Aynur Nəsirova
Aynur Nəsirova | |
---|---|
Aynur Əli qızı Nəsirova | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | ali |
Həyatı
13 iyun 1975-ci ildə Bakı şəhərində dünyaya gəlib. 172 saylı tam orta məktəbi bitirdikdən sonra 1994-ci ildə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Jurnalist ixtisasına qəbul olub. 1998-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra elə həmin Fakültənin magistr pilləsinə daxil olub, 2000-ci ildə isə təhsilini yekunlaşdırıb.
Valideynləri Atası Nəsirov Əli Əliqulu oğlu, anası Nəsirova İrufət Şərafəddin qızı təqaüdçüdürlər.
Şəxsi həyatı Evlidir. 2 qızı var.
Fəaliyyəti
Aynur Nəsirova BDU jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti,filologiya üzrə fəlsəfə doktorudur. 1999-cu il yanvar-iyun aylarında magistr təhsili ilə yanaşı, Sara TVdə "Xəbərlər" xidmətində reportyor; 1999-cu il iyun-dekabr aylarında "Teleskop" qəzetində redaktor; 2000-2003-cü illərdə "Lider" TV-də Prezident Aparatında akkreditasiya olunmuş müxbir-redaktor; 2004-2016 illərdə BDU, Teleradio jurnalistikası kafedrası nəzdində, tədris televiziya studiyasında müdir; 2014-cü ildən "ARB" TV-də "Xəbərlər" xidmətinin redaktoru vəzifəsində çalışıb. Hazırda "ARB 24" TV-də Xəbərlər Departamentinin direktor müavini kimi fəaliyyət göstərir.
Tədqiqat sahəsi
Televiziya jurnalistikasının problemləri
Məqalələri
- Real informasiyanın xüsusi çəkisinin artırılması yolları ( Bakı, 2003)
- Televiziya və radioda informasiya problemi ( Bakı, 2003)
- Informasiya proqramlarının effektivliyi ( Bakı, 2008)
- Telexəbərin qavranılması ( Bakı, 2009)
- İnformasiya proqramlarının telemetrik reytinqi, Bakı, 2010)
- Televiziyada səmərəlilik problem ( Bakı, 2010)
- «Рамочное» правило новостей ( Тамбов,2011)
- Söz azadlığı və səmərəlilik prinsipi ( Bakı, 2011)
- Kommunikasiya prosesinin mərhələləri ( Bakı, 2011)
- Televiziya məlumatının məzmu-nu və strukturu kom-munikasiya silsiləsinin əsas komponentləri kimi (Bakı, 2011)
- Kitle İletişim modelleri ( Bakı, 2012)
- Пути эффективи-зации процесса те-левещания ( Симфе-рополь, 2014)
- Düşünmə və işləmənin yeni üsulü ( Bakı, 2016)
- KİV-də canlı yayımın xüsusiyyətləri ( Bakı, 2018)
- Mədəniyyətlərarası dialoqda KİV-in yeri ( Bakı, 2019)
Kitabları
- Kütləvi kommunikasiya modelləri: mənbədən mənsəbə qədər”. Dərs vəsaiti, "Qanun" nəşriyyatı. Bakı, 2018
Metodik göstəriş və proqramlar
- Radio jurnalistikası. Proqram. "Qanun", Bakı, 2016
- TV-də sənədli film. İPFS-B05, tədris proqramı, Qanun nəşriyyatı, Bakı 2017
- TV-də sənədli film. İPFS-B05, Proqram, Qanun nəşriyyatı. Bakı, 2018
Elmi dərəcələri və elmi adları
- 1994-1998-ci illərdə BDU, Jurnalistika fakültəsi - bakalavr
- 1998-2000-ci illərdə BDU, Jurnalistika fakültəsi - magistr
- 2005-2010-cu illər BDU, Jurnalistika fakültəsi - dissertant
- 2004-2010-cu illər BDU, Teleradio jurnalistikası kafedrasının dissertantı.
- 2013-cü ildə "Televiziya məlumatının məzmunu və strukturu səmərəlilik amili kimi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Mükafatları
İstinadlar
- "Nəsirova Aynur Əli qızı" (azərb. ). journalism.bsu.edu.az. İstifadə tarixi: 7 aprel 2020.