Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989).
Əliabbas Qədirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Leykemiya xəstəliyi |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Mükafatları | |
eliabbasqedirov.az |
Həyatı
Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib.
O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.
Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.
Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrında oynadığı rollar zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər:
- Yusif. "Xəyyam", Hüseyn Cavid.
- Pronya. "Zamanın hokum", Nikolay Poqodin.
- Xosrov. "Küləklər", Sabit Rəhman.
- Vəli. "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə.
- Givi. "Darıxma, ana!", Nodar Dumbadze.
- Leytenant və Nicat. "Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev.
- İlyas. "Aydın", Cəfər Cabbarlı.
- Fateh. "Yol ayrıcında", İslam Səfərli.
- Qlumov. "Müdriklər", Aleksandr Ostrovski.
- Kürd Musa və Vaqif. "Vaqif", Səməd Vurğun.
- Fotoqraf. "Şöhrət və ya unudulan adam", Nazim Hikmət.
- Alman oğlu. "İnsan", Səməd Vurğun.
- Məğrur. "Əks-səda", Nəbi Xəzri.
- Coşqun. "Kölgələr pıçıldaşır", Seyfəddin Dağlı.
- Balaağa. "Vəkil neyləsin…", Ramiz Fətəliyev.
- Şərif. "Məhəbbət əfsanəsi", Nazim Hikmət.
- Daşqın. "Yollara iz düşür", İslam Səfərli.
- Balaş. "Sevil", Cəfər Cabbarlı.
- Bəhram. "Fitnə", Abdulla Şaiq.
- Seyid Hüseyn. "Xurşid banu Natəvan", İlyas Əfəndiyev.
- Vasif. "İblis", Hüseyn Cavid.
- Rəşad. "Kimdir haqlı?," Bəxtiyar Vahabzadə.
- Həbib. "Büllur sarayda", İlyas Əfəndiyev.
- Toral. "Qarabağ əfsanəsi", Qeybulla Rəsulov.
- Diş həkimi. "Biganələr hoteli", Rüstəm İbrahimbəyov.
- Qazan xan. "Torpağa sancılan qılınc", Nəbi Xəzri.
- Şirzad. "Şeyx Xiyabani", İlyas Əfəndiyev.
- Mirzə Şəfi. "Mənsiz dünya", Nəbi Xəzri.
- Dan. "Tufandan əvvəl", Arif Süleymanov.
- Kamran. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev.
- Mircəfər Bağırov. "Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev.
- Kərim bəy. "Tənha iydə ağacı", İlyas Əfəndiyev.
- Tərlan. "Sənsiz", Şıxəli Qurbanov.
- Misirxanov. "Əcəb işə düşdük", Şıxəli Qurbanov.
- Qraf Qloster. "Kral Lir", Vilyam Şekspir.
- İbrahim xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev.
- Qara xaqan. "Özümüzü kəsən qılınc" ("Göytürklər"), Bəxtiyar Vahabzadə.
- Ənvər. "Ulduz, yaxud Ədirnə fəthi", Cəfər Cabbarlı.
- Nostradamus. "Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz.
Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün "Məşəl", sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət" verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Onlardan Süleyman Sani Axundovun, "Laçın yuvası" (Cahangir), Məmməd Muradan "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.
Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov), "Sevinc buxtası" (Nazim) kimi kinolentlərinə çəkilib.
Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib.
2006-cı ildə mart 8-də xalq artisti, "Şöhrət" ordeni laureatı, Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Mükafatları
- 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti
- 17 may 1989-cu ildə isə xalq artisti fəxri adı
- 2006-cı ildə "Şöhrət" ordeni
Filmoqrafiya
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Vladimir Tişkov (Anatoli Katenyov)
- Atayevlər ailəsi (film, 1978) – rol: Cahangir
- Babək (film, 1979) – rol: Fəzl
- Bakıda küləklər əsir (film, 1974)
- Bir ailəlik bağ evi (film, 1978)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Burulğan (film, 1986)
- Cin mikrorayonda (film, 1985)
- Dədə Qorqud (film, 1975) – film səsləndirən: Yalıncıq (Əli Haqverdiyev)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma sahillər (film, 1989)
- Dörd bazar günü (film, 1975)
- Durnalar qayıtdı (film, 2003)
- Əla kəsici (film, 1975)
- Evin kişisi (film, 1978)
- Əzablı yollar (film, 1982)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)
- Gəmi saatının sirri (film, 1983)
- Gözlə məni (film, 1980)
- Güllələnmiş heykəllər (film, 2002)
- Haray (film, 2004)
- Həyat bizi sınayır (film, 1972)
- Xatirələr sahili (film, 1972)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Köhnə bərə (film, 1984)
- Küçələrə su səpmişəm (film, 2004)
- Min birinci söz (film, 1997)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
- Od içində (film, 1978)
- Ömrün ilk saatı (film, 1973)
- Ömrün səhifələri (film, 1974)
- Onun bəlalı sevgisi (film, 1980)
- Özgə ömür (film, 1987)
- Park (film, 1983)
- Prima (film, 1994)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qeybdən gələn səs (film, 2002)
- Qızıl uçurum (film, 1980)
- Qocalar, qocalar... (film, 1982)
- Sevinc buxtası (film, 1977)
- Şeytan göz qabağında (film, 1987)
- Sonuncu şahid (film, 2004)
- Şuşa yolu... (film, 2002)
- Ürək... Ürək... (film, 1976)
- Yaramaz (film, 1988)
- Yataqda siqaret çəkməyin (film, 1986)
- Yeddi oğul istərəm... (film, 1970)
- Yol əhvalatı (film, 1980)
İstinadlar
- Kazımzadə, A. İstəklə məqsəd üst-üstə düşəndə…: [Unudulmaz aktyor Əliabbas Qədirovun anadan olmasının 65 illiyi haqqında] //Mədəniyyət.- 2011.- 11 fevral.- S. 10.
- Təranə. Qeyri-adi adam: [Unudulmaz aktyor Əliabbas Qədirov haqqında] //Kaspi.- 2011.- 15 fevral.- S. 15.
- Səda — Əliabbas Qədirov-70 (18. fevral 2016)
- "AZƏRBAYCAN TEATRI 140". anl.az. 2024-03-03 tarixində . İstifadə tarixi: 2024-03-03.
- Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- "Arxivlənmiş surət". 2024-03-03 tarixində . İstifadə tarixi: 2024-03-09.
Mənbə
- "Qeyri-adi adam" //Kaspi.- 2011.- 15 fevral.
- Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib //Zaman.- 2016.- 13 fevral.- S. 6.
- Əliabbas Qədirovun 70 illik yubileyi keçirilib //Kaspi.- 2016.- 18 fevral.- S.9.
- Əliabbas Qədirovun yubileyinə həsr olunmuş dəyirmi masa: [Mərdəkan Mədəniyyət sarayında] //Mədəniyyət.- 2016.- 24 fevral.- S. 4.
- Görkəmli aktyor Əliabbas Qədirov yad edilib //525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.
- Xiləli, A. Qiyməti tamaşaçı verəndə: [teatrda keçirilən xatirə gecəsi haqqında] //Ədəbiyyat.- 2016.- 20 fevral.- S.32.
- Mirməmməd, G. Yetmiş yaşın zirvəsindən salam: [teatrda Xalq artistinin xatirə gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2016.- 19 fevral.- S. 6.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eliabbas Gulabbas oglu Qedirov 13 fevral 1946 Baki 8 mart 2006 Baki Azerbaycanli aktyor Azerbaycan SSR xalq artisti 1989 Eliabbas QedirovDogum tarixi 13 fevral 1946Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 8 mart 2006 60 yasinda Vefat yeri Baki AzerbaycanVefat sebebi Leykemiya xesteliyiVetendasligi SSRI AzerbaycanFealiyyeti AktyorMukafatlari 1989 19782006eliabbasqedirov azHeyatiEliabbas Gulabbas oglu Qedirov 13 fevral 1946 ci ilde Bakida anadan olub Bakidaki 31 176 43 36 105 sayli orta mekteblerde tehsil alib On birinci sinfi 105 sayli mektebde bitirib Sehne senetine sekkizinci sinifden baslayaraq maraq gosterib Demiryolcular klubunda xalq artisti Agadadas Qurbanovun rehberlik etdiyi dram kollektivinin uzvu olub Romantik monumental tamasalarda rollari oynamaq verdislerinin ibtidai esaslarini hemin dram derneyinde oyrenib O 1965 ci ilde Mirzaga Eliyev adina Azerbaycan Dovlet Teatr Institutunun dram ve kino aktyorlugu fakultesine daxil olub Senet muellimi ixtisas kurs rehberi xalq artisti professor Mehdi Memmedov sehne danisigi muellimi emekdar artist qiraet ustasi Muxlis Cenizade olub Telebelik illerinde institutun tedris teatrinin statli aktyoru kimi burada Cefer Cabbarlinin Aydin Surxay Huseyn Cavidin Azer Afanasi Salinskinin Tebilci qiz Fyodr eserlerinin tamasalarinda maraqli rollar oynayib Ele buna gore de Eliabbas Qedirov son kursda oxuyanda Mehdi Memmedov onu Akademik teatrda qurulus verdiyi Huseyn Cavidin Xeyyam faciesinde Yusif roluna devet edib Ancaq tamasanin premyerasi uzanib ve 12 mart 1970 ci ilde gosterilib Ele bu sehnede ilk addimindan teatr ictimaiyyetinin nezer diqqetinde olub O 1970 ci il aprel ayinin 6 dan Milli Dram Teatrinin aktyoru olub Meshur aktyor 26 dekabr 2001 ci ilde teatrin bedii rehberi ve direktoru teyin edilib Eliabbas Qedirov 1970 ci ilden Milli Dram Teatrinda oynadigi rollar zaman ardicilligi ile asagidaki kimi sistemlesdirile biler Yusif Xeyyam Huseyn Cavid Pronya Zamanin hokum Nikolay Poqodin Xosrov Kulekler Sabit Rehman Veli Xirs quldurbasan Mirze Feteli Axundzade Givi Darixma ana Nodar Dumbadze Leytenant ve Nicat Mahni daglarda qaldi Ilyas Efendiyev Ilyas Aydin Cefer Cabbarli Fateh Yol ayricinda Islam Seferli Qlumov Mudrikler Aleksandr Ostrovski Kurd Musa ve Vaqif Vaqif Semed Vurgun Fotoqraf Sohret ve ya unudulan adam Nazim Hikmet Alman oglu Insan Semed Vurgun Megrur Eks seda Nebi Xezri Cosqun Kolgeler picildasir Seyfeddin Dagli Balaaga Vekil neylesin Ramiz Feteliyev Serif Mehebbet efsanesi Nazim Hikmet Dasqin Yollara iz dusur Islam Seferli Balas Sevil Cefer Cabbarli Behram Fitne Abdulla Saiq Seyid Huseyn Xursid banu Natevan Ilyas Efendiyev Vasif Iblis Huseyn Cavid Resad Kimdir haqli Bextiyar Vahabzade Hebib Bullur sarayda Ilyas Efendiyev Toral Qarabag efsanesi Qeybulla Resulov Dis hekimi Biganeler hoteli Rustem Ibrahimbeyov Qazan xan Torpaga sancilan qilinc Nebi Xezri Sirzad Seyx Xiyabani Ilyas Efendiyev Mirze Sefi Mensiz dunya Nebi Xezri Dan Tufandan evvel Arif Suleymanov Kamran Bizim qeribe taleyimiz Ilyas Efendiyev Mircefer Bagirov Sevgililerin cehennemde vusali Ilyas Efendiyev Kerim bey Tenha iyde agaci Ilyas Efendiyev Terlan Sensiz Sixeli Qurbanov Misirxanov Eceb ise dusduk Sixeli Qurbanov Qraf Qloster Kral Lir Vilyam Sekspir Ibrahim xan Hokmdar ve qizi Ilyas Efendiyev Qara xaqan Ozumuzu kesen qilinc Goyturkler Bextiyar Vahabzade Enver Ulduz yaxud Edirne fethi Cefer Cabbarli Nostradamus Hele sevirem dememisdiler Ramiz Novruz Aktyor Azerbaycan Dovlet Televiziyasinda coxlu tamasalarda oynamis uzun iller evvelce gencler ucun Mesel sonralar eylence xarakterli Komediyalar alemine seyahet verilislerinin aparicisi olmusdur Onun oynadigi tamasalarin bir qismi televiziyanin Oizil fond una daxildir Onlardan Suleyman Sani Axundovun Lacin yuvasi Cahangir Memmed Muradan Tekan Dilqem Ilyas Efendiyevin Atayevler ailesinde Cahangir Mirze Feteli Axundzadenin Haci Qara Heyder bey Ebdurrehim bey Haqverdiyevin Bextsiz cavan Ferhad Mar Bayciyevin Duel Isgender Dazortsevin Qebula gelen sonuncu adam Kisi eserlerinin teletamasasinda Eliabbas Qedirovun yaradiciligi daha parlaq sekilde tecessum tapib Eliabbas Qedirov teatrla yanasi kino aktyoru kimi de meshurdur ve boyuk ugurlar qazanib Hetta o mehz kinorejissor Eldar Quliyevin cekdiyi Sevinc buxtasi iki seriyali bedii filmindeki Nazim roluna gore Azerbaycan Respublikasinin Dovlet mukafatina layiq gorulub Aktyor bundan elave Azerbaycanfilm de Xatireler sahilinde Imran Negme dersi Ata Ne yaxsi ki Semed Vurgun var Vaqif Bizim evin kisisi Mansur Qizil ucurum Celil Qocalar Feriz Babek Fezl Denizden isare Sultanov Sevinc buxtasi Nazim kimi kinolentlerine cekilib Vaxtile rejissor Huseyn Seyidzadenin cekdiyi eyniadli filmde Qatir Memmedi rolunu meharetle ifa edib Lakin Moskva milletci ruhuna gore o filmin ekrana cixmasina icaze vermeyib 2006 ci ilde mart 8 de xalq artisti Sohret ordeni laureati Azerbaycan Dovlet Akademik Dram teatrinin bedii rehberi Elabbas Qedirov 60 yasinda leykemiya xesteliyinden ag qan xercengi vefat edib Ikinci Fexri Xiyabanda defn edilib MukafatlariAzerbaycan SSR Dovlet mukafati 19781 dekabr 1982 ci ilde Azerbaycan SSR emekdar artisti 17 may 1989 cu ilde ise xalq artisti fexri adi 2006 ci ilde Sohret ordeniFilmoqrafiyaAgasadiq Geraybeyli film 1974 Alman klinikasina sexsi sefer film 1988 tammetrajli bedii film seslendiren Vladimir Tiskov Anatoli Katenyov Atayevler ailesi film 1978 rol Cahangir Babek film 1979 rol Fezl Bakida kulekler esir film 1974 Bir ailelik bag evi film 1978 Birisigun geceyarisi film 1981 Bizim kucenin oglanlari film 1973 Bizim qeribe taleyimiz film 2005 Burulgan film 1986 Cin mikrorayonda film 1985 Dede Qorqud film 1975 film seslendiren Yalinciq Eli Haqverdiyev Dervis Parisi partladir film 1976 Dogma sahiller film 1989 Dord bazar gunu film 1975 Durnalar qayitdi film 2003 Ela kesici film 1975 Evin kisisi film 1978 Ezabli yollar film 1982 Gelinlerin qiyami film 1985 dublyaj Gemi saatinin sirri film 1983 Gozle meni film 1980 Gullelenmis heykeller film 2002 Haray film 2004 Heyat bizi sinayir film 1972 Xatireler sahili film 1972 Isareni denizden gozleyin film 1986 Kohne bere film 1984 Kucelere su sepmisem film 2004 Min birinci soz film 1997 Ne yaxsi ki dunyada Semed Vurgun var film 1976 Od icinde film 1978 Omrun ilk saati film 1973 Omrun sehifeleri film 1974 Onun belali sevgisi film 1980 Ozge omur film 1987 Park film 1983 Prima film 1994 Qara golun cengaverleri film 1984 Qeybden gelen ses film 2002 Qizil ucurum film 1980 Qocalar qocalar film 1982 Sevinc buxtasi film 1977 Seytan goz qabaginda film 1987 Sonuncu sahid film 2004 Susa yolu film 2002 Urek Urek film 1976 Yaramaz film 1988 Yataqda siqaret cekmeyin film 1986 Yeddi ogul isterem film 1970 Yol ehvalati film 1980 IstinadlarKazimzade A Istekle meqsed ust uste dusende Unudulmaz aktyor Eliabbas Qedirovun anadan olmasinin 65 illiyi haqqinda Medeniyyet 2011 11 fevral S 10 Terane Qeyri adi adam Unudulmaz aktyor Eliabbas Qedirov haqqinda Kaspi 2011 15 fevral S 15 Seda Eliabbas Qedirov 70 18 fevral 2016 AZERBAYCAN TEATRI 140 anl az 2024 03 03 tarixinde Istifade tarixi 2024 03 03 Edebiyyat incesenet ve arxitektura sahesinde 1978 ci il Azerbaycan SSR Dovlet mukafatlarinin verilmesi haqqinda Azerbaycan KP MK nin ve Azerbaycan SSR Nazirler Sovetinin 1978 ci il tarixli Qerari 2010 12 05 at the Wayback Machine anl az sayti Arxivlenmis suret 2024 03 03 tarixinde Istifade tarixi 2024 03 09 Menbe Qeyri adi adam Kaspi 2011 15 fevral Dram Teatrinin kollektivi Eliabbas Qedirovun mezarini ziyaret edib Zaman 2016 13 fevral S 6 Eliabbas Qedirovun 70 illik yubileyi kecirilib Kaspi 2016 18 fevral S 9 Eliabbas Qedirovun yubileyine hesr olunmus deyirmi masa Merdekan Medeniyyet sarayinda Medeniyyet 2016 24 fevral S 4 Gorkemli aktyor Eliabbas Qedirov yad edilib 525 ci qezet 2016 16 fevral S 7 Xileli A Qiymeti tamasaci verende teatrda kecirilen xatire gecesi haqqinda Edebiyyat 2016 20 fevral S 32 Mirmemmed G Yetmis yasin zirvesinden salam teatrda Xalq artistinin xatire gecesinin kecirilmesi haqqinda Medeniyyet 2016 19 fevral S 6