Wikipedia
CBC
CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalı. Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı.
CBC | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | (müxtəlif bölgələrdə) |
Dil | Azərbaycan dili Rus dili İngilis dili Gürcü dili |
Baş qərargah | Bakı, Azərbaycan |
Yaranma tarixi | 10 aprel 2013 |
Sahibi | SOCAR |
Keçmiş adları | ATV International |
Şüar | Bringing Azerbaijan to the World, Bringing World to Azerbaijan |
Qardaş kanallar | CBC SportHD Xəzər TVHD Dalğa TVHD Xəzər FM 100.5 FM Araz FM |
Sayt | cbc.az |
Xarici keçidlər
- CBC | Web səhifəsi
- CBC | Facebook səhifəsi
- CBC | Twitter səhifəsi
- CBC | Google Plus səhifəsi
- CBC | YouTube kanalı
- CBC | Canlı 2015-08-21 at the Wayback Machine