Azərbaycan–Litva münasibətləri
Azərbaycan–Litva münasibətləri — Azərbaycan Respublikası ilə Litva Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarixi
AXC dövrü
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Pozenovskaya küçəsi 15 ünvanında Litvanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik etmişdir.
Sovet dövrü
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Diplomatik əlaqələr
1992-ci ilin oktyabrından 1995-ci ilin noyabr ayına qədər Litva dövlətində Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəliyi fəaliyyət göstərib və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Səlahiyyətli nümayəndə olub. (Mənbə: "Dünya Azərbaycanlıları" Ensiklopediyası, I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 2006-cı il, səh.320. Buraxılışa məsul şəxs - Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev).
İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır. 4 mart 2016-cı il tarixindən Kamran Nəbizadə işçi qrupunun rəhbəridir.
Viza
Litvaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
Həmçinin bax
İstinadlar
- Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri. axc.preslib.az (az.)
- Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı. mfa.gov.az (az.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Passport and visa requirements" 2017-03-11 at the Wayback Machine. olympicair.com