Bakı Dövlət Universitetinin Qazax filialı
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Tarixi
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır.
Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirir.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialına çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab olunmuşdur.
İstinadlar
- ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.)
- "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az 2014-11-09 at the Wayback Machine (az.)
- "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamı. e-qanun.az, (az.)
- "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə" Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı. president.az, (az.)