Endrü Yan
Bu məqalə Endrü Yan haqqındadır. Endryu Yanq üçün Endryu Yanq səhifəsinə baxın. |
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir.
Endrü Yan | |
---|---|
Doğum tarixi | 13 yanvar 1975 (46 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | sahibkar |
Saytı | yang2020.com (ing.) (isp.) yangforny.com |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir.
Həyatı
Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub. Onun valideyinləri ABŞ-a Çin Respublikasından 1960-cı illərində köçüb, Berkli Kaliforniya Universitetinin ali məktəbində rastlaşıblar.
Əsərləri
- Yan, Endrü (2014). Smart People Should Build Things: How to Restore Our Culture of Achievement, Build a Path for Entrepreneurs, and Create New Jobs in America. ISBN 0062292048.
- Yan, Endrü (2018). The War on Normal People: The Truth About America's Disappearing Jobs and Why Universal Basic Income Is Our Future. ISBN 0316414247.
İstinadlar
- Clifford, Catherine (April 11, 2018). "This 43-year-old running for president in 2020 wants to give everyone $1,000 a month in free cash". CNBC (ingilis). July 2, 2019 tarixində . İstifadə tarixi: July 5, 2019.
- Schwarz, Hunter. "Here's how 2020 Democrats announced their campaigns". CNN (ingilis). June 26, 2019 tarixində . İstifadə tarixi: July 5, 2019.
- Clifford, Catherine (April 11, 2018). "This 43-year-old running for president in 2020 wants to give everyone $1,000 a month in free cash". CNBC (ingilis). July 2, 2019 tarixində . İstifadə tarixi: March 5, 2019.
- Benjamin, Zachary (May 10, 2019). "2020 Democratic candidate Yang talks UBI, climate change" (ingilis). The Dartmouth. June 28, 2019 tarixində . İstifadə tarixi: July 5, 2019.
- Mukherjee, Sy (June 27, 2019). "Meet Andrew Yang, the Democratic Candidate Who Wants to Give You $1,000 Each Month". Fortune (ingilis). June 29, 2019 tarixində . İstifadə tarixi: July 5, 2019.
- "Our Policies". Andrew Yang for President (ingilis). February 17, 2019 tarixində . İstifadə tarixi: July 5, 2019.
- "Andrew Yang Fast Facts". CNN. August 28, 2019. August 29, 2019 tarixində . İstifadə tarixi: August 29, 2019.
- Cline, Seth (October 11, 2019). "Andrew Yang: Where He Stands". U.S. News & World Report. October 14, 2019 tarixində . İstifadə tarixi: October 17, 2019.
- JoeRogan (February 12, 2019). "JRE #1245 – Andrew Yang". March 10, 2019 tarixində . İstifadə tarixi: March 17, 2019 – Vimeo vasitəsilə.
Xarici keçidlər
- Endrü Yanın rəsmi saytı (ing.)
- "Venture for America". (ing.)
- C-SPAN saytındakı görünüşləri