Alunitdağ
Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə.
Alunitdağ | |
---|---|
40°31′48″ şm. e. 46°03′18″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.653 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 684 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1600 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır.
Toponimikası
Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında "alin"/"alun" və "it" — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir.
Coğrafiyası və iqlimi
Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 684 nəfər yaşayır. Onların 353 nəfəri kişi, 331 nəfəri isə qadındır.
İqtisadiyyatı
Mədəniyyəti
Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir.
Təhsil
Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (azərb.). İstifadə tarixi: 2021-01-15.
- Alunitdağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. səh. 51. ISBN 978-9952-34-155-3.
- Alunitdağ // Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 86.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı