Tarixi adları – İskila, Andrapa, Andrapolis, Blosium, Bloasium, Neoklavdiopolis, Neopolis, İmad, İskelib və Direklibeldir.
Öndən Qala və İskilip görüntüsü
Əhalisi
İskilipin yazılı tarix baxımından sənədləşdirilən ilk əhali məlumatları 1576-cı ilə aiddir. Əldə edilən məlumatlara əsasən bu dövrdə şəhər və kənddə əhalinin sayı 46 210 nəfər olduğu təxmin edilir.
İskilip tunc dövründən Roma, Səlcuqlar və Osmanlı dövrlərində əhəmiyyətli şəhərlərdən biri olmuş, bu əhəmiyyətini XX əsrin əvvəlində itirmişdir.
Anadolunun ən köhnə məskunlaşma sahələrindən biridir. Çorumdan 55 km uzaqlda olub, Çorum-Kastamonu arasında yerləşir. Sahəsi 1 187 km²-dir. Dəniz səviyyəsindən 720 metr yüksəklikdədir.
Əhali sıxlığı 45% olub, 51 855 nəfər sakini vardır. Əhalinin 19 709 nəfəri mərkəzdə, 32 146 nəfəri kəndlərdə yaşayır. İskilip şəhər mərkəzində 14 məhəllə vardır.
İskilip mahalının iqtisadiyyatı əkinçilik və ticarətə söykənir. İskilip ilçəsinin torpaqlarının 460 km²-ni meşələr tutur.
Qışı yağışlı, yayı isti və nisbətən qurudur.
Təkə Dağı (1700 m) ən yüksək dağıdır.
İqlim məlumatları
Aylar
Yan
Fev
Mar
Apr
May
İyn
İyl
Avq
Sen
Okt
Noy
Dek
İl
Ən yüksək orta °C
2
5
10
15
20
24
27
27
23
17
10
4
15
Ən aşağı orta °C
-2
-1
1
6
10
13
15
15
12
8
3
0
6
Orta yağış (sm)
5,1
4,1
4,3
5,3
6,2
5,1
2,5
1,7
2,2
2,9
3,2
5,3
48
Mənbə: Weatherbase
İskilip şifahi ədəbiyyatında əhəmiyyətli yeri olan durna
Mədəniyyəti
İskilip kitabxanası
Çorum elində kitabxana mədəniyyəti İskilip (1258-ci ildə) və Çorum (1756-cı ildə) şəhərlərində əsası qouilmaqla respublika dövrünə qədər inkişafda olub. İskilip kitabxanalarının əsası Səlcuqlu, İlhanlı və Osmanlı dövrü vəqf kitabxanalarına söykənməkdədir.