Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir.
| Aplit | |
|---|---|
| |

Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 574. ISBN .

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aplit yun aploos sade xirda ve ya narin deneli nadir hallarda porfirvari ag aciq boz sarimtil ve ya cehrayi rengli umumiyyetle aciq rengli minerallardan xirda izometrik kvars ve col spatlarindan ibaret maqmatik damar dayka suxuru Aplitlere azqalinliqli daykalar ve damarciqlar seklinde qranit ve qranitoid kutlelerinde bezen ise onlardan kenarda etraf suxurlarin catlarinda rast gelinir Apltlerde cuzi miqdarda rengli minerallar maqnetit mikalar bezen qelevi piroksenler ve amfibollardan basqa aksessor mineral kimi muskovit bezen qranat ve turmalin adi aksessor minerallar maqnetit ortit hemcinin apatit ve bir cox basqa nadir minerallar ksenotim xrizoberill aleksandrit topaz anataz ve s var Mikrostrukturu aplit ve ya panidiomorf deneverdir denelerinin formasi cox halda qeyri duzgun ucbucaqli ve ya qeyri duzgun dairevidir Terkibine ve yatim seraitine gore Aplit dayka ve damarciqlari maqmanin qaliq turs erintisinin intruziv kutlelerin ve etraf suxurlarin catlarina nufuz ederek kristallasib berkimesi neticesinde emele gelir Bele erintiler hemise su ve diger ucucu komponentlerle zengin oldugundan maqmanin soyumasi zamani hemin komponentlerin erintiden ayrilmasi onun kristallasmasini suretlendirmekle yanasi xirda deneli strukturun emele gelmesine sebeb olur qaliq erinti qapali seraitde kristallasdigi zaman peqmatitler emele gelir Aplit Vikianbarda elaqeli mediafayllar Sinonimleri qranitin qranomazanit xaplit novleri qranit aplit qranodiorit aplit diorit aplit kvarsli diorit aplit kvarsli monsonit aplit monsonit aplit plagioqranit aplit kvarsli siyenit aplit siyenit aplit tonalit aplit Azerbaycan erazisinde aplitlere en cox Kicik Qafqazin Gedebey Daskesen Qabaqtepe Uctepe Delidag Mehri Ordubad ve s intruzivlerin qranitoid kutlelerinde tesaduf olunur IstinadlarAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 574 ISBN 978 9952 441 02 4 Vikianbarda Aplit ile elaqeli mediafayllar var
