Wikipedia
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing: United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Şimal Komandanlığı | |
---|---|
United States Northern Command | |
Mövcud olduğu illər | 1 oktyabr 2002 |
Dövlət | ABŞ |
Tabedir | ABŞ Müdafiə Nazirliyi |
Daxildir | Vahid Döyüş Komandanlığı |
Hissə | ABŞ Müdafiə Nazirliyi |
Qərargah | Peterson Hərbi Hava Qüvvələri bazası, Kolorado Sprinqs, ABŞ |
Komandanlıq | |
Komandir | General Terrence J. O’Shaughnessy |
northcom.mil (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |