Duayt Eyzenhauer
Duayt Devid Eyzenhauer, "Ayk" ləqəbi ilə tanınır (ing. Dwight David "Ike" Eisenhower; 14 oktyabr 1890, Denison, Texas, ABŞ — 28 mart 1969, Vaşinqton Kolumbiya Federal Dairəsi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952).
Duayt Devid Eyzenhauer | |||||||
---|---|---|---|---|---|---|---|
ing. Dwight David Eisenhower | |||||||
| |||||||
Vitse-prezident | Riçard Nikson | ||||||
Sələfi | Harri Trumen | ||||||
Xələfi | Con Kennedi | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum adı | David Dwight Eisenhower | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Denison, Texas, ABŞ | ||||||
Vəfat tarixi | (78 yaşında) | ||||||
Vəfat yeri | Vaşinqton Kolumbiya Federal Dairəsi, ABŞ | ||||||
Vəfat səbəbi | ürək tutması | ||||||
Dəfn yeri |
| ||||||
Partiya | Respublikaçılar partiyası | ||||||
Təhsili | |||||||
İxtisası | Hərbçi | ||||||
Atası | Devid Ceykob Eyzenhauer | ||||||
Anası | İda Elizabet Stover | ||||||
Həyat yoldaşı | Meymi Eyzenhauer | ||||||
Uşaqları | Deud Duayt Eyzenhauer Con Eyzenhauer | ||||||
Hərbi xidmət | |||||||
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları | ||||||
Qoşun növü | ABŞ ordusu | ||||||
Rütbəsi | Ordu generalı | ||||||
Rəhbərlik edib | Avropadakı əməliyyatların baş komandanı Şimali Afrikadakı əməliyyatların baş komandanı Aralıq dənizi hövzəsindəki əməliyyatların baş komandanı Normandiyaya desantçıxarma əməliyyatının rəhbəri | ||||||
Döyüşlər | İkinci dünya müharibəsi | ||||||
Elmi fəaliyyəti | |||||||
Elm sahəsi | ABŞ siyasi sistemi | ||||||
| |||||||
Təltifləri | |||||||
Dini | Presviterian | ||||||
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir.
Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.
Həmçinin bax
Xarici keçidlər
- Balayev, Aydın. Tarix terminləri lüğəti (Altun Kitab). Bakı. 2017. İstifadə tarixi: 15 iyun 2021.