Elton Hüseynəliyev
Elton Hüseynəliyev (tam adı: Elton Əşrəf oğlu Hüseynəliyev; 6 avqust 1983, Sumqayıt) — azərbaycanlı müğənni, Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Televiziyasının solisti.
Elton Hüseynəliyev | |
---|---|
Elton Əşrəf oğlu Hüseynəliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1997 – h.h. |
Janr | Pop musiqi |
Həyatı
Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.
1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb. Müəllimləri əməkdar artistlər Nuriyə Hüseynova və Teymur Əmrah olub.
1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib.
2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.
2006-cı ildə prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var.
2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib.
2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Dövlət Kamera Orkestrının müşaiəti ilə solo konserti keçirilib. Layihənin bədii rəhbəri Teymur Əmrah olub.
22 may 2011-ci ildə Heydər Əliyev Sarayında “İstək” adlı ilk solo konserti keçirilib.
2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və 2015-ci ildə YAP Gənclər Birliyinin IV Konfransında Rəyasət Heyətinin üzvü seçilib.
2013-cü ildə Heydər Əliyev Sarayında prodüsseri Tarix Əliyevin təşkilatçılğı ilə xeyriyyə konserti keçirilib.
20 ilə yaxındır ki, Azərbaycanın dövlət tədbirlərində və Prezident seçkilərinə həsr olunmuş Bakıda ve digər bölgələrdə iştirak edir.
Kamera orkestrı ilə keçirilən konsertdə Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oktay Kazımi, Aygün Səmədzadənin əsərlərini ifa edib.
Gəncə Dövlət Filarmoniyasının solisti seçilib. Hal-hazırda Azərbaycan Dövlət Televizya ve Radio Verilişləri QSC-nin solistidir.
Mükafatları
22 may 1994-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Vətənimdir - Odlar Yurdu" uşaq özfəaliyyət yaradıcılığı və müsabiqənin qalibi - Sumqayıt şəhəri Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı "Səda" instrumental ansamblının solisti kimi diplomla təltif edilib.
2 fevral 2000-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayev tərəfindən "Gənclik-99" gənc müğənnilərin Respublika estrada-mahnı müsabiqəsinin final mərhələsində uğurlu çıxışına görə, Azərbaycan gənclər günü münasibəti ilə diplomla təltif edilib.
17 may 2018-ci ildə Azərbaycan Kikboksinq Federasiyası və şəxsən prezident Adil Əliyev tərəfindən kikboksinqin inkişafında göstərdiyi xidmətə görə fəxri diplomla təltif olunub.
3 iyul 2018-ci ildə Daxili işlər orqanları əməkdaşları arasında mədəniyyət və incəsənətin təbliğində xüsusi xidmətlərinə, Daxili İşlər Nazirliyinin təşkil etdiyi mədəni, bədii proqramlarda fəal iştirakına görə, habelə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən fəxri fərmanla təltif edilib.
İstinadlar
- ↑ Aqşin Şahinoğlu (2011-05-24). "Gənc müğənni Elton Hüseynəliyevin "İstək" adlı ilk solo konserti keçirilib" ( (azərb.)). anl.az / Yeni Azərbaycan. 2019-05-02 tarixində . İstifadə tarixi: 2019-12-12.
- "POPSTAR ALATURKA - Aygun & Elton - Sen Gelmez Oldun" ( (azərb.)). baku.ws. 2019-05-05. 2019-12-12 tarixində . İstifadə tarixi: 2019-12-12.
- "Elton 30.03.08 popstar alaturka" ( (azərb.)). YouTube. 2008-03-31. İstifadə tarixi: 2019-12-12.
- "Elton Hüseynəliyev: - "Bu partiyada üzvlüyümü yalnız kağız üzərində üzvlük saymamışam" - FOTOLAR" ( (azərb.)). atv.az. 2015-05-18. 2019-05-02 tarixində . İstifadə tarixi: 2019-12-12.
- Şahin Cavadsoy (2014-07-31). "Elton Hüseynəliyev haqqında iki şad xəbər - FOTO" ( (azərb.)). simsar.az. 2019-05-02 tarixində . İstifadə tarixi: 2019-12-12.
- "Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər - FOTOLAR" ( (azərb.)). Nuhçıxan İA. 2018-06-16. 2019-12-12 tarixində . İstifadə tarixi: 2019-12-12.
- "Elton Hüseynəliyev mükafat aldı - foto" ( (azərb.)). Muz TV. 2018-05-17. 2019-06-04 tarixində . İstifadə tarixi: 2019-12-12.
Həmçinin bax
Xarici keçidlər
- Elton Hüseynəliyev kanalı — YouTube
- Elton Hüseynəliyev — Instagram səhifəsi
- Elton Hüseynəliyev haqqında iki şad xəbər - FOTO
- Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var
- Müğənni Elton bir zamanlar `Ya Zəhra`nı belə oxuyub
- Müğənni Elton: Rusiya mundialda III yeri tuta bilər
- Müğənni Elton yeni klip çəkilişlərinə hazırlaşır