Dilbər Əjdərova
Dilbər Əjdərova — kimya elmləri doktoru.
Dilbər Əjdərova | |
---|---|
Dilbər Səməd qızı Əjdərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | baş elmi işçi |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Təhsili | Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi |
Həyatı
Dilbər Əjdərova 3 dekabr 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Bakı şəhərinin 134 saylı orta məktəbini bitirdikdən sonra, 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində təhsil almışdır. 1966-cı ilin avqust ayında Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki-kimya İnstitutuna (indiki akade¬mik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.
Elmi fəaliyyəti
1975-ci ildə Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki-kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Ga-Sb-S sistemində kimyəvi qarşılıqlı təsirin tədqiqi” mövzusunda namizədlik, 2003-cü ildə isə “A-B-X sistemlərində faza diaqramlarının fiziki-kimyəvi xüsusiyyətləri və manqan da daxil olmaqla heterovalent kation əvəzlənməsi ilə AB2X4 tipli birləşmələrin alınması (A-Mn, Cu; B-Ga, İn, Sb; X-S, Se, Te” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Dilbər Əjdərova Azərbaycan Elmlər Akademiyasının KQKİ-da 1966-2004-cü illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2004-cü ildən hal-hazıradək AMEA-nın KQKİ-da baş elmi işçi vəzifəsində çalışır.
Elmi istiqaməti
Dilbər Əjdərovanın əsas elmi istiqaməti yeni mürəkkəb yarımkeçirici materialların alınmasının fiziki-kimyəvi əsaslarının işlənib hazırlanmasından ibarətdir. O, bir sıra üçlü sistemlərdə daxili kəsiklərin hal diaqramlarına əsaslanaraq onların likvidus səthinin proyeksiyalarını qurmuşdur. Nəticədə diod, triodların hazırlanmasında istifadə olunan fotohəssas materiallar, idarəetmə sistemlərində və hərbi sənayedə geniş tətbiq olunan maqnit xassəli yarımkeçiricilər alınmışdır.
Elmi əsərləri
Dilbər Əjdərova 170-ə yaxın elmi əsərin, o cümlədən 3 elmi ixtiranın,1 monoqrafiya və 1 sorğu kitabının müəllifidir.
Kitablar
• Аждарова Д.С. «Полупроводники на основе халькогенидов марганца». Баку, «Чашиоглы», 2001, 90 с. • М.И.Заргарова, А.Н.Мамедов, Д.С.Аждарова, Дж. А. Ахмедова, Ч.И.Абилов. Справочник «Неорганические вещества, синтезированные и исследованные в Азербайджане», Баку: Элм, 2004, 462 с.
Elmi məqaləri
Dilbər Əjdərovanın məqalələrinin bir qismi aşağıdakılardır: • B.Q.Tagiyev, Q.M.Niftiyev, D.S.Ajdarova. “Effect of cobalt impurities on the electrical and photoelectrical properties of GaS single crystals”. Solid State Communcation, Printed Great Britain. 1985, vol.53, №9, pp. 811–815 • Аждарова Д.С., Мехдиев И.Г., Мамедов А.Н., Заргарова М.И. Ликвидус тройной системы CuInSe2-InSe-SnSe2¬. Ж. Неорг. Мат. 1999, т.95, №8, с.923-926 • Бахтиярлы И.Б., Аждарова Д.С., Мамедов Ш.М. «Тройная система Pb-Sb-S». Ж. Неорг. Химии. 2013, т.58, №6, с.823-829 • O.M.Aliev, D.S.Ajdarova, T.F.Maksudova, V.M.Ragimova, V.A.Qasimov. ”Syntesis and study of synthetic analogues of nuffieldite mineral with rare earth elements”. The reports of National Academy of Sciences of Azerbaijan. 2015, vol.LXXI, №1, pp. 42–46 • O.M.Aliev, D.S Ajdarova, V.M.Ragimova. The study of quasiternary PbS-Cu2S-Bi¬2S3 systems of the CuBiS2-PbS, Bi2S3-PbCuBiS3 and Cu2S-PbCuBiS3 sections. International Journal of Applied and Fundamental Research. 2015, №6, p. 465 • O.M.Aliev, D.S Ajdarova, T.F.Maksudova, V.M.Ragimova. ”Phase equilibria in systems Cu2S- PbCuBiS3 and CuSbS2-Pb5Sb4S11”. The reports of National Academy of Sciences of Azerbaijan. 2016, vol.LXXII, №1, p. 49 • O.M.Aliev, D.S.Ajdarova, T.F.Maksudova, V.M.Ragimova. Phase-formation in quasiternary system Cu2S-PbS-Sb2S3. International Journal Applied and Fundamental Research (Scientific Journal). 2016, №12, p. 1482 • D.S.Ajdarova, T.F.Maksudova, I.I.Aliyev, V.M.Ragimova. ”Phase equilibria in systems MnSe-Bi, MnBi2Se4-Se”. The reports of National Academy of Sciences of Azerbaijan. 2017, №1, p. 18
Müəllif şəhadətnamələri və patentlər
• 147500 ДПС «Фоточувствительный материал» (Соавторами) • 1018560 ДПС «Фоторезистор» (Соавторами) • 1162358 ДПС «Фоточувствительный материал» (Соавторами)
Beynəlxalq konfranslarda iştirakı
O, Rusiyada (1972-2016), Ukraynada (1983, 2011), Qazaxstanda (1990), Özbəkstanda (1991), Türkiyədə (2004), Sloveniyada (2006), Çexiyada (2006), Almaniyada (2008) keçirilən beynəlxalq konfrans və simpoziumlarda elmi məruzəçi kimi iştirak etmişdir.
Elmi-təşkilati fəaliyyəti
Dilbər Əjdərova 1979-cu ildə “Xalkogenidlərin kimyası, fizikası və texniki tətbiqi” V Ümumittifaq konfransının, 1980-1988-ci illərdə Ümumittifaq ”Maqnit yarımkeçiriciləri” Problem Sovetinin elmi katibi olub. 2004-2014-cü illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunda fəaliyyət göstərən D01.221 Müdafiə Şurasının üzvü olub. 1997-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun D01.021 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Ümumi Elmi Seminarın elmi katibidir.
Elmi redaktə işləri, rəyçi və məsləhətçi olduğu əsərlər
Dilbər Əjdərova 30-dаn artıq fəlsəfə doktoru və kimya üzrə elmlər doktoru dissertasiyalarına rəy vermişdir.
Dissertantlara elmi rəhbərlik və opponent
Dilbər Əjdərovanın rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanmışdır. 2 kimya elmlər doktoru (KQKİ, RPİ) və 4 kimya üzrə fəlsəfə doktoru dissertasiyalarına (KQKİ) opponentlik etmişdir.