Elvin Mirzəyev (rejissor)
Mirzəyev Elvin Hacı oğlu — Azərbaycan rejissoru və aktyoru.
Elvin Mirzəyev | |
---|---|
Elvin Hacı oğlu Mirzəyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Rejissor, aktyor |
Fəaliyyət illəri | 1997 — |
Təhsili | |
Mükafatları | İlin ən yaxşı gənc rejissoru - (2003)I Prezident təqaüdü - (2007) I İlin ən yaxşı tamaşası - "Arşın mal alan" tamaşasına görə |
tremtv.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003-2004-cü illərdə Space TV, 2004-2006-cı illərdə isə ANS TV-də işləyib. 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur.
2000-ci ildə "Yaranış" tamaşasına görə Respublika Gənclər Festivalında ikinci mükafat alıb. 2003-cü ildə "İlin ən yaxşı gənc rejissoru" mükafatı ilə təltif edilib. 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Almaniyada, Rusiyada, Ukraynada, Çexiyada, İranda keçirilən beynəlxalq teatr festivallarında öz tamaşaları ilə çıxış edib, mükafatlar alıb. Azərbaycan, rus və ingilis dillərini bilir.
Evlidir – Ayşə adlı qızı və Əlixan-Əliheydər adında oğlu var.
- SSRİ xalq artisti, rejissor Mehdi Məmmədovun bacısı nəvəsidir.
Əli və Nino
2006-cı ildə Teatr Xadimləri İttifaqının nəzdində Azərbaycanda ilk dəfə alternativ Yaradıcı Gənclər Mərkəzi layihəsi reallaşır. Mərkəzin təsisçilərindən biri olan Elvin Mirzəyev 2007-ci ildə İttifaqın səhnəsində həyata keçirilən "Əli və Nino" romanı əsasında virtual dekorasiyalı ritual faciənin ssenari müəlliflərindən biri, rejissor və baş rolda çıxış edir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Beynəlxalq Bankının bu layihədə ciddi dəstəyi olur. Tamaşa böyük uğurla nümayiş olunur və tamaşaçıların rəğbətini qazanır. Elvin Mirzəyevin daha geniş auditoriyada tanınmasında "Əli və Nino" tamaşasının xüsusi rolu var.
Bir müddət sonra, tamaşaçı axınına baxmayaraq, bilinməyən səbəblər üzündən "Əli və Nino" tamaşası bağlanır. Yalnız dörd ildən sonra (2011-ci ildə), Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Xalq Artisti Amaliya Pənahovanın dəvəti ilə Elvin Mirzəyev tamaşanı yenidən bərpa edə bilir. Əvvəlki ifaçılardan yalnız Əli (Elvin Mirzəyev), Nino (Nigar Həsənzadə)və Seyyid Mustafa (Toğrul Rza) qalmaqla bütün heyət Bakı Bələdiyyə teatrının daimi aktyorlarından yığılır. 2011-ci ilin 16 may tarixi "Əli və Ninonun" yeni premyera təvəllüdünə çevrilir və yenidən böyük tamaşaçı kütləsi yığır. 2012-ci ilin mart ayında tamaşa daha bir uğura imza atır. Rusiyanın ən mötəbər festivallarından biri, "Qızıl Maska" teatr festivalı "Əli və Nino"nu Moskva şəhərinə dəvət edir. Böyük tamaşaçı alqışı, yüksək resenziyalar, rəylər alan tamaşa "Maska" ilə Bakıya dönür. Həmən ərəfədə tamaşa daha bir neçə festivallara dəvət alır. İki ay sonra, 2012-ci ilin may ayında, Ukraynanın Xerson şəhərində "Melpomena Tavrii" XIV Beynəlxalq Teatr festivalında "Əli və Nino" daha iki mükafata layiq görülür: Baş qəhrəman Nino Kipiani roluna görə aktrisa Nigar Həsənzadə "Ən yaxşı qadın" ifaçısı kimi, ümumulikdə tamaşa və teatr "Yüksək peşəkar səhnə əsəri" mükafatı ilə təltif edilir. Hal-hazırda teatr "Əli və Nino" nun digər festivallarda iştirakına hazırlaşır.
Elvin Mirzəyevin jurnalist Rübabə Səməndərlə müsahibəsindən:
“Əli və Nino” elə bir məkandır ki, orda bütün münaqişələr, bütün düşmənçiliklər, ədavətlər silinir, bütün sərhədlər aradan qalxır. Orda sən özünü nə şərqli, nə qərbli hesab edirsən. Orda sən kimsənsə, necə varsansa, harda doğulmusansa, hara bağlısansa məhz osan.
Arşın mal alan
2008-ci ildə Elvin Mirzəyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alır. Bir il sonra, 2009-cu ildə yeni versiyada quruluş verdiyi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası ilin ən yaxşı tamaşası kimi "Yaxşıların Yaxşısı" mükafatına layiq görülüb.
Elvin Mirzəyevin jurnalist Sevda Ismayıllı ilə müsahibəsindən:
"Bilirsiniz, mən istəyirəm tamaşanın başqa tərəflərindən danışaq. Əgər bu haqda söhbət düşdüsə, istərdim o adamlar diqqətlə Üzeyir Hacıbəylinin librettosunu oxusunlar, musiqisinə qulaq assınlar. Və daha həssas olsunlar. Əgər Üzeyir bəy öz dövründə konservatizmin, ortodoksal fikirlərin azadlığına çalışırdısa, biz niyə də bunu 2009-cu ildə etməyək? Mən istəmirəm ki, «Arşın mal alan» bir muzey eksponatı kimi qalsın. Mən istəyirəm ki, ona bu günümüzün nəzər-nöqtəsiylə baxılsın."
Filmoqrafiya
- Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
- Hankı Səmtə- Rejissor 2003
- Bura Azərbaycandır- Rejissor 2004
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
- Birinci Birincidir (ANS TV-nin 14 illiyinə həsr olunmuş 10 müxtəlif reklam rolikləri-2005)
- Aldanmış Kəvakib" (N.Nərimanovun 120 illik yubileyinə həsr olunmuş S/F)
- Cənnətdən Qovulmuşlar (Dustaq qadınlar haqqında S/F)
- Ditdili (Uşaq və yeniyetmələr üçün satirik veriliş)
- Qara Zolaq – 20 İl sonra" (Çernobıl qəzasının 20 illiyinə S/F)
- O gün (Heydər Əliyevin xatirəsinə həsr olunmuş S/F)
- Vətəndaşların Müharibəsi ( II Dünya Müharibəsində qələbənin 60 illik yubileyinə həsr olunmuş S/F)
- Əsirin qayıtması (film, 2002)
- Qrinviç meridianından kənarda... qısametrajlı videofilm (2007 – baş rol – Əyyub)
- Adın sirri və tale. Qurban Səid (film, 2010)
- Sübhün səfiri (film, 2012)
- Qağayı (2012) çoxseriyalı bədii serial
- Hərb və sülh - Nigar Həsənzadə ilə - Azərbaycanın Milli qəhrəmanı Əfqan Hüseynov haqqında (sənədli film)- (2016) https://www.youtube.com/watch?v=ge6wis2lTug
- Əli və Nino (2016) Çoxseriyalı bədii fillm https://www.youtube.com/watch?v=LlJYrRuH74U
- Ave Maria (2016) https://www.youtube.com/watch?v=OCad0TPsCNw
- Fərqlilər - Sənədli film - "Azərbaycanfilm" kinostudiyasının məhsulu (2019)
- Qafqazın sirləri - sənədli filmlər silsiləsi, CBC telekanalının efirində (2020)
- Sabahın zabitləri - Sənədli film - C. Naxçıvanski adına hərbi liseyin 50 iilk yubileyinə - Azərbaycan Televiziyasının məhsulu (2021)
- "Qul" Tammetrajlı bədii film (2021)
Teatr tamaşaları
- U. Gibson "İki nəfər yelləncəkdə" – 2000-ci il
- T. Vilyams "Arzu tramvayı — 2001-ci il
- A.P.Çexov "Qılaflı adam" — 2002-ci il
- E.Mirzəyev "Çıxış" — 2002-ci il
- R.İbrahimbəyov "Unudulmuş avqust" — 2003-cü il
- Hofman "Portağal şahzadə" — 2004-cü il
- "Koroğlu" Jorj Sandın tərcümələri əsasında (fransız dilində) - 2004 - cü il
- Hofman "Şelkunçik" — 2005-ci il
- P.Lyuis "Narniya əhvalatları" — 2006-cı il
- Qurban Səid "Əli və Nino" — 2007-ci il
- Konstantin Sergiyenko "Əlvida yarğan" - 2008 - ci il
- Üzeyir Hacıbəyov "Arşın mal alan" — 2009-cu il
- Karlo Qotsi "Şahzadə Turandot" - 2009-cu il
- Xalid Hüseyni "Min möhtəşəm günəş" - 2016-cı il
- "Axına qarşı" 5 ən mükəmməl dünya klassikası (N. Gəncəvi, U. Şekspir, H. Hesse, Yunan mifi, M. Bulqakov) - 2017-ci il
- V. Bellini "Norma" İtalyan operası - 2018-ci il
- M. Füzuli "Meyvələrin söhbəti" - 2018-ci il
- Ezop "Qurdlar və quzular" - 2019-ci il
- "Bölünənlər" 7 mükəmməl sevgi macərası - 2019-cu il
- Su altında qalmış şəhərin sirləri - 2020-ci il
Xarici keçidlər
- “Əli və Nino”nun rejissoru: “Bu, film deyildi, tilsim idi” - MÜSAHİBƏ 2016-11-17 at the Wayback Machine
- Новые фото и видеокадры сериала «Али и Нино» - ФОТО – ВИДЕО
- ПУТЬ ОТ ПИАНИСТА ДО РЕЖИССЕРА 2008-12-29 at the Wayback Machine
- Эльвин Мирзоев: "Я изучил все творчество Узеирбека…"
- "İstəməzdim ki, "Arşın mal alan" muzey eksponatı kimi qalsın"
- В Баку состоялась премьера спектакля "Али и Нино" – ФОТО
- Эльвин Мирзоев: "Чехова во все времена необходимо осмысливать"[ölü keçid]
- "Gülçöhrəyə_cins__2745.html Elvin Mirzəyev: "Gülçöhrəyə cins geyindirsəydim..."
- Популярный роман на драматической сцене[ölü keçid]
- Новое амплуа студентов БСУ 2009-01-08 at the Wayback Machine
- Пока в мире есть такое понятие как театр (интервью)
- Эльвин МИРЗОЕВ: "Я старался максимально отразить Курбана Саида..."[ölü keçid]
- Elvin Mirzəyevin quruluş verdiyi “Əli və Nino” filminin premyerası olub
Pleylist
- https://www.youtube.com/watch?v=XgFKXRyZAZo&t=3s
- https://www.youtube.com/watch?v=Xaq75TyOzws&t=175s
- https://www.youtube.com/watch?v=WOFLUuklcsg&t=20s
- https://www.youtube.com/watch?v=pEUshH5_yhU&t=35s
- https://www.youtube.com/watch?v=PNoCV4J_7Y8&t=2362s
- https://www.youtube.com/watch?v=N-LCGqYk3yQ
- https://www.youtube.com/watch?v=P7qjZ5wycJg
- https://www.youtube.com/watch?v=riNdWIXtQFk
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
Əli və Nino tamaşasından fraqment (Moskva 18 mart 2012-ci il) "Qızıl Maska".