Aydın Əliyev (general-polkovnik)
Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri. Gömrük xidməti general-polkovniki.
Aydın Əliyev | |||||||
---|---|---|---|---|---|---|---|
Aydın Əli oğlu Əliyev | |||||||
| |||||||
Baş nazir | Artur Rasi-zadə | ||||||
Prezident | İlham Əliyev | ||||||
Sələfi | Kəmaləddin Heydərov | ||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | Yeni Azərbaycan Partiyası | ||||||
Təhsili | Azərbaycan Dövlət Universiteti | ||||||
İxtisası | Hüquqşünas | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Baku, Azərbaycan SSR | ||||||
Atası | Əli Əliyev | ||||||
Həyat yoldaşı | Sairə Əliyeva | ||||||
Uşağı | 2 övlad | ||||||
Hərbi xidmət | |||||||
Rütbəsi | general-polkovnik | ||||||
| |||||||
Təltifləri |
Həyatı
Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.
1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.
1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.
6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.
27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.
23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Mükafatları
- 25 may 2017-ci ildə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilmişdir
İstinadlar
- "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (azərb.). 27 yanvar 2017.
- http://www.customs.gov.az/az/sedri0001.html
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı