Böyük Əmili
Böyük Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Böyük Əmili | |
---|---|
40°51′29″ şm. e. 47°44′27″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 389 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1200 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3635 |
Coğrafiyası və infrastrukturu
Böyük Əmili mərkəzdən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən 2 km. aralı Qəbələ-Ağdaş şosse yolunun kənarında, Əmirvan silsiləsinin cənub ətəyindədir. Əhalisi maldarlıq, tərəvəz və taxıl əkini ilə məşğuldur. Telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır. Kənddə 1000 nəfərlik tutumu olan, süni örtüyə malik futbol stadionu da vardır.
Toponimikası
Böyük Əmili oyk., mür. Qəbələ r-nunun Hacallı i.ə.v.-də kənd. Qaraçayın sahilindən 2 km. aralı, Əmirvan silsiləsinin c. ətəyindədir. Birinci komponent oykonimi indi mövcud olmayan Kiçik Əmili kəndindən fərqləndirmək üçündür. Əmili komponenti isə toponimiyada türk mənşəli Kiməklerin yeddi qolundan biri olan İmi (Eymi, Eymir, Eymür) etnonimi ilə əlaqələndirilir.
Əhalisi
Həmçinin bax
Xarici keçidlər
- İnzibati Ərazi Vahidləri 2017-07-29 at the Wayback Machine
İstinadlar
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Qəbələ rayon Böyük Əmili kənd stadionu
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |