fbpx
Wikipedia

Arslanşah (İraq Səlcuq hökmdarı)

Arslan şah (11331176, Həmədan, Həmədan ostanı) — Sultan I Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi.

Arslan şah
Arslan şah ibn Toğrul
Sələfi Süleyman şah
Xələfi III Toğrul
Şəxsi məlumatlar
Doğum tarixi 1133
Vəfat tarixi 1176
Vəfat yeri
Atası II Toğrul
Anası Möminə Xatun

Həyatı

Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi. Lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.

21 yaşındakı Arslan şah isə Alp Quş tərəfindən Mahqi qalasına onun ölümündən sonra isə Atabəy Eldənizin yanına aparıldı. Sultan Məhəmmədin ölümündən sonra İraq Səlcuq sultanlığında ara müharibələri başlandı. Hakimiyyətə gələn 1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin. 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.

1160-cı ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.

Tezliklə Arslan şaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyi nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi. Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi.

Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı. Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı.

1167–1168-ci ilərdə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslan şah qaçıb Həmədana — Sultan Arslan şah və atabəy Eldənizin qulluğuna gəldi. 1168-ci ildə Atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslan şah Atabəyin vassalı kimi Kirmana hakim təyin edildi.

Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, Sultan Arslan şahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı.

1175-ci ildə Eldənizin ölümündən sonra onun siyasətindən narazı olan əmirlər Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, sultan Arslan şahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər. Lakin Zəncanda xəstələnərək, yenidən Həmədana qayıdan sultan Arslan şah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı Arslan şahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu yolla rəqibini aradan götürən Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.

İstinadlar

  1. Faruk Sümer (2013). İldenizliler (PDF). TDV İslam Ansiklopedisi. 404–405.
  2. Süleyman Əliyarlı.s.115.
  3. Ziya Bünyadov.s.39–40.
  4. Azərbaycan tarixi.s.306.
  5. Süleyman Əliyarlı.s.116.
  6. Əkbər N.Nəcəf.s.25.
  7. Ziya Bünyadov.s.41.
  8. Əkbər N.Nəcəf.s.26.
  9. Ziya Bünyadov.s.43.
  10. Əkbər N.Nəcəf.s.29.
  11. Süleyman Əliyarlı.s.119.
  12. Erdoğan Merçil.s. 89.
  13. Azərbaycan tarixi.313.

Ədəbiyyat

  • Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007, 312 səh.
  • Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı. "Elm". 2007. 608 səh. — 24 səh.
  • Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi, İstanbul 1993, c. 8.
  • Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.

Həmçinin bax

Xarici keçidlər

  • Faruk Sümer (2013). İldenizliler (PDF). TDV İslam Ansiklopedisi. 404–405.

arslanşah, iraq, səlcuq, hökmdarı, vikipediyada, adlı, digər, şəxslər, haqqında, məqalələr, arslanşah, arslan, şah, 1133, 1176, həmədan, həmədan, ostanı, sultan, toğrulun, oğlu, 1133, ildə, anadan, olmuşdu, əmisi, sultan, məsud, himayəsini, götürmüş, təlim, tə. Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Arslansah Arslan sah 1133 1176 Hemedan Hemedan ostani Sultan I Togrulun oglu idi 1133 cu ilde anadan olmusdu Emisi Sultan Mesud onu himayesini goturmus ve telim terbiyesi ile mesgul olmusdu 1 1160 ci ilde Atabey Eldeniz terefinden Iraq Selcuq sultanliginin hokmdari elan edilmisdi Arslan sahArslan sah ibn TogrulIraq Selcuq sultanliginin VII sultani1160 1175Selefi Suleyman sahXelefi III TogrulSexsi melumatlarDogum tarixi 1133Vefat tarixi 1176Vefat yeri Hemedan Merkezi bexsi d Hemedan sehristani Hemedan ostani IranAtasi II TogrulAnasi Momine Xatun Mundericat 1 Heyati 2 Istinadlar 3 Edebiyyat 4 Hemcinin bax 5 Xarici kecidlerHeyati RedakteSultan Mesud 1145 46 ci illerde Azerbaycana yurusu erefesinde Selcuq sahzadelerini Tikrit qalasinda hebse atdi Sahzadeler illerle qalada hebsde qaldilar 1152 ci ilde Mesudun olumunden sonra Abbasi xelifesi Muqtefi Lidillah Iraq Selcuqlarinin basda Bagdad Ereb Iraqindaki torpaqlarini ele kecirmeye basladi Xelifenin quvvetlenmesinden narahat olan Sultan Mehemmed ve terefdarlari qosun yigaraq Bagdada dogru hucuma basladilar Bu erefede hebsde olan sahzadeleri de azad etdiler Arslan saha ordunun merkezinde rehberlik verildi Lakin bas vermis doyusde Iraq Selcuq sultanligi meglub edildi 1 21 yasindaki Arslan sah ise Alp Qus terefinden Mahqi qalasina onun olumunden sonra ise Atabey Eldenizin yanina aparildi Sultan Mehemmedin olumunden sonra Iraq Selcuq sultanliginda ara muharibeleri baslandi Hakimiyyete gelen 1160 ci ilde Iraq Selcuq sultani Suleyman sah emirlerin cixislari neticesinde taxtdan salinib oldurulen zaman qesdin teskilatcilari basda nufuzlu eyyanlardan olan Serafeddin Muveffeq Qord Boz Eldenize muracietle xahis etdiler ki oz ogullugu Arslan sahi Iraq sultanligi taxtina cixarmaq ucun Hemedana getirsin 2 1160 ci ilin noyabrinda Eldeniz 20 minlik ordunun basinda Arslan sahla Hemedana daxil oldu Burada onlari dovletin butun eyan ve emirleri Reyin hakimi Inancdan basqa qarsiladilar ve tenteneli merasimden sonra Arslan saha tac qoydular Sultan hakimiyyeti altinda olan butun yerlerde onun adina xutbe oxundu 3 1160 ci ilde Semseddin Eldeniz Boyuk Atabey titulu aldi ve Iraq Selcuq sultanliginin iderisini faktiki olaraq ele kecirdi Boyuk oglu Mehemmed Cahan Pehlevan sultanin hacibi oldu kicik oglu Qizil Arslan ise ordunun ali bas komandani teyin edildi 4 Tezlikle Arslan saha qarsi taxtin 2 iddiacisi meydana cixdi Maraga atabeyi nezareti altinda olan Mahmud sah ve Fars hakiminin nezareti altindaki Melik sah Bu iki iddiaci xelifenin tekidile Eldenize qarsi hereket kecdiler Ancaq Eldeniz tez terpenib onlarin birlesmesine imkan vermedi 2 avqust 1161 ci ilde Rey etrafinda Mahmud sah ibn Mehemmedin ordusunu darmadagin etdi Reyi ele kecirib orani Cahan Pehlevanin iqtasi elan etdi 5 Rey hakimi Emir Inanc da Eldenizin vassalina cevrildi 6 Daha sonra Eldeniz Maraga hakimi Nusreteddin Arslan Abaya elci gonderib sahzade Mahmud sah ibn Mehemmedin verilmesini ve ozunun de sultan xidmetine gelmesini teleb etdi Ancaq Nusreteddin bu telebi yerine yetirmekden boyun qacirdi ve bildirdi Sultan menim yanimda yasayir Onda atabey Eldeniz Cahan Pehlevanin basciligi altinda ordu toplayib Maraga hakimi Nusreteddine qarsi gonderdi Nusreteddin yardim ucun Xilat hakimi sah ermen Seyfeddin bey Teymura muraciet etdi ve o da ordusunu komeye gonderdi Sefidrud cayindaki doyusde Cahan Pehlevan meglub oldu ve Hemedana qacdi 7 Bir muddet sonra Maraga atabeyi Nusreteddin vefat etdi Eldeniz onun mulklerinde coxuna ele kecirdi ve Agsunqurileri tesiri altina saldi 8 1167 1168 ci ilerde Kirmanin hakimi Togrul sah oldu ve onun oglanlari arasinda hakimiyyet ugrunda mubarize baslandi Togrul sahin ortancil oglu II Arslan sah qacib Hemedana Sultan Arslan sah ve atabey Eldenizin qulluguna geldi 1168 ci ilde Atabeyin quvveleri Kirmana daxil oldular II Arslan sah Atabeyin vassali kimi Kirmana hakim teyin edildi 9 Atabey Eldenizin olum xeberi Cahan Pehlevana yetisen kimi o derhal Hemedandan Naxcivana yola dusdu dovlet xezinesini ve taxt tacin emlakini oz nezareti altina aldi Butun qosunlari bir yere toplayaraq Atabey hadiselerin sonraki gedisini Sultan Arslan sahin ona qarsi munasibetinin meqsedini gozlemeye basladi 10 11 1175 ci ilde Eldenizin olumunden sonra onun siyasetinden narazi olan emirler Cahan Pehlevanin Hemedani terk etmesinden istifade ederek sultan Arslan sahi boyuk ordu ile Azerbaycana hucum etmeye tehrik etdiler 12 Lakin Zencanda xestelenerek yeniden Hemedana qayidan sultan Arslan sah Cahan Pehlevani paytaxta devet edir onunla barisir dovletin idaresini ona tapsirdiqdan az sonra vefat edir Menbelerin melumati Arslan sahin Cahan Pehlevanin serencami ile zeherlenmesi faktini tesdiq edir Bu yolla reqibini aradan goturen Atabey Arslan sahin 7 yasli oglu III Togrulu 1177 ci ilde sultanliq taxtinda eylesdirir ozu de onun atabeyi olur 13 Istinadlar Redakte 1 2 Faruk Sumer 2013 Ildenizliler PDF TDV Islam Ansiklopedisi 404 405 Suleyman Eliyarli s 115 Ziya Bunyadov s 39 40 Azerbaycan tarixi s 306 Suleyman Eliyarli s 116 Ekber N Necef s 25 Ziya Bunyadov s 41 Ekber N Necef s 26 Ziya Bunyadov s 43 Ekber N Necef s 29 Suleyman Eliyarli s 119 Erdogan Mercil s 89 Azerbaycan tarixi 313 Edebiyyat RedakteZiya Bunyadov Azerbaycan Atabeyleri dovleti 1136 1225 ci iller Baki Serq Qerb 2007 312 seh Ekber N Necef Selcuqlu dovletleri ve atabeyleri tarixi Oguzlarin ortaya cixmasindan XIV esre qeder Baki Qanun 2010 Azerbaycan tarixi Yeddi cildde II cild III XIII esrin I rubu Baki Elm 2007 608 seh 24 seh Erdogan Mercil Ildenizliler Azurbaycan Atabegleri Dogustan Gunumuze Buyuk Islam Tarihi Istanbul 1993 c 8 Suleyman Eliyarli Azerbaycan tarixi uzre qaynaqlar Baki Ciraq 2007 400 seh Hemcinin bax RedakteEldenizlerXarici kecidler RedakteFaruk Sumer 2013 Ildenizliler PDF TDV Islam Ansiklopedisi 404 405 Menbe https az wikipedia org w index php title Arslansah Iraq Selcuq hokmdari amp oldid 5954605, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.