Wikipedia
Araz Zərgər
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Araz Zərgər | |
---|---|
39°34′07″ şm. e. 47°37′18″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 482 nəfər (2009) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Nəqliyyat kodu | 19 |
Tarixi
Toponimikası
Araz Zərgər oyk. Füzuli r-nunun Əhmədbəyli i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629