Dina Tumarkina
Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).
Dina Tumarkina | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Odessa, Odessa vilayəti, Ukrayna SSR |
Vətəndaşlığı | SSRİ→ İsrail |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1956-cı ildən |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı |
Mükafatları |
Həyatı
Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M.E.Tilker adına Odessa teatr studiyasında təhsil almışdır. 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir.
Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 fevral 1972
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981
- Azərbaycan SSR Dövlət mükafatı — 1972 (S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Tеatrında "Komandorun addımları" tamaşası üçün)
- SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ("Dairəni genişləndirin" tamaşasında qadın rolunun ifasına görə)
İfa etdiyi əsas rollar
Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur. Onun ifa etdiyi əsas rollar:
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Nataliya | Komandorun addımları | Vadim Korostılyev |
Bianka | Şıltaq qızın yumşalması | Uilyam Şekspir |
Roksana | Sirano de Berjerak | Edmon Rostan |
Yelena Andreyevna | Vanya dayı | Anton Çexov |
Amanda | Terezanın ad günü | Georgi Mdivani |
Aliyə | Dairəni genişləndirin | İmran Qasımov |
Nəzakət | Sən həmişə mənimləsən | İlyas Əfəndiyev |
Dilarə | Şəhərin yay günləri | Anar |
Valya | Vicdan | Vladimir Tokarev |
Kira | Bəyaz gecələrlə vidalaşma | Vera Panova |
Filmoqrafiya
İstinadlar
- "İsraildə yaşayan Azərbaycan xalq artistinin 85 illik yubileyi keçirilib". trend.az. 3 iyun 2017. 29 dekabr 2020 tarixində . İstifadə tarixi: 29 dekabr 2020.
- ↑ Вышка, 2015, ст. 6
- АСЕ, 1986, сәһ. 371
- Rəhimli, 2016. səh. 184
Ədəbiyyat
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. IX ҹилд: Спутник – Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)
- Rəhimli, İ. (2016). Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 428 səh. ISBN 978-9952-8306-3-7.
- Аграновский А. (7 августа 2015 года). "Звезда под названием Дина Тумаркина". Вышка. (#invisible_char); (#invisible_char); (#invisible_char)
Xarici keçidlər
- "Дина Тумаркина". kino-teatr.ru (rus). 29 dekabr 2020 tarixində . İstifadə tarixi: 29 dekabr 2020.
- "Тумаркина Дина Иосифовна - актриса". ourbaku.com (rus). İstifadə tarixi: 29 dekabr 2020.