Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Axta) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi.
Abasqulu Quliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ermənistan SSR, Masis rayonu, (keçmiş Uluxanlı) |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Təhsili |
Bioqrafiya
Abasqulu Quliyev Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, Sumqayıtda yerləşən «Səthi aktiv maddələr» zavodunda işləmişdir. 1964-1968-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Yüksək Molekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasında oxumuşdur. 1970-ci ildə namizədlik, 1987-ci ildə «Viniltsiklopropanlar birləşmə, telomerləşmə və polimerləşmə reaksiyalarında» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun əsas tədqiqat obyekti funksional əvəzli viniltsiklo propanların birləşmə və izomerizasion polimerləşmə reaksiyalarının elmi əsaslarının yaradılması, karben və tsiklopropan kimyasının inkişaf etdirilməsindən ibarətdir.
Abasqulu Quliyev Türkiyədə keçirilən bir sıra beynəlxalq konfransların iştirakçısı olmuş və məruzə ilə çıxış etmişdir. Macarıstan, Bolqarıstan, İngiltərə, Almaniya, Braziliya və İspaniyada keçirilən konfransların materiallarında elmi əsərləri dərc edilmişdir.
O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert Şurasının üzvüdür.
İstinadlar
- "Quliyev Abasqulu Məmməd oğlu" (azərb.). science.gov.az. 2017. İstifadə tarixi: 2017-04-02.
- . 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.