Alita: Döyüş mələyi (film, 2019)
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır.
Alita: Döyüş mələyi | |
---|---|
ing. Alita: Battle Angel | |
| |
Janr | kiberpank, macəra |
Rejissor | Robert Rodriges |
Prodüserlər | Ceyms Kemeron Con Landau |
Əsərin müəllifi | Yukito Kişironun "Battle Angel Alita" manqası |
Ssenari müəllifləri | Ceyms Kemeron Laeta Kaloqridis |
Baş rollarda | Roza Salazar Kristof Valts Cennifer Konnelli Maherşala Ali Ed Skreyn Ceki Erl Heyli Kian Conson |
Operator | Bill Poup |
Bəstəkar | Tom Holkenborq |
İstehsalçı |
|
İlk baxış tarixi | 14 fevral 2019 |
Rəng | rəngli |
Müddət | 122 dəq. |
Büdcə | 175–200 milyon $ |
Ölkə | ABŞ |
Dil | ingilis |
IMDb | ID 0437086 |
Məzmun
Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir.
Rollarda
- Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman. Salazar rolu hərəkət tutma texnikası vasitəsilə canlandırır.
- Kristof Valts Doktor Dison İdo rolunda: Alitanı tapan və ona baxan alim.
- Cennifer Konnelli Kiren rolunda
- Maherşala Ali iki rolda: biri motorbol oyunları təşkil edən Vektor rolunda.
- Ed Skreyn Zapan rolunda: Alitanı öldürməyə çalışan antaqonist kiborq.
- Ceki Erl Heyli kiborq rolunda.
- Kian Conson Hüqo rolunda: Alitanın sevgi hisləri bəslədiyi və ona motorbol oyununu öyrədən oğlan.
- Mişel Rodriqes Qelda rolunda: kiborq döyüşçüsü və motorbol oyunçusu.
- Eysa Qonsales Nissiana rolunda: kiborq.
- Lana Kondor Koyomi rolunda: yetim uşaq və frilans fotoqraf.
- Corc Lendeborq Hüqonun dostu rolunda.
- İdara Viktor tibb bacısı Qerhad rolunda: İdonun köməkçisi.
- Leonard Vu Kinuba rolunda.
- Marko Saror Acakutti rolunda: motorbol oyunçusu.
İstehsal
İnkişaf
Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası Ceym Kemeronun diqqətini Qilermo del Toro sayəsində cəlb etmişdir. Kemeron manqa ilə tanış olar-olmaz konsepsiyasına vurulmuşdur.
2000-ci ilin iyununda 20th Century Fox Ceyms Kemeron üçün "battleangelalita.com" domen adını qeydiyyatdan keçirmişdir. Fox "battleangelmovie.com" domen adını da qeydiyyatdan keçirmişdir. 2003-cü ilin aprelində Kemeronun filmin rejissoru olacağı təsdiqlənmişdir. Kemeron 4 may 2003-cü ildə Fuji TV-də verdiyi müsahibədə filmin ssenarisinin hazırlandığını bildirmişdir. Filmin əvvəlcə bu manqadan təsirlənmiş "Qara mələk" teleserialından sonra buraxılması planlaşdırılmışdı. Daha sonra bu filmin onun "Dərinliyin gəlmələri" (2005) filmindən sonra növbəti filmi olması planlaşdırıldı.
2005-ci ilin iyununda Kemeron "Layihə 880" (daha sonra adı "Avatar") adlı film üzərində işlədiyinə görə film üzərində işlər ertlənmişdir. 2006-cı ilin fevralında verdiyi müsahibədə 20th Century Fox ilə hər iki filmi çəkmək haqqında müqaviləsinin olduğunu bildirmişdir. "Entertainment Weekly" filmin 2009-cu ilin sentyabrına qədər ertələndiyini qeyd etmişdir. 2006-cı ilin iyununda Kemeron "Döyüş mələyi"nin "Avatar" ilə birlikdə planlaşdırdığı iki film trilogiyasından biri olduğunu açıqlamışdır.
2008-ci ilin mayında Kemeron "Batma" adlı bioqrafik film üzərində işlədiyi üçün filmin yenə ertələndiyini açıqlamışdır. Lakin həmin ilin iyunundakı San Diego Comic-Con International tədbirində yenə də filmi çəkmək niyyətində olduğunu qeyd etmişdir. 2009-cu ilin dekabrında Kemeron ssenarinin tamamlandığını açıqlamışdır.
2010-ci ilin fevralında Con Landau verdiyi müsahibədə Kemeronu filmin adını "Alita: Döyüş mələyi"nə dəyişdirməyə məcbur etdiyini bildirmişdir: "Mən deyirəm ki, filmin adı "Alita: Döyüş mələyi" olmalıdır, çünki Cim ancaq T və A hərfləri ilə başlayan filmlər çəkir". Landau həmçinin Laeta Kaloqridisin ssenari üzərində işlədiyini açıqlamışdır.
2010-cu ilin avqustunda Kemeron hələ də filmi çəkmək istədiyini, amma nə vaxt edəcəyini bilmədiyini qeyd etmişdir. Oktyabr ayında o, "Döyüş mələyi" əvəzinə növbəti filmləri kimi "Avatar" sikvellərini çəkəcəyini açıqlamışdır. O, layihəni çox sevdiyi üçün tərk etmək və başqa rejissora təhvil vermək istəmədiyini desə də, 2011-ci ilin iyununda "Avatar" sikvellərinin tamamlanmadığı müddətcə "Döyüş mələyi"nin istehsal olunmayacağını demişdir: "..."Döyüş mələyi" bir neçə il müddətində istehsal olunmayacaq". Kemeron qeyd edir ki, "Avatar"ı birinci istehsal etmək istəyinin səbəbi filmin cəmiyyətin təbiətin mühafizəsinə olan diqqətini artıracağı fikridir.
2013-cü ilin iyununda Kemeron filmin 2017-ci ildə istehsal olunmağa başlayacağını bildirmişdir. 2015-ci ilin oktyabrında Robert Rodrigesin "Alita: Döyüş mələyi" adlanacaq filmin rejissoru olmaq üçün studiya ilə görüşdüyü, Ceyms Kemeron və Con Landaunun prodüser kimi layihədə olacaqları məlum olmuşdur. Rodriges Kemeronun 186 səhifəlik ssenarisi və 600 səhifəlik qeydləri (əslində isə Kemeronda 1000 səhifədən çox qeyd var idi) ilə tanış olmuşdur. Rodrigesin işindən məmnun olan Kemeron ona filmi çəkməyi təklif etmişdir.
2016-cı ilin aprelində 20th Century Fox layihə üçün hələ yaşıl işıq yandırmadığını, filmin büdcəsini azaltmağı çalışdığını bildirmişdir. Həmin ay Robert Rodriges filmin rejissoru təyin olunmuşdur. 2016-cı ilin mayında 20th Century Fox filmin 20 iyul 2018-ci ildə buraxılacağını anons etmişdir.
İstehsal öncəsi
Ceyms Kemeron potensial rejissor olarkən filmi "Avatar" filmində istifadə etdiyi kompüter qrafikası texnikası ilə çəkməyi planlaşdırırdı. O, Alita personajını tamamilə kompüter qrafikası ilə yaratmaq istəyirdi. O, "Avatar" filmində istifadə etdiyi Fusion kamera sistemi, üz performans tutması və Simulcam kimi texnologiyalardan bu filmdə də istifadə edəcəyini açıqlamışdır. 2006-cı ilin mayında Kemeron filmin istehsal texnologiyaları üçün 10 ay vaxt sərf etdiyini bildirmişdir.
2008-ci ilin oktyabrında film üzərində il yarım işləmiş rəqəmsal sənətçi Mark Qoerner film üzərində istehsal öncəsi prosesin demək olar ki, tamamlandığını açıqlamışdır.
Rol seçimi
2016-cı ilin aprelində Mayka Monro, Roza Salazar və Zendaya Alita rolu üçün namizəd idilər. Bella Tornun da rol üçün namizəd olduğu açıqlanmışdı. 2016-cı ilin may ayının sonunda Roza Salazar rol üçün seçilmişdir.
2016-cı ilin avqustunda Kristof Valtsın Doktor Dison İdonu (manqada Daysuke İdo) oynamaq üçün studiya ilə görüşdüyü məlum olmuşdur. 14 sentyabr 2016-cı ildə Ceki Erl Heyli kiborq antaqonist kimi seçilmişdir. 2016-cı ilin sentyabrında Ed Skreyn Zapan roluna seçilmişdir.
30 sentyabr 2016-cı ildə Kian Conson Alitanın sevgilisi Hüqo rolu üçün filmə cəlb olunmuşdur. Studiya Hüqo rolu üçün Evan Coqia, Duqlas But, Cek Lauden və Noy Silveri də namizəd kimi görmüşdü, lakin "etnik cəhətdən daha qeyri-müəyyən" görünüşünə görə Conson seçilmişdir. 3 oktyabr 2016-cı ildə Maherşala Ali ilə Vektor rolu üçün danışıqların getdiyi bildirilmişdir. Ali müsahibəsində filmdə iki rolda çıxış edəcəyini bildirmişdir.
5 oktyabr 2016-cı ildə Eysa Qonsales filmə qoşulmuşdur. O, Rodrigesin "Küldən şəfəqə" teleserialında oynayırdı. 7 oktyabr 2016-cı ildə Corc Lendeborq Hüqonun dostu roluna seçilmişdir. 11 oktyabr 2016-cı ildə Lana Kondor yetim Koyomi rolu üçün seçilmişdir. 18 oktyabr 2016-cı ildə Leonard Vunun kiborq Kinuba rolunda görünəcəyi açıqlanmışdır. 2016-cı ilin dekabrında Marko Saror kiborq Acakutti kimi layihəyə qoşulmuşdur. 7 fevral 2017-ci ildə Cennifer Konnelli naməlum antaqonist qadın roluna seçilmişdir. 22 fevral 2017-ci ildə Mişel Rodriqes də filmdə çəkildiyini açıqlamışdır.
Çəkilişlər
Filmin çəkilişləri 17 oktyabr 2016-cı ildə Texas ştatının Ostin şəhərində başlamış və 9 fevral 2017-ci ildə başa çatmışdır. Aktyor heyəti filmin səhnələrinə rok, pank və emo ünsürlərini əlavə etmək üçün 2017-ci ilin 3, 6 və 7 fevral gecələrində Ostinə çıxmışdırlar.
Buraxılış
Filmin əvvəlcə 20 iyul 2018-ci ildə IMAX formatında buraxılması planlaşdırılırdı. 2018-ci ilin fevralında filmin 21 dekabr 2018-ci il tarixinə ertələndiyi açıqlanmışdır. Ən son isə 14 fevral 2019-cu ilə ertələnmişdir.
Marketinq
Filmin ilk treyleri 8 dekabr 2017-ci ildə buraxılmışdır. Treyler qarışıq rəylər (xüsusilə baş qəhrəmanın görünüşü ilə bağlı) almışdır. Filmin ikinci treyleri 23 iyul 2018-ci ildə San Diego Comic-Con International tədbirində buraxılmış və Linkin Park-ın "New Divide" mahnısından istifadə olunmuşdur.
İstinadlar
- "Camera Operator Winter 2017". İstifadə tarixi: 15 avqust 2018.
- ↑ "Film releases". Variety Insight. İstifadə tarixi: April 30, 2017.
- Zack Sharf (December 8, 2017). "'Alita: Battle Angel' First Trailer: Robert Rodriguez and James Cameron Deliver a Blockbuster Manga". IndieWire. İstifadə tarixi: July 5, 2018.
- ↑ Daniels, Hunter (January 31, 2011). "BATTLE ANGEL Update from James Cameron". Collider. İstifadə tarixi: May 3, 2016.
- Carroll, Larry (March 1, 2010). "James Cameron Wants 3-D 'Battle Angel Alita' Motorball Scenes, Will Focus On Early Chapters Of Series". MTV News. İstifadə tarixi: May 3, 2016.
- "Cameron Still Aims to Direct Battle Angel After Avatar 2/3". Anime News Network. February 1, 2011. İstifadə tarixi: May 3, 2016.
- ↑ Foutch, Haleigh (May 26, 2016). "Exclusive: Rosa Salazar to Lead 'Battle Angel Alita'". Collider. İstifadə tarixi: May 26, 2016.
- ↑ Nobil, Taryn (December 8, 2017). "James Cameron and Robert Rodriguez's 'Alita: Battle Angel' Gets Creepy First Trailer". Variety. İstifadə tarixi: December 9, 2017.
- ↑ Kit, Borys (August 24, 2016). "Christoph Waltz in Talks to Star in James Cameron's 'Alita: Battle Angel' (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: August 24, 2016.
- ↑ Kit, Borys; Porreca, Brian (February 7, 2017). "Jennifer Connelly Joins James Cameron's 'Alita: Battle Angel' (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: February 8, 2017.
- ↑ "Crunchyroll Expo 2018: Alita: Battle Angel Panel Report". ANN (ingilis). 3 sentyabr 2018. İstifadə tarixi: 5 sentyabr 2018.
- ↑ Fischer, Russ (February 27, 2017). . Moviepilot. February 27, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 27, 2017.
- ↑ Mueller, Matthew (October 3, 2016). "'Luke Cage' Villain Mahershala Ali in Talks to Join James Cameron's 'Alita: Battle Angel' (Exclusive)". The Hollywood Reporter.
- ↑ Kit, Borys (September 21, 2016). "'Deadpool' Bad Guy Ed Skrein Joins James Cameron's 'Alita: Battle Angel' (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: September 22, 2016.
- ↑ Kit, Borys (September 14, 2016). "James Cameron's 'Alita: Battle Angel' Casts Jackie Earle Haley (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: September 14, 2016.
- ↑ Kit, Borys (September 30, 2016). "'Nashville' Actor Nabs Key Role in 'Alita: Battle Angel' (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: October 1, 2016.
- ↑ Hibberd, James (February 22, 2017). "Michelle Rodriguez joins 'Alita: Battle Angel' movie". Entertainment Weekly. İstifadə tarixi: February 23, 2017.
- ↑ McNary, Dave (October 5, 2016). "James Cameron's 'Alita: Battle Angel' Adds Eiza Gonzalez". Variety. İstifadə tarixi: October 6, 2016.
- ↑ N'Duka, Amanda (October 11, 2016). "'X-Men' Actress Lana Condor Joins 'Alita: Battle Angel'; 'Pacific Rim' Sequel Adds Ivanna Sakhno". Deadline Hollywood.
- ↑ Galuppo, Mia (October 7, 2016). "'Alita: Battle Angel' Adds 'Spider-Man: Homecoming' Actor (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: October 11, 2016.
- ↑ McNary, Dave (October 19, 2016). "Leonard Wu Joins James Cameron's 'Alita: Battle Angel' (EXCLUSIVE)". Variety. İstifadə tarixi: October 22, 2016.
- ↑ Martin, Peter (December 2016). "Marko Zaror Joins ALITA: BATTLE ANGEL". Screen Anarchy. İstifadə tarixi: December 6, 2016.
- ↑ Carroll, Larry (February 18, 2010). "'Avatar' Producer Says 'Battle Angel Alita' Has A New Name, Will Follow 'Avatar 2'". MTV News. İstifadə tarixi: May 3, 2016.
- "James Caeron interestd in Alita". Anime News Network. June 27, 2000. İstifadə tarixi: April 28, 2016.
- "Battle Angel Alita Domains". Anime News Network. January 8, 2001. İstifadə tarixi: April 28, 2016.
- "Cameron's Alita confirmed?". Anime News Network. April 17, 2003. İstifadə tarixi: April 28, 2016.
- "Cameron's Alita in pre-production". Anime News Network. May 7, 2003. İstifadə tarixi: May 3, 2016.
- "Live-Action "Alita: Battle Angel" Finally Shows Its Hand". Crunchyroll. December 8, 2017.
- "James Cameron Hasn't Forgotten About 'Battle Angel'". Screen Rant. August 20, 2010.
- ↑ "Cameron Talks About Battle Angel". Anime News Network. November 22, 2004. İstifadə tarixi: May 3, 2016.
- "James Cameron to Delay Battle Angel?". Anime News Network. June 16, 2005. İstifadə tarixi: May 3, 2016.
- ↑ "James Cameron: Battle Angel Alita 'Still On My Radar'". Anime News Network. August 20, 2010. İstifadə tarixi: May 3, 2016.
- ↑ "News on Cameron's Battle Angel". Anime News Network. February 19, 2006. İstifadə tarixi: May 3, 2016.
- Carroll, Larry (June 29, 2006). "'Titanic' Mastermind James Cameron's King-Size Comeback: Two Sci-Fi Trilogies". MTV News. İstifadə tarixi: May 3, 2016.
- "Cameron Not Planning on Battle Angel after Avatar Film". Anime News Network. May 16, 2008. İstifadə tarixi: May 3, 2016.
- "Cameron: Still Looking at Battle Angel 'Very Seriously' (Updated)". Anime News Network. July 25, 2009. İstifadə tarixi: May 3, 2016.
- ↑ Marshall, Rick (December 14, 2009). "'Avatar' Director Offers Update On 'Battle Angel Alita' Adaptation". MTV News. İstifadə tarixi: May 3, 2016.
- "Cameron's Next Films to Be Avatar 2/3, Not Battle Angel". Anime News Network. October 27, 2010. İstifadə tarixi: May 3, 2016.
- "Cameron: Battle Angel Still Planned After Avatar 2/3". Anime News Network. June 10, 2011. İstifadə tarixi: May 3, 2016.
- "EXCLUSIVE: James Cameron is still going to do BATTLE ANGEL ALITA, but not for a while!!!". Ain't It Cool News. May 8, 2012. İstifadə tarixi: May 3, 2016.
- Schwartz, Terri (April 17, 2012). "James Cameron: 'Avatar' Will Do 'More Good' Than 'Battle Angel'". MTV News. İstifadə tarixi: May 3, 2016.
- "Cameron: Will Start Developing Battle Angel Alita in 2017". Anime News Network. July 9, 2013. İstifadə tarixi: May 3, 2016.
- Kit, Borys (October 14, 2015). "James Cameron, Robert Rodriguez Teaming Up for 'Battle Angel Alita' Movie". The Hollywood Reporter. İstifadə tarixi: May 3, 2016.
- ↑ Kit, Borys (April 26, 2016). "Zendaya Among Finalists for James Cameron's 'Battle Angel' Movie (Exclusive)". The Hollywood Reporter. İstifadə tarixi: May 3, 2016.
- ↑ Chitwood, Adam (May 28, 2016). "Fox Dates 'Alita: Battle Angel'; Shifts 'The Predator' and Two Marvel Movies". Collider. İstifadə tarixi: May 28, 2016.
- "James Cameron Lists Needed Tech for Battle Angel Film". Anime News Network. August 5, 2009. İstifadə tarixi: May 3, 2016.
- Hendrix, Grady (May 28, 2006). "Manga's the rights fit for majors". Variety. İstifadə tarixi: May 3, 2016.
- "CG Artist Interviewed on Prelim. Battle Angel Designs". Anime News Network. October 25, 2008. İstifadə tarixi: May 3, 2016.
- "Christoph Waltz in Talks to Star in James Cameron's Alita: Battle Angel". Anime News Network. August 24, 2016. İstifadə tarixi: August 24, 2016.
- McNary, Dave (September 21, 2016). "Ed Skrein in Talks to Join James Cameron's 'Alita: Battle Angel'". Variety. İstifadə tarixi: September 21, 2016.
- . Texas Film Commission. October 12, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 11, 2016.
- Cunningham, Chelsea (January 31, 2017). "Rocker, emo-types wanted for Sci-Fi movie filming in Austin". KVUE. İstifadə tarixi: February 8, 2017.
- Jechow, Andy (January 31, 2017). "Robert Rodriguez film seeking 'edgy' extras in Austin". KXAN-TV. İstifadə tarixi: February 8, 2017.
- Chitwood, Adam (September 27, 2016). "'The Predator', 'Maze Runner', Mystery Marvel Movie and More to Get IMAX Release". Collider. İstifadə tarixi: September 27, 2016.
- "Fox pushes back The Predator & Alita: Battle Angel release dates" (ingilis). İstifadə tarixi: 2018-02-13.
- Couch, Aaron (September 28, 2018). "'Dark Phoenix' Pushed Back to June 2019, Untitled 'Deadpool' Opening In December". The Hollywood Reporter. İstifadə tarixi: September 28, 2018.
- Liptak, Andrew (December 8, 2017). "The first trailer for Robert Rodriguez's Alita: Battle Angel falls squarely into the uncanny valley". The Verge. İstifadə tarixi: December 9, 2017.
- McNary, Dave (July 23, 2018). "'Alita: Battle Angel': Cyborgs Face Off in Latest Eye-Popping Trailer". variety. İstifadə tarixi: July 23, 2018.
Xarici keçidlər
- Alita: Döyüş mələyi (film, 2019) rəsmi saytı
- Alita: Döyüş mələyi — Internet Movie Database saytında.
- Alita: Döyüş mələyi (film, 2019) (film) Anime News Network Ensiklopediyasında