2021 Avroviziya Mahnı Müsabiqəsi
2021 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2021; fr. Concours Eurovision de la chanson 2021) — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi. 2020-ci ildə keçirilməli olan müsabiqə Avropa Yayım İttifaqının 18 mart 2020-ci il tarixində verilən qərara görə, müsabiqə 2021-ci ilədək təxirə salındı. 2020 Avroviziya Mahnı Müsabiqəsi üçün seçilən təmsilçilər 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilər, lakin, seçilən mahnılar 2021 Avroviziya Mahnı Müsabiqəsində istifadə oluna bilməz.
2021 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
I yarımfinal | 18 may 2021 |
II yarımfinal | 20 may 2021 |
Final | 22 may 2021 |
Aparıcı(lar) | Şantal Cansen Edsiliya Rombli Can Smit Nikki Caqer |
Direktor | Martin Österdahl |
Kanal | AVROTROS NPO NOS |
Keçirilən yer | "Rotterdam Ahoy", Rotterdam, Niderland |
Qalib mahnı | İtaliya "Zitti e buoni" |
İştirakçıların sayı | 39 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Bolqarıstan Ukrayna |
İştirakdan imtina edən ölkələr | Macarıstan Monteneqro Ermənistan Belarus |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2020 2022 ► |
İştirakçı ölkələr
39 ölkə iştirakını təsdiqləmişdir.
1-ci yarımfinal
18 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak etdi. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, İtaliya və Niderland səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Litva | İngiliscə | The Roop | "Discoteque" | Diskoteka | 4 | 203 |
02 | Sloveniya | İngiliscə | Ana Sokliç | "Amen" | Amin | 13 | 44 |
03 | Rusiya | Rusca, İngiliscə | Manizha | "Russian woman" | Rus qadını | 3 | 225 |
04 | İsveç | İngiliscə | Tüsse | "Voices" | Səslər | 7 | 142 |
05 | Avstraliya | İngiliscə | Monten | "Technicolour" | Texnorəng | 14 | 28 |
06 | Şimali Makedoniya | İngiliscə | Vasil | "Here I Stand" | Burada dururam | 15 | 23 |
07 | İrlandiya | İngiliscə | Lesli Roy | "Maps" | Xəritələr | 16 | 20 |
08 | Kipr | İngiliscə, İspanca | Elena Tsaqrinu | "El Diablo" | Şeytan | 6 | 170 |
09 | Norveç | İngiliscə | TIX | "Fallen Angel" | Düşən mələk | 10 | 115 |
10 | Xorvatiya | İngiliscə, Xorvatca | Albina | "Tick-Tock" | Tik-tok | 11 | 110 |
11 | Belçika | İngiliscə | Huverfonik | "The Wrong Place" | Yanlış yer | 9 | 117 |
12 | İsrail | İngiliscə, İvritcə | Eden Alene | "Set Me Free" | Məni azad et | 5 | 192 |
13 | Rumıniya | İngiliscə | Roksen | "Amnesia" | Amneziya | 12 | 85 |
14 | Azərbaycan | İngiliscə, Azərbaycanca | Samirə Əfəndi | "Mata Hari" | Mata Hari | 8 | 138 |
15 | Ukrayna | Ukraynaca | Go_A | "Shum " | Səs-küy | 2 | 267 |
16 | Malta | İngiliscə,Fransızca | Destini Çukunyere | " Je Me Casse" | Ayrılıram | 1 | 325 |
2-ci yarımfinal
20 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və İspaniya səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | San-Marino | İngiliscə | Senhit və Flo Rida | "Adrenalina" | Adrenalin | 9 | 118 |
02 | Estoniya | İngiliscə | Uku Suviste | "The Lucky One" | Şanslı birisi | 13 | 58 |
03 | Çexiya | İngiliscə | Benni Kristo | "Omaga" | Aman tanrım | 15 | 23 |
04 | Yunanıstan | İngiliscə | Stefaniya | "Last Dance" | Son rəqs | 6 | 184 |
05 | Avstriya | İngiliscə | Vinsent Bueno | "Amen" | Amin | 12 | 66 |
06 | Polşa | İngiliscə | RAFAŁ | "The Ride" | Gəzinti | 14 | 35 |
07 | Moldova | İngiliscə | Nataliya Qordienko | "Sugar" | Şəkər | 7 | 179 |
08 | İslandiya | İngiliscə | Dadi & Gagnamagnid | "10 Years" | 10 İl | 2 | 288 |
09 | Serbiya | Serbcə | Hurricane | "Loco Loco" | Loko-loko | 8 | 124 |
10 | Gürcüstan | İngiliscə | Tornike Kipiani | "You" | Sən | 16 | 16 |
11 | Albaniya | Albanca | Ancela Peristeri | "Karma" | Karma | 10 | 112 |
12 | Portuqaliya | İngiliscə | The Black Mamba | "Love Is On My Side" | Sevgi mənim tərəfimdədir | 4 | 239 |
13 | Bolqarıstan | İngiliscə | Viktoriya | "Growing up is getting old" | Böyümək yaşlanmaqdır | 3 | 250 |
14 | Finlandiya | İngiliscə | Blind Channel | "Dark Side" | Qaranlıq tərəf | 5 | 234 |
15 | Latviya | İngiliscə | Samanta Tina | "The Moon Is Rising" | Ay yüksəlir | 17 | 14 |
16 | İsveçrə | Fransızca | Cons Tirz | "Tout l‘univers" | Bütün kainat | 1 | 291 |
17 | Danimarka | Danca | Fyr&Flamme | "Øve os på hinanden" | Bir-birimizin üstündə məşq | 11 | 89 |
Final
Finalçılar:
- "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
- Ev sahibi ölkə (Niderland);
- Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
- İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.
№ | Ölkə | Dil | Müğənni | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Kipr | İngiliscə, İspanca | Elena Tsaqrinu | "El Diablo" | Şeytan | 16 | 94 |
02 | Albaniya | Albanca | Ancela Peristeri | "Karma" | Karma | 21 | 57 |
03 | İsrail | İngiliscə, İvritcə | Eden Alene | "Set Me Free" | Məni azad et | 17 | 93 |
04 | Belçika | İngiliscə | Huverfonik | "The Wrong Place" | Yanlış yer | 19 | 74 |
05 | Rusiya | Rusca, İngiliscə | Manizha | "Russian woman" | Rus qadını | 9 | 204 |
06 | Malta | İngiliscə,Fransızca | Destini Çukunyere | " Je Me Casse" | Ayrılıram | 7 | 255 |
07 | Portuqaliya | İngiliscə | The Black Mamba | "Love Is On My Side" | Sevgi mənim tərəfimdədir | 12 | 153 |
08 | Serbiya | Serbcə | Hurricane | "Loco Loco" | Loko-loko | 15 | 102 |
09 | Böyük Britaniya | İngiliscə | Ceyms Nyumen | "Embers" | Köz | 26 | 0 |
10 | Yunanıstan | İngiliscə | Stefaniya | "Last Dance" | Son rəqs | 10 | 170 |
11 | İsveçrə | Fransızca | Cons Tirz | "Tout l‘univers" | Bütün kainat | 3 | 432 |
12 | İslandiya | İngiliscə | Dadi & Gagnamagnid | "10 Years" | 10 İl | 4 | 378 |
13 | İspaniya | İspanca | Blez Kanto | "Voy a quedarme" | Qalacağam | 24 | 6 |
14 | Moldova | İngiliscə | Nataliya Qordienko | "Sugar" | Şəkər | 13 | 115 |
15 | Almaniya | İngiliscə | Yendrik Siqvart | "I Don't Feel Hate | Nifrət hiss etmirəm | 25 | 3 |
16 | Finlandiya | İngiliscə | Blind Channel | "Dark Side" | Qaranlıq tərəf | 6 | 301 |
17 | Bolqarıstan | İngiliscə | Viktoriya | "growing up is getting old" | Böyümək yaşlanmaqdır | 11 | 170 |
18 | Litva | İngiliscə | The Roop | "Discoteque" | Diskoteka | 8 | 220 |
19 | Ukrayna | Ukraynaca | Go_A | "Shum " | Səs-küy | 5 | 364 |
20 | Fransa | Fransızca | Barbara Pravi | "Voilà " | Burda | 2 | 499 |
21 | Azərbaycan | İngiliscə, Azərbaycanca | Samirə Əfəndi | "Mata Hari" | Mata Hari | 20 | 65 |
22 | Norveç | İngiliscə | TIX | "Fallen Angel" | Düşən mələk | 18 | 75 |
23 | Niderland | İngiliscə, Surinamca | Canqu Makroy | "Birth of a New Age" | Yeni əsrin doğuşu | 23 | 11 |
24 | İtaliya | İtalyanca | Maneskin | "Zitti e buoni" | Sakit və gözəl | 1 | 524 |
25 | İsveç | İngiliscə | Tüsse | "Voices" | Səslər | 14 | 109 |
26 | San-Marino | İngiliscə | Senhit və Flo Rida | "Adrenalina" | Adrenalin | 22 | 50 |
Digər ölkələr
Aşağıdakı ölkələr aktiv Avropa Yayım İttifaqına üzv ölkələrdir. 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini bildirdilər.
- Andorra – Andorra höküməti maliyyə problemlərini həll edib, növbəti illərdə yarışmaya qatılacaqlarını bildirdilər.
- Ermənistan - 2020 oktyabr tarixində Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənən qərara görə Ermənistan müsabiqədə iştirak etməli idi. Lakin, 5 mart 2021-ci ildə AMPTV bir çox səylərə baxmayaraq, ölkədə Paşinyan əleyhinə etirazlar və İkinci Qarabağ müharibəsi sonrası problemlər səbəbindən 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirakları qeyri-mümkün göründüyünü açıqlayaraq Ermənistanın yarışmadan çəkildiklərini təsdiqlədilər.
İnsidentlər
Belarusun mahnı təqdimatı
9 Mart tarixində Belarus televiziyası öz iştirakçısını və müsabiqə mahnısını təqdim etmişdi. "Ya Nauchu Tebya" adlanan mahnı Belarus xalqına qarşı təhdid sözlərindən ibarət idi və siyasi məqsəd daşıyırdı. Çoxlu şikayətlərdən sonra 11 Mart 2021 tarixində həmin mahnı sözlərini dəyişmək şərti ilə ləğv edildi və Avropa Yayım İttifaqı tərəfindən Belarusa yeni mahnı üçün vaxt verildi. 13 Mart 2021-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko sözləri dəyişdirmək əvəzinə yeni mahnı seçəcəklərini bildirdi. Onlara verilən vaxt ərzində Avropa Yayım İttifaqına mahnı təqdim olunmadı və Avropa Yayım İttifaqı Belarusu 2021 Avroviziya Mahnı Müsabiqəsindən kənarlaşdırdı.
İstinadlar
- https://eurovisionworld.com/esc/eurovision-2020-is-cancelled (#bare_url_missing_title).
- https://eurovisionworld.com/esc/eurovision-2020-2021-will-the-2020-artists-compete-at-eurovision-2021 (#bare_url_missing_title).
- https://eurovisionworld.com/eurovision/2021/event (#bare_url_missing_title).