Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir.
Şair, nə tez qocaldın sən... | |
---|---|
Janr | şeir |
Müəllif | Səməd Vurğun |
Orijinal dili | Azərbaycan |
Yazılma ili | 1953 |
Nəşr ili | 1956 |
Əvvəlki | Belələri də var |
Sonrakı | Mən tələsmirəm |
Yaranması
Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi. Ağır yaradıcılıqdan sonra təbiətin seyrinə çıxıb təmiz hava almaq ona mənəvi qida verirdi. Ovun ən gözəl ləzzəti bürkülü şəhər havasından sonra təbiətin seyrinə çıxmaq, yorğun bədənə ruhən dinclik vermək idi. 1944-cü il noyabrın 10-da Qarayazı meşəsinə ova gedən şair Ağstafa stansiyasında qatardan düşən zaman təsadüfən uzaq qohumu Qara Nabat deyilən qadınla rastlaşır. Çoxdan şairi görməyən Nabat arvad həsrətlə onun boynunu qucaqlayıb: "Nə tez qocaldın?" — deyib kövrəlib ağlayır. Bundan bərk təsirlənən Səməd Vurğun elə orda 10 noyabr 1944-cü ildə "Şair, nə tez qocaldın sən?!" şeirini yazır.
Səməd Vurğun bu mövzuya bir də 1953-cü ildə toxunur. Belə ki, həmən ilin dekabr ayında o, dahi şair Nizami Gəncəvinin vəfatının 750 illiyində iştirak etmək üçün Gəncəyə gedir. Onun az vaxt içərisində bu qədər qocalması, saçlarının ağarması keçmiş müəllimə yoldaşı Firuzə xanıma həddindən artıq təsir edir. Onlar 1928–1929-cu illərdə Gəncədəki 7 saylı orta məktəbdə müəllim işləmişdilər. Uzun illərdən sonra saçları ağarmış şairi görən Firuzə xanım ona "şair nə tez qocaldın" deyə müraciət edir. Bundan təsirlənən S.Vurğun "Şair, nə tez qocaldın sən…" adlı daha bir şeir yazır. Sonuncu yazdığı şeir əvvəlki variantdan daha məşhur olur.
Şeir haqda fikirlər
Nəzm əsəri "Sovet çoxmillətli ədəbiyyat tarixi" nəşrinin yazdığına görə, Azərbaycan lirikasında vətəndaşlığın möhkəmlənməsi, sosial-fəlsəfi səslənməsi ilə bağlı olan şeirlərdən biridir. Azərbaycanın xalq yazıçısı Anarın fikrincə, "Şair, sən nə tez qocaldın…" nəqarəti şeirdə "keçən zamana görə kədər və təəssüf hissi ilə nurlu bir inam xalqa, insanlara vətənə olan ehtiyacını qabardır.
1956-cı ildə Səməd Vurğun artıq yataq xəstəsi olanda "Şair, nə tez qocaldın" şeirini Konstantin Simonov rus dilinə tərcümə edib. Ədəbiyyatşünas Fəridə Vəlixanovanın fikrincə, Simonovun tərcüməsi "milli poeziyaya yüksək bədii, yaradıcı yanaşma" nümunəsidir. Bu tərcümə "Literaturnaya qazeta"nın 19 yanvar 1956-cı il tarixli qəzetində (həmçinin "Literaturnaya Azərbaycan" jurnalının 1956-cı il tarixli 5-ci nömrəsində) dərc edilib. Vəlixanova yazır ki, bu tərcümədə Səmədin səsi eşidilir, onun əhval-ruhiyyəsi duyulur.
1967-ci ildə rəssam Afis Zeynalov Səməd Vurğunun portretini çəkib. Bu portret həmçinin "Şair, nə tez qocalmısan" kimi də şöhrət tapmışdır.
Ədəbiyyat
- Вахабзаде Б. Самед Вургун. Б.: Азербайджан. 2000.
- Велиханова Ф. А. Азербайджанская советская поэзия на русском языке. Б.: Язычы. 1982.
- Велиханова Ф. Самед Вургун среди друзей-переводчиков. Б.: Язычы. 1986.
İstinadlar
- История советской многонациональной литературы. V. М.: Наука. 1974. 319.
- "Səməd Vurğunun eyni mövzuda iki şeiri". 2020-02-21 tarixində . İstifadə tarixi: 2022-03-09.
- ru:Анар. "Жить, вечно жить — в бессмертии народа…" // IRS Наследие. № 4 (22). 2006. 16.
- Вахабзаде, Талыблы, 2000
- Велиханова Ф., 1982
- Акимов В. Русские советские писатели-прозаики,. IV. М.: Библиотека. 1966. 395.
- Бабаян А. М., Теймурова Н. М. Самед Вургун в русской печати: Библиография. Б.: Элм. 1976. 35.
- Н. Габибов, Д. Новрузова. Изобразительное искусство Азербайджанской ССР. М.: Советский художник. Редактор Г. П. Суздалева. 1978.
Xarici keçidlər
- Səməd Vurğun — Şair, nə tez qocaldın sən! şeri — 1953
- Səməd Vurğun "Şair, nə tez qocaldın sən" (Aləmzər Hüseynova)
- Səməd Vurğun.: "Şair nə tez qocaldın sən"!
- Semed Vurgun~Sair ne tez qocaldin sen ~ www.qazax.biz.3gp
- Səməd Vurğun – Şair, nə tez qocaldın sən!
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sair ne tez qocaldin sen Azerbaycan SSR xalq sairi Semed Vurgunun 1956 ci ilde yazidigi seir Bu sairin son eserlerinden biridir S Vurgunun ozunun dediyine gore son dovrler yazdigi en sevimli seirlerindendir Sair ne tez qocaldin sen Janr seirMuellif Semed VurgunOrijinal dili AzerbaycanYazilma ili 1953Nesr ili 1956Evvelki Beleleri de varSonraki Men telesmiremYaranmasiSeir Semed Vurgunun omrunun sonlarinda yaxin 1956 ci ilde yazilmis seirler silsilesinin bir hissesidir Men telesmirem Teloqreyka Meni xatirla ve s ile birlikde Sair ne tez qocaldin sen seiri eyni adla eyni movzuda iki seirdir Lakin onlarin adi eyni olsa da sair bu eserlerde ozu ozunu tekrar etmeyib Her iki seirin ozune mexsus yaranma tarixi var Guclu ov heveskari olan Semed Vurgun Azerbaycanin sefali yerlerini oba oba kend kend gezirdi Onun meqsedi ozu demisken coller gozeli ceyrani cuyuru turaci mehv etmek deyildi Agir yaradiciliqdan sonra tebietin seyrine cixib temiz hava almaq ona menevi qida verirdi Ovun en gozel lezzeti burkulu seher havasindan sonra tebietin seyrine cixmaq yorgun bedene ruhen dinclik vermek idi 1944 cu il noyabrin 10 da Qarayazi mesesine ova geden sair Agstafa stansiyasinda qatardan dusen zaman tesadufen uzaq qohumu Qara Nabat deyilen qadinla rastlasir Coxdan sairi gormeyen Nabat arvad hesretle onun boynunu qucaqlayib Ne tez qocaldin deyib kovrelib aglayir Bundan berk tesirlenen Semed Vurgun ele orda 10 noyabr 1944 cu ilde Sair ne tez qocaldin sen seirini yazir Semed Vurgun bu movzuya bir de 1953 cu ilde toxunur Bele ki hemen ilin dekabr ayinda o dahi sair Nizami Gencevinin vefatinin 750 illiyinde istirak etmek ucun Genceye gedir Onun az vaxt icerisinde bu qeder qocalmasi saclarinin agarmasi kecmis muellime yoldasi Firuze xanima heddinden artiq tesir edir Onlar 1928 1929 cu illerde Gencedeki 7 sayli orta mektebde muellim islemisdiler Uzun illerden sonra saclari agarmis sairi goren Firuze xanim ona sair ne tez qocaldin deye muraciet edir Bundan tesirlenen S Vurgun Sair ne tez qocaldin sen adli daha bir seir yazir Sonuncu yazdigi seir evvelki variantdan daha meshur olur Seir haqda fikirlerNezm eseri Sovet coxmilletli edebiyyat tarixi nesrinin yazdigina gore Azerbaycan lirikasinda vetendasligin mohkemlenmesi sosial felsefi seslenmesi ile bagli olan seirlerden biridir Azerbaycanin xalq yazicisi Anarin fikrince Sair sen ne tez qocaldin neqareti seirde kecen zamana gore keder ve teessuf hissi ile nurlu bir inam xalqa insanlara vetene olan ehtiyacini qabardir 1956 ci ilde Semed Vurgun artiq yataq xestesi olanda Sair ne tez qocaldin seirini Konstantin Simonov rus diline tercume edib Edebiyyatsunas Feride Velixanovanin fikrince Simonovun tercumesi milli poeziyaya yuksek bedii yaradici yanasma numunesidir Bu tercume Literaturnaya qazeta nin 19 yanvar 1956 ci il tarixli qezetinde hemcinin Literaturnaya Azerbaycan jurnalinin 1956 ci il tarixli 5 ci nomresinde derc edilib Velixanova yazir ki bu tercumede Semedin sesi esidilir onun ehval ruhiyyesi duyulur 1967 ci ilde ressam Afis Zeynalov Semed Vurgunun portretini cekib Bu portret hemcinin Sair ne tez qocalmisan kimi de sohret tapmisdir EdebiyyatVahabzade B Samed Vurgun B Azerbajdzhan 2000 Velihanova F A Azerbajdzhanskaya sovetskaya poeziya na russkom yazyke B Yazychy 1982 Velihanova F Samed Vurgun sredi druzej perevodchikov B Yazychy 1986 IstinadlarIstoriya sovetskoj mnogonacionalnoj literatury V M Nauka 1974 319 Semed Vurgunun eyni movzuda iki seiri 2020 02 21 tarixinde Istifade tarixi 2022 03 09 ru Anar Zhit vechno zhit v bessmertii naroda IRS Nasledie 4 22 2006 16 Vahabzade Talybly 2000 Velihanova F 1982 Akimov V Russkie sovetskie pisateli prozaiki IV M Biblioteka 1966 395 Babayan A M Tejmurova N M Samed Vurgun v russkoj pechati Bibliografiya B Elm 1976 35 N Gabibov D Novruzova Izobrazitelnoe iskusstvo Azerbajdzhanskoj SSR M Sovetskij hudozhnik Redaktor G P Suzdaleva 1978 Xarici kecidlerSemed Vurgun Sair ne tez qocaldin sen seri 1953 Semed Vurgun Sair ne tez qocaldin sen Alemzer Huseynova Semed Vurgun Sair ne tez qocaldin sen Semed Vurgun Sair ne tez qocaldin sen www qazax biz 3gp Semed Vurgun Sair ne tez qocaldin sen