Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ((azərb-kiril.) Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј’әти) — 1937–1990-cı illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali orqanı. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin işini təşkil edən orqana çevrilmişdir.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti | |
---|---|
| |
![]() Azərbaycan SSR gerbi | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 14 mart 1937 (de-yure) 21 iyul 1938 (de-fakto) |
Ləğv edilib | 18 may 1990 (ali orqan kimi) 27 noyabr 1995 (de-yure) |
Tabelik | Azərbaycan SSR Ali Soveti |
Baş qərargah | Bakı |
Tarixi
14 mart 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmış və onun əsasında Azərbaycan SSR Ali Soveti yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1938-ci ildə fəaliyyətə başlamış və ilk illərdə Azərbaycan SSR Baş Sovetinin Prezidiumu adlanmışdır.
Rəyasət Heyətinin tərkibinə Ali Sovetin deputatları arasından seçilmiş sədr, 2 müavin, katib və 15 üzv daxil idi. Həmin tərkib Azərbaycan SSR Ali Sovetinin hər çağırışının ilk iclasında seçilirdi.
Səlahiyyətləri
1990-cı ilədək
1990-cı ilədək Rəyasət Heyətinin səlahiyyətləri geniş olmuşdur. Onlardan bir qismi hazırda (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) ilə üst-üstə düşür. Azərbaycan SSR Konstitusiyasına (1978) əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxil olmuşdur:
- Azərbaycan SSR Ali Sovetinin sessiyalarının çağırılması, daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi;
- Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə, habelə rayon (şəhər) xalq məhkəmələrinə seçkilərin təyin edilməsi;
- Azərbaycan SSR Konstitusiyasına əməl olunmasına nəzarət edilməsi, eləcə də Naxçıvan MSSR Konstitusiyasının və qanunlarının Azərbaycan SSR Konstitusiyasına və qanunlarına uyğun olmasını təmin edilməsi;
- Yerli xalq deputatları sovetlərinin fəaliyyətinə rəhbərlik edilməsi;
- İnzibati ərazi quruluşu məsələlərinin həlli qaydasının müəyyənləşdirilməsi, inzibati-ərazi vahidlərinin tabeliyinin müəyyən edilməsi, yaşayış məntəqələri adlarının dəyişdirilməsi;
- Respublikanın qüvvədə olan qanunlarını şərh edilməsi;
- Ümumxalq səsverməsinin (referendum) keçirilməsi;
- Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin, rayon və şəhər xalq (zəhmətkeş) deputatları sovetlərinin qərar və sərəncamlarının qanunamüvafiq olmadıqda ləğv edilməsi;
- Azərbaycan SSR fəxri adlarının təsis edilməsi və verilməsi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmə, habelə həmin mükafatlardan məhrum edilmə;
- Azərbaycan SSR vətəndaşlığına qəbul edilmə və sığınacaq vermə məsələlərinin həll edilməsi;
- Amnistiya haqqında aktların qəbul edilməsi, məhkəmə orqanları tərəfindən məhkum edilmiş vətəndaşların bağışlanma hüququnun həyata keçirilməsi;
- Azərbaycan SSR-in xarici dövlətlərdə və beynəlxalq təşkilatlar nəzdində olan diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması;
- Azərbaycan SSR Dövlət himninin təsdiq edilməsi;
- Müxtəlif məsələlər üzrə fərmanların verilməsi; Azərbaycan SSR Konstitusiyasının və qanunlarının müəyyən etdiyi başqa səlahiyyəti həyata keçirilməsi.
Ali Sovetin sessiyaları arasındakı dövrdə Ali Sovetin təsdiqinə verilməklə həll etdiyi məsələlər:
- Azərbaycan SSR-in qüvvədə olan qanunvericilik aktlarında, lazım gəldikdə, dəyişikliklərin edilməsi;
- Naxçıvan MSSR-in sərhəd dəyişikliklərini təsdiq edilməsi, respublika tabeliyində olan rayonlar və şəhərlərin təşkil edilməsi;
- Azərbaycan SSR Nazirlər Sovetinin təklifi ilə Azərbaycan SSR nazirliklərinin və dövlət komitələrini yaradılması və ləğv edilməsi;
- Azərbaycan SSR Nazirlər Sovetinin tərkibinə daxil olan ayrı-ayrı şəxslərin Azərbaycan SSR Nazirlər Soveti sədrinin təqdimi iləvəzifəyə təyin və azad edilməsi.
1990-cı ildən sonra
18 may 1990-cı ildə Azərbaycan SSR Prezidenti vəzifəsinin təsis edilməsindən və Azərbaycan SSR Konstitusiyasına dəyişikliklər və əlavələr edildikdən sonra Rəyasət Heyətinin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişmiş, sədr və müavin vəzifələri ləğv edilmiş və səlahiyyətlərinin böyük əksəriyyəti Azərbaycan SSR Prezidenti və Azərbaycan SSR Ali Soveti arasında bölüşdürülmüşdür. Konstitusiya dəyişikliyindən sonra Rəyasət Heyətinin tərkibi Azərbaycan SSR Ali Soveti sədrinin müavinlərindən və Azərbaycan SSR Ali Soveti daimi komissiyalarının sədrlərindən ibarət olmuşdur.
Həmin dövrdən etibarən onun səlahiyyətlərinə Ali Sovetinin sessiya iclaslarının hazırlanması və təşkil edilməsi, Ali Sovetin daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, ümumxalq səsverməsinin (referendumun), Azərbaycan SSR qanun layihələrinin və digər mühüm məsələlər üzrə xalq müzakirəsinin hazırlanması və təşkil edilməsi, eləcə də Azərbaycan SSR qanunlarının, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Prezidentinin qəbul etdiyi aktların dərc olunmasının təmin edilməsi daxil olmuşdur.
5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası adlandırılmasından sonra Rəyasət Heyəti də Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti kimi fəaliyyətini davam etdirmişdir.
Sədrlər
No. | Picture | A.S.A. | Səlahiyyətin başlanğıcı | Səlahiyyətin sonu | Partiya |
---|---|---|---|---|---|
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri | |||||
1 | ![]() | Mir Bəşir Qasımov (1879–1949) | 21 iyul 1938 | 23 aprel 1949 | ÜİK(b)P |
2 | ![]() | Nəzər Heydərov (1896–1968) | 18 may 1949 | 9 mart 1954 | Sov.İKP |
3 | ![]() | Mirzə İbrahimov (1911–1993) | 9 mart 1954 | 23 yanvar 1958 | Sov.İKP |
4 | ![]() | ilyas Abdullayev (1913–1985) | 23 yanvar 1958 | 25 noyabr 1959 | Sov.İKP |
5 | ![]() | Səftər Cəfərov (1900–1961) | 25 noyabr 1959 | 16 noyabr 1961 | Sov.İKP |
6 | ![]() | Məmməd İsgəndərov (1914–1985) | 29 dekabr 1961 | 25 dekabr 1969 | Sov.İKP |
7 | ![]() | Qurban Xəlilov (1906–2000) | 25 dekabr 1969 | 30 dekabr 1985 | Sov.İKP |
8 | ![]() | Süleyman Tatlıyev (1925–2014) | 30 dekabr 1985 | 22 iyun 1989 | Sov.İKP |
9 | ![]() | Elmira Qafarova (1934–1993) | 22 iyun 1989 | 18 may 1990 | Sov.İKP |
İstinadlar
- Азәрбајҹан ССР Мәркәзи Иҹраијјә Комитәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 174.
- Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 171.
- "Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası". e-qanun.az. 21 aprel 1978. İstifadə tarixi: 17 iyul 2024.
- "Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu". e-qanun.az. 18 may 1990. 17 July 2024 tarixində . İstifadə tarixi: 17 iyul 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan SSR Ali Sovetinin Reyaset Heyeti azerb kiril Azәrbaјҹan SSR Ali Sovetinin Rәјasәt Һeј әti 1937 1990 ci illerde Azerbaycan SSR de dovlet hakimiyyetinin ali orqani 1990 ci ilde Azerbaycan SSR Ali Sovetinin isini teskil eden orqana cevrilmisdir Azerbaycan SSR Ali Sovetinin Reyaset HeyetiAzәrbaјҹan SSR Ali Sovetinin Rәјasәt Һeј әtiAzerbaycan SSR gerbiUmumi melumatlarOlke Azerbaycan SSRYaradilma tarixi 14 mart 1937 de yure 21 iyul 1938 de fakto Legv edilib 18 may 1990 ali orqan kimi 27 noyabr 1995 de yure Tabelik Azerbaycan SSR Ali SovetiBas qerargah BakiTarixi14 mart 1937 ci ilde Azerbaycan SSR Konstitusiyasinin qebul edilmesi ile Azerbaycan SSR Merkezi Icraiyye Komitesi fealiyyetini dayandirmis ve onun esasinda Azerbaycan SSR Ali Soveti yaradilmisdir Azerbaycan SSR Ali Sovetinin Reyaset Heyeti 1938 ci ilde fealiyyete baslamis ve ilk illerde Azerbaycan SSR Bas Sovetinin Prezidiumu adlanmisdir Reyaset Heyetinin terkibine Ali Sovetin deputatlari arasindan secilmis sedr 2 muavin katib ve 15 uzv daxil idi Hemin terkib Azerbaycan SSR Ali Sovetinin her cagirisinin ilk iclasinda secilirdi Selahiyyetleri1990 ci iledek 1990 ci iledek Reyaset Heyetinin selahiyyetleri genis olmusdur Onlardan bir qismi hazirda Azerbaycan Respublikasi Prezidentinin selahiyyetleri ile ust uste dusur Azerbaycan SSR Konstitusiyasina 1978 esasen Reyaset Heyetinin selahiyyetlerine asagidakilar daxil olmusdur Azerbaycan SSR Ali Sovetinin sessiyalarinin cagirilmasi daimi komissiyalarinin fealiyyetinin elaqelendirilmesi Azerbaycan SSR Ali Sovetine ve yerli xalq deputatlari sovetlerine habele rayon seher xalq mehkemelerine seckilerin teyin edilmesi Azerbaycan SSR Konstitusiyasina emel olunmasina nezaret edilmesi elece de Naxcivan MSSR Konstitusiyasinin ve qanunlarinin Azerbaycan SSR Konstitusiyasina ve qanunlarina uygun olmasini temin edilmesi Yerli xalq deputatlari sovetlerinin fealiyyetine rehberlik edilmesi Inzibati erazi qurulusu meselelerinin helli qaydasinin mueyyenlesdirilmesi inzibati erazi vahidlerinin tabeliyinin mueyyen edilmesi yasayis menteqeleri adlarinin deyisdirilmesi Respublikanin quvvede olan qanunlarini serh edilmesi Umumxalq sesvermesinin referendum kecirilmesi Azerbaycan SSR Nazirler Sovetinin Naxcivan MSSR Nazirler Sovetinin rayon ve seher xalq zehmetkes deputatlari sovetlerinin qerar ve serencamlarinin qanunamuvafiq olmadiqda legv edilmesi Azerbaycan SSR fexri adlarinin tesis edilmesi ve verilmesi Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermani ile teltif edilme habele hemin mukafatlardan mehrum edilme Azerbaycan SSR vetendasligina qebul edilme ve siginacaq verme meselelerinin hell edilmesi Amnistiya haqqinda aktlarin qebul edilmesi mehkeme orqanlari terefinden mehkum edilmis vetendaslarin bagislanma huququnun heyata kecirilmesi Azerbaycan SSR in xarici dovletlerde ve beynelxalq teskilatlar nezdinde olan diplomatik numayendelerinin teyin edilmesi ve geri cagirilmasi Azerbaycan SSR Dovlet himninin tesdiq edilmesi Muxtelif meseleler uzre fermanlarin verilmesi Azerbaycan SSR Konstitusiyasinin ve qanunlarinin mueyyen etdiyi basqa selahiyyeti heyata kecirilmesi Ali Sovetin sessiyalari arasindaki dovrde Ali Sovetin tesdiqine verilmekle hell etdiyi meseleler Azerbaycan SSR in quvvede olan qanunvericilik aktlarinda lazim geldikde deyisikliklerin edilmesi Naxcivan MSSR in serhed deyisikliklerini tesdiq edilmesi respublika tabeliyinde olan rayonlar ve seherlerin teskil edilmesi Azerbaycan SSR Nazirler Sovetinin teklifi ile Azerbaycan SSR nazirliklerinin ve dovlet komitelerini yaradilmasi ve legv edilmesi Azerbaycan SSR Nazirler Sovetinin terkibine daxil olan ayri ayri sexslerin Azerbaycan SSR Nazirler Soveti sedrinin teqdimi ilevezifeye teyin ve azad edilmesi 1990 ci ilden sonra 18 may 1990 ci ilde Azerbaycan SSR Prezidenti vezifesinin tesis edilmesinden ve Azerbaycan SSR Konstitusiyasina deyisiklikler ve elaveler edildikden sonra Reyaset Heyetinin fealiyyet istiqameti keskin sekilde deyismis sedr ve muavin vezifeleri legv edilmis ve selahiyyetlerinin boyuk ekseriyyeti Azerbaycan SSR Prezidenti ve Azerbaycan SSR Ali Soveti arasinda bolusdurulmusdur Konstitusiya deyisikliyinden sonra Reyaset Heyetinin terkibi Azerbaycan SSR Ali Soveti sedrinin muavinlerinden ve Azerbaycan SSR Ali Soveti daimi komissiyalarinin sedrlerinden ibaret olmusdur Hemin dovrden etibaren onun selahiyyetlerine Ali Sovetinin sessiya iclaslarinin hazirlanmasi ve teskil edilmesi Ali Sovetin daimi komissiyalarinin fealiyyetinin elaqelendirilmesi umumxalq sesvermesinin referendumun Azerbaycan SSR qanun layihelerinin ve diger muhum meseleler uzre xalq muzakiresinin hazirlanmasi ve teskil edilmesi elece de Azerbaycan SSR qanunlarinin Azerbaycan SSR Ali Sovetinin Azerbaycan SSR Prezidentinin qebul etdiyi aktlarin derc olunmasinin temin edilmesi daxil olmusdur 5 fevral 1991 ci ilde Azerbaycan dovletinin Azerbaycan Respublikasi adlandirilmasindan sonra Reyaset Heyeti de Azerbaycan Respublikasi Ali Sovetinin Reyaset Heyeti kimi fealiyyetini davam etdirmisdir SedrlerNo Picture A S A Selahiyyetin baslangici Selahiyyetin sonu PartiyaAzerbaycan SSR Ali Soveti Reyaset Heyetinin sedrleri1 Mir Besir Qasimov 1879 1949 21 iyul 1938 23 aprel 1949 UIK b P2 Nezer Heyderov 1896 1968 18 may 1949 9 mart 1954 Sov IKP3 Mirze Ibrahimov 1911 1993 9 mart 1954 23 yanvar 1958 Sov IKP4 ilyas Abdullayev 1913 1985 23 yanvar 1958 25 noyabr 1959 Sov IKP5 Sefter Ceferov 1900 1961 25 noyabr 1959 16 noyabr 1961 Sov IKP6 Memmed Isgenderov 1914 1985 29 dekabr 1961 25 dekabr 1969 Sov IKP7 Qurban Xelilov 1906 2000 25 dekabr 1969 30 dekabr 1985 Sov IKP8 Suleyman Tatliyev 1925 2014 30 dekabr 1985 22 iyun 1989 Sov IKP9 Elmira Qafarova 1934 1993 22 iyun 1989 18 may 1990 Sov IKPIstinadlarAzәrbaјҹan SSR Mәrkәzi Iҹraiјјә Komitәsi Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 174 Azәrbaјҹan SSR Ali Sovetinin Rәјasәt Һeј әti Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 171 Azerbaycan Sovet Sosialist Respublikasinin Konstitusiyasi e qanun az 21 aprel 1978 Istifade tarixi 17 iyul 2024 Azerbaycan SSR Konstitusiyasina Esas Qanununa deyisiklikler ve elaveler haqqinda Azerbaycan Sovet Sosialist Respublikasinin Qanunu e qanun az 18 may 1990 17 July 2024 tarixinde Istifade tarixi 17 iyul 2024