Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Caqar | |
---|---|
41°20′38″ şm. e. 48°11′58″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.258 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 417 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3839 |
Tarixi
Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası
Caqar oyk, sadə. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Qızılqaya dağının (Böyük Qafqaz) yamacındadır. Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. R-nun ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samur çayından başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar r-nu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 417 nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qusar rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |