Corc Akerlof
Corc Akerlof (ing. George Arthur Akerlof) (17 iyun 1940) — amerikalı iqtisadçı. 2001-ci ildə Maykl Spens və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Corc Akerlof Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir.
Corc Akerlof | |
---|---|
ing. George Arthur Akerlof | |
Doğum tarixi | |
Doğum yeri | Nyu Heven, Konnektikut ABŞ |
Vətəndaşlığı | |
Milliyyəti | ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
İş yeri | Berkli Kaliforniya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Robert Solou |
Tanınır | Asimmetrik informasiya, Təşviq edici mükafat |
Üzvlüyü | |
Mükafatları | 2001 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Akerlof Lavrensvil məktəbindən məzun olmuş və 1962-ci ildə Yel Universitetində magistr dərəcəsinə yüksəlmişdir. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmiş və London İqtisadiyyat məktəbində işləməyə başlamışdır.
Corc Akerlofun həyat yoldaşı Canet Yellen San Fransiskonun Federal Ehtiyat Sisteminin rəhbəridir və Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Canet Yellen həmçinin Bill Klintonun İqtisadi Məsləhət Şurasında da işləmişdi.
Həmçinin bax
Xarici keçidlər
- Corc Akerlof haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Corc Akerlof haqqında faktlar
- Corc Akerlofun İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
- Corc Akerlofun müsahibəsi
İstinadlar
- http://nobelprize.org/nobel_prizes/economics/laureates/2001/akerlof-autobio.html
- . 2008-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29.
- . 2011-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29.