Azərpaşa Nemət
Azərpaşa Zəfər oğlu Nemətov (13 avqust 1947, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015-ci ildən) və direktoru (2016-cı ildən).
Azərpaşa Nemətov | |
---|---|
Digər adı | Azərpaşa Zəfəroğlu |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Zəfər Nemətov |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1972–indiyə kimi |
Mükafatları | |
Həyatı
Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974–1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.
1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.
31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir.
23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.
6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.
2017-ci ildə "Almaz" tamaşasına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 11 avqust 2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Tamaşaya qoyduğu əsərlər
Akademik Milli Dram Teatrında
- "Biganələr oteli" (1984) (Rüstəm İbrahimbəyov)
- "Tufandan əvvəl" (1987) (Arif Süleymanov)
- "Ah, Paris, Paris!.." (1997) (Elçin)
- "Mənim sevimli dəlim" (1998) (Elçin)
- "Mənim ərim dəlidir. Diaqnoz D" (1999) (Elçin)
- "Hamlet" (2002) (Uilyam Şekspir)
- "Boy çiçəyi" (2011) (İlyas Əfəndiyev)
- "Şah Qacar" (2013) (Əli Əmirli)
- "Ölülər" (2016) (Cəlil Məmmədquluzadə)
- "Almaz" (2017) (Cəfər Cabbarlı)
- "Cəhənnəm sakinləri" (2017) (Elçin)
Filmoqrafiya
İstinadlar
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli Sərəncamı.[ölü keçid] e-qanun.az (azərb.)
- Lent.az (31.08.2015 20:40). "Azərpaşa Nemətov Dram Teatrının bədii rəhbəri - baş rejissoru təyin edildi" (azərb.). lent.az. İstifadə tarixi: 2015-08-31.
- Teatr xadimlərinə "Haldun Taner" mükafatı verildi
- Lent.az (06.01.2016 11:23). ""Azdrama"ya yeni baş direktor təyin olundu" (azərb.). lent.az. İstifadə tarixi: 2015-01-06.
- publika.az (21.05.2017). ""Cəfər Cabbarlı Mükafatı- 2017" təqdim edildi" (azərb.). Publika.az. İstifadə tarixi: 2017-05-21.
- Ülviyyə Həsənqızı (21.05.2017). (azərb.). Primetime.az. 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
- President.az (11.08.2017). "A.Z.Nemətovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2017-08-11.
Xarici keçidlər
- Azərpaşa Nemətov Qarabağa səfər barədə-1
- Azərpaşa Nemətov Qarabağa səfər barədə-2