 dekabr 1948 Mos

Fərhad Kərimov

Fərhad Kərimov
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Kərimov.

Fərhad Əsgər oğlu Kərimov (11 dekabr 1948, Moskva – 22 may 1995, Naji-Yurt rayonu, Çeçenistan) — azərbaycanlı hərbi jurnalist və teleoperator. Dağlıq Qarabağ, Gürcüstan, Tacikistan və Çeçenistanın döyüş zonalarında hazırladığı reportajların müəllifidir.

Fərhad Kərimov
Fərhad Əsgər oğlu Kərimov
image
Doğum tarixi 11 dekabr 1948(1948-12-11)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 22 may 1995(1995-05-22) (46 yaşında)
Vəfat yeri
  • Naji-Yurt rayonu, Çeçenistan, Rusiya
Vəfat səbəbi döyüş zamanı qətlə yetirilib
Dəfn yeri
  • Xırdalan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
operator
fotoqraf
Mükafatları Rori Pek adına mükafat

Bioqrafiya

Fərhad Kərimov 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır.

O, 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayır. İlk vaxtlar "Molodyoj Azerbaydjana" qəzetində müxbir kimi çalışıb. 1991-ci il, 1 oktyabr tarixindən Turan informasiya agentliyində informasiya şöbəsinin redaktoru vəzifəsini tutmuşdur. 1992-ci ildən və agentlikləri ilə əməkdaşlığa başlamışdır. 1992–1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlamışdır. O, həmçinin, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olmuşdur.

Çeçenistan müharibəsi

image Əsas məqalə: Birinci çeçen müharibəsi

Çeçenistanda gedən müharibə zamanı hazırladığı reportajlar ona dünya şöhrəti gətirdi. O, döyüş bölgələrində olan dəhşəti çox böyük ustalıqla lentə alaraq bütün dünyaya çatdırmağı bacarmışdı. 1994–1995-ci ildə apardığı çəkilişlər Çeçenistanda baş verənlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mühüm rol oynamışdır.

Fərhad Kərimov 1995-ci il mayın 21-də Çeçenistanda çeçen üsyançılar tərəfində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəraitdə güllələnərək həlak olmuşdur. Onun cəsədini mayın 22-də yerli sakinlər tapmışdır. Bir neçə gün sonra isə qardaşı tərəfindən cəsədə baxış zamanı onun Fərhad Kərimov olduğu rəsmi şəkildə təsdiq edilmişdir. Fərhad Kərimov Qroznı şəhərindən 44 km cənub istiqamətdə yerləşən Nojayurd rayonunun Şuan kəndində dəfn olunmuşur. Yalnız üç ildən sonra Fərhad Kərimovun dostlarının köməyilə onun cənazəsi vətənə gətirilərək Xırdalan qəbirstanlığında, atasının yanında yenidən torpağa tapşırılmışdır.

1995-ci ildə Fərhad Kərimov silahlı münaqişə zamanı öldürülmüş jurnalist Rori Pek adına təsis edilən müfakata layiq görülür.

1996-cı ilin mayında Fərhad Kərimovun adı 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunmuşdur.

İstinadlar

  1. "Fərhad Kərimovun "Birinci çeçen müharibəsi"ndən fotoları". 2007-05-18 tarixində . İstifadə tarixi: 2013-05-20.
  2. . 2013-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.

Xarici keçidlər

  • Birinci çeçen müharibəsi zamanı çəkdiyi fotolar

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Kerimov Ferhad Esger oglu Kerimov 11 dekabr 1948 Moskva 22 may 1995 Naji Yurt rayonu Cecenistan azerbaycanli herbi jurnalist ve teleoperator Dagliq Qarabag Gurcustan Tacikistan ve Cecenistanin doyus zonalarinda hazirladigi reportajlarin muellifidir Ferhad KerimovFerhad Esger oglu KerimovDogum tarixi 11 dekabr 1948 1948 12 11 Dogum yeri Moskva RSFSR SSRIVefat tarixi 22 may 1995 1995 05 22 46 yasinda Vefat yeri Naji Yurt rayonu Cecenistan RusiyaVefat sebebi doyus zamani qetle yetirilibDefn yeri XirdalanMilliyyeti azerbaycanliFealiyyeti jurnalist operator fotoqrafMukafatlari Rori Pek adina mukafatBioqrafiyaFerhad Kerimov 11 dekabr 1948 ci ilde Moskva seherinde anadan olmusdur 1973 cu ilde Azerbaycan Dovlet Universitetinin fizika riyaziyyat fakultesini bitirib Bir muddet Azerbaycan Milli Elmler Akademiyasinda calismisdir O 1987 ci ilden pesekar jurnalistika fealiyyetine baslayir Ilk vaxtlar Molodyoj Azerbaydjana qezetinde muxbir kimi calisib 1991 ci il 1 oktyabr tarixinden Turan informasiya agentliyinde informasiya sobesinin redaktoru vezifesini tutmusdur 1992 ci ilden ve agentlikleri ile emekdasliga baslamisdir 1992 1994 cu illerde Qarabag muharibesinin en qaynar bolgelerinden videosujetler hazirlamisdir O hemcinin Gurcustan ve Tacikistandaki muharibe zonalarindan bir cox reportajlarin muellifi olmusdur Cecenistan muharibesi Esas meqale Birinci cecen muharibesi Cecenistanda geden muharibe zamani hazirladigi reportajlar ona dunya sohreti getirdi O doyus bolgelerinde olan dehseti cox boyuk ustaliqla lente alaraq butun dunyaya catdirmagi bacarmisdi 1994 1995 ci ilde apardigi cekilisler Cecenistanda bas verenlerin beynelxalq ictimaiyyete dolgun sekilde catdirilmasinda muhum rol oynamisdir Ferhad Kerimov 1995 ci il mayin 21 de Cecenistanda cecen usyancilar terefinde xidmeti vezifesini yerine yetirerken namelum seraitde gullelenerek helak olmusdur Onun cesedini mayin 22 de yerli sakinler tapmisdir Bir nece gun sonra ise qardasi terefinden cesede baxis zamani onun Ferhad Kerimov oldugu resmi sekilde tesdiq edilmisdir Ferhad Kerimov Qrozni seherinden 44 km cenub istiqametde yerlesen Nojayurd rayonunun Suan kendinde defn olunmusur Yalniz uc ilden sonra Ferhad Kerimovun dostlarinin komeyile onun cenazesi vetene getirilerek Xirdalan qebirstanliginda atasinin yaninda yeniden torpaga tapsirilmisdir 1995 ci ilde Ferhad Kerimov silahli munaqise zamani oldurulmus jurnalist Rori Pek adina tesis edilen mufakata layiq gorulur 1996 ci ilin mayinda Ferhad Kerimovun adi 934 sehid jurnalistin serefine Vasinqtonun Arlinqton milli qebiristanliginda ucaldilmis memorial abideye hekk olunmusdur Istinadlar Ferhad Kerimovun Birinci cecen muharibesi nden fotolari 2007 05 18 tarixinde Istifade tarixi 2013 05 20 2013 05 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 05 20 Xarici kecidlerBirinci cecen muharibesi zamani cekdiyi fotolar

Nəşr tarixi: İyun 17, 2024, 18:12 pm
Ən çox oxunan
  • May 21, 2025

    Qeyri-iqtisadi artım

  • Yanvar 27, 2025

    Qeyri-dindarlıq

  • Aprel 20, 2025

    Qeyri-dağıdıcı yoxlama

  • İyun 09, 2025

    Qaşım Maqomedov

  • May 28, 2025

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Gündəlik
  • Azərbaycanca Vikipediya

  • Müqəddəs Pyotr bazilikası

  • Azərbaycan Qəzeti (1945-1946)

  • Böyük Moğol İmperiyası

  • Əmir Teymur

  • Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı

  • The Beach Boys

  • Ramiz Duyğun

  • Məmlük sultanlığı

  • 22 iyun

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı