Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi.
Əlahiddə Ümumqoşun Ordu | |
---|---|
![]() | |
Növü | Əlahiddə Ümumqoşun Ordu |
Yaranma tarixi | 2013 - h.h. |
Ölkə | Naxçıvan Muxtar Respublikası, Azərbaycan |
Tabedir | ![]() |
Tərkibi | Quru Qoşunları Hərbi Hava Qüvvələri Xüsusi Təyinatlı Qüvvələr |
Qərargah | Naxçıvan, Naxçıvan MR |
Müharibələr | (Birinci Qarabağ müharibəsi) İkinci Qarabağ müharibəsi |
Döyüşlər | (Günnüt əməliyyatı) |
Komandanlıq | |
Komandir | (Kərəm Mustafayev) |
![]() |
Tarix
Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. []
Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır.
Əlahiddə ümumqoşun ordusunun təşkili
(Azərbaycan Respublikasının Prezidenti) İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır.
14.05.2014-cü il tarixdən Əlahiddə Ümumqoşun Ordunun komandanı (Kərəm Mustafayevdir).
İstinadlar
- "Arxivlənmiş surət". 2019-07-28 tarixində . İstifadə tarixi: 2017-06-28.