Alaxançallı
Alaxançallı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.
Alaxançallı | |
---|---|
40°23′ şm. e. 46°07′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.568 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 622 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1600 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Yaşayış məntəqəsi XIX əsrin ortalarında yaranmışdır.
Toponimikası
Tədqiqatçıların bir hissəsi toponimi ayrımların alaxançallı nəslinin adı ilə, digər hissəsi isə "xəncər gəzdirən Alı" yozumu ilə bağlayırlar. Bu oykonim 1917-ci ildə Alıxançalı şəklində qeydə alınmışdır. Oykonimin düzgün variantı da elə budur. Kəndin adı "Alıxan" (antr., alıxanlı nəslinin banisi), "çal" (bozqır, geniş düzən, meşəsiz sahə) və "-ı" (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Alıxana və ya alıxanlı nəslinə aid düzənlik yer" deməkdir.
Coğrafiyası və iqlimi
Kənd Gəncəçayın sahilində, Qoşqar dağının ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 622 nəfər yaşayır. Onların 317 nəfəri kişi, 305 nəfəri isə qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Alaxançallı kənd kitabxana filialı, Alaxançallı kənd klubu fəaliyyət göstərir.
Təhsil
Kənddə 112 şagird yerlik Daşkəsən rayon Alaxançallı kənd tam orta məktəbi fəaliyyət göstərir.
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (azərb.). İstifadə tarixi: 2021-01-15.
- "Alaxançallı". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I. Bakı: "Şərq-Qərb". 2007. səh. 40. ISBN 978-9952-34-155-3.
- "Alaxançallı". Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 87.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri
- Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı