Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

ərdəbil xanlığı ilə səhv salmayın Azərbaycan Səfəvilər dövlətinin yetişməsi XIV əsrin əvvəllərinə gedib çıxır Tarixi mən

Ərdəbil hakimliyi

Ərdəbil hakimliyi
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az
Ərdəbil xanlığı ilə səhv salmayın.

Azərbaycan Səfəvilər dövlətinin yetişməsi XIV əsrin əvvəllərinə gedib çıxır. Tarixi mənbələrə görə, səfəvilər Azərbaycanın Ərdəbil şəhərində yaşamış müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl Ərdəbilinin (1252–1334) adı ilə bağlı idi. Bütün Ərdəbil əhli şeyxin müridləri hesab olunur və onun göstərişlərinə əməl edirdilər. XIV əsrii ikinci yarısı- XV əsrdə Ərdəbil təriqətinin təkcə Azərbaycanda deyil, Rumda (Kiçik Asiya), Farsda, İraqda, Gilanda, Talışda çoxlu müridləri və ardıcılları vardı. Sufi-dərviş şeyxlərinin xalqa təsiri sultanları və feodal hakimləri də bu təriqətə meyil etməyə, hətta müridlər sırasına daxil olmağa məcbur edirdi. Beləliklə, XV əsrin ikinci yarısında Ərdəbil feodal hakimliyinin əhəmiyyəti xeyli artdı.

image

Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər; onların çoxlu vəqf torpaqları və başqa sərvətləri vardı. XIV–XV əsrlərdə Səfəvilər ağır həyat keçirən xalqın ədalətli hökmdar haqqında baş tutmayan arzusunu təcəssüm etdirən şiəliyi Azərbaycanda, İranda, Kiçik Asiyada və Şərqin başqa yerlərində sürətlə yaydılar və ideoloji təbliğat vasitəsinə çevirdilər. Səfəvi şeyxləri təbliğ edirdilər ki, şəriətin nəzərdə tutmadığı vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün hakimiyyət başında dayanan sünni hökmdarların ağalığına son qoymaq lazımdır.

Səfəvilər Azərbaycanda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIV–XV əsrlərdə bu yerlərdə hökm sürən sünnilikdə görür və sübut etməyə çalışırdılar ki, sünniliyin hakim mövqe tutduğu dövlətlər guya qeyri-qanuni dövlətlərdir, onlar xalqı ağır həyata sürükləyirlər. Məhz buna görə də, sünnilik əleyhinə ümumxalq mübarizəsi aparılması və şiə tərəfdarlarının hakimiyyətə gəlməsi üçün şərait yaradılmalıdır.

"Açıq bidət şəklində" inkişaf edən inqilabi müxalifətdən Səfəvilər böyük məharətlə istifadə edə bildilər. Şiəlik təriqətindən öz məqsədləri üçün istifadə etməyə çalışan Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz tərəflərinə çəkir və hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər. Bu sahədə Səfəvilərin müvəffəqiyyətinə səbəb Ərdəbil şeyxlərinin başçılıq etdiyi hərəkatın ölkənin oturaq əhalisinin tələbini ifadə etməsi idi.

Bu mübarizələr Şeyx Səfiəddin İshaqdan sonra Səfəvilərin görkəmli başçıları Şeyx Səfiəddin Musanın (1334–1392), Şeyx Xacə Əlinin (1392–1427), Şeyxşah adı ilə məşhur olan Şeyx İbrahimin (1427–1447), Şeyx Cüneydin (1447–1460), Şeyx Heydərin (1460–1488), Şeyx Sultanəlinin (1488–1495), nəhayət, Şah İsmayılın (1487–1524) dövründə daha kəskin xarakter aldı.

İ. P. Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür. Birinci dövr — XIII əsrin sonlarından 1447-ci ilə qədər davam edir. Bu dövrdə Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq etməyə çalışırlar, lakin bu dövrdə Səfəvilərin hakimiyyəti Ərdəbil mahalından kənara çıxmır.

Şeyx Cüneyd

image

XV əsrin ortalarından etibarən Səfəvilər daha fəal siyasət yeritməyə başladılar. Onlar uğurlu yürüşlər keçirərək böyük qənimətlər əldə edir və tədricən Ərdəbildə öz mövqelərini möhkəmləndirirdilər. XV əsrin ikinci yarısında Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları onların təsiri altına düşdü. Həm də Səfəvilərin ayrı-ayrı nümayəndələri (Şeyx Cüneyd, Şeyx Heydər) tarix səhnəsində ruhani başçısı kimi yox, siyasi xadim kimi çıxış edirdilər.

Bu vaxt Azərbaycanın cənubunda Qaraqoyunlu Cahanşah hökmranlıq ednrdi. O, Şeyx Cüneydin qüvvətlənməsindən ehtiyatlandığı üçün dövlətin ərazisini tərk etməyi ondan tələb etdi.1449-cu ildə Cüneyd Ərdəbili tərk etdi, Misiri, Suriyanı, Mesopotamiyanı gəzib dolaşdıqdan sonra Diyarbəkrə qayıtdı və burada Qaraqoyunlu dövlətinin rəqibi Uzun Həsən tərəfindən səmimi qarşılandı və onunla qohumluq əlaqəsi yaratdı. O, dörd ilə yaxın Diyarbəkrdə qaldı. Bu müddətdə Kiçik Asiyada-Kilikiyada qonşu tayfalalarla ilə əlaqəsini möhkəmləndirdi və müridlərinin sayını xeyli artırdı. Ustaclı, şamlı, rumlu, əfşar, qacar, təkəli, zülqədər, varsağ, bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı türkdilli tayfaları, Qaradağ, Əhər Talış sufiləri də Səfəvilərə qoşuldular. Bundan əlavə, Cüneyd Türkiyədə, Suriyanın şimalında, Maraş, Antak, Kilis bölgələrində və Mesopotamiyada ətrafına çoxlu mürid topladı.

Cüneyd Ərdəbildən gedəndən sonra hakimiyyəti Şeyx Cəfər idarə edirdi. 1459-cu ildə Cüneyd bir qrup müridlə doğma Ərdəbilə qayıtmaq istədi, lakin Şeyx İbrahimin oğlu Şeyx Cəfər onu Ərdəbilə buraxmadı.1460-cı il martın 3-də Cüneyd buradan Dağıstana və Şirvana yürüş etdi. Şirvanşah I Xəlilullah vəziyyətin ağırlığını görərək Cahanşahla ittifaqa girdi və Dərbənd yaxınlığında Səfəvi qoşununun qabağını kəsdi. Samur çayı sahilində tərəflər arasında böyük toqquşma oldu. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx Cüneydin ölümü ilə nəticələndi. Səfəvi müridlərinin bir hissəsi Ərdəbilə qayıtdı.

Şeyx Heydər

Şeyx Heydərin vaxtında qazı, sufi dəstələri dürüst hərbi qaydada təşkil olundular. Əvvəlki türkmən başlıqları əvəzinə indi on iki imamın (müqəddəs şiələrin) şərəfinə başlarına on iki zolaqlı qırmızı çalma qoyurdular. Ona görə də, onlara qızılbaşlar deyirdilər. Bu tədbirin həyata keçirilməsi tezliklə Şeyx Heydəri məşhurlaşdırdı. Venesiyalı Katerino Zeno yazır kn, müasirləri ona "qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm"-deyə müraciət edirdilər. Rum, Qaraçadağ və Talış müridləri ona allah kimi baxır, namazı, kütləvi duanı (ibadəti) rədd edir, şeyxi özlərinin qiblələri, fövqəltəbii xilqət, varlıq hesab edirdilər.

Müasirlərinin məlumatına görə, Şeyx Heydər son dərəcə cəsur idi. O, xeyli qoşun və silah topladıqdan, nominal asılı olduğu qaynı-Uzun Həsənin oğlu Yaqub padşahla razılığa gəldikdən sonra 1483-cü ildə Dağıstana və Şirvana yürüş etdi. Qızılbaşlar bu yürüşdən xeyli qənimətlə və əsirlə geri qayıtdılar. 3487-ci ildə ikinci dəfə yürüş etdilər. Bu dəfə altı min nəfər əsir gətirdilər. Şeyx Heydərin uğurlu iki yürüşü qonşu dövlətləri, həmçinin, Sultan Yaqubu da qorxuya saldı. O, Səfəvilərin güclənməsindən ehtiyat etdiyinə görə, Heydərin Şirvana sonuncu yürüşü zamanı (1488) Şirvanşah Fərrux Yasara kömək etdi. Öz sərkərdəsi Süleyman bəy Bicanoğlunun komandanlığı altında qızılbaşlarla döyüşə qoşun göndərdi. Birləşmiş qoşunla toqquşmanın labüd olduğunu görən şeyx cənuba- Tabasarana döndü. 1488-ci il iyunun 9-da burada, Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında qanlı döyüş baş verdi. hər iki tərəf xeyli itki verdi. Şeyx Heydər öldürüldü.

Şeyx İsmayıl

image
Şah İsmayıl Xətai

Beləliklə, XV əsrin ikinci yarısında Səfəvilərin öz hakmiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyəti zəiflədi. Yaqub padşah Ərdəbili və Səfəvilərin başqa torpaqlarını işğal etdi. Heydərin oğlanlarını- Sultanəlini, İbrahimi və hələ iki yaşı tamam olmamış İsmayılı əsir aldı. Feodal pərakəndəliyi ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat əlaqələrinin möhkəmlənməsinə mane olur və məhsuldar qüvvələrin inkişafını ləngidirdi. Ağqoyunlu şahzadələri arasında baş verən ara müharibələri feodal hakimlərin özbaşınalığının artması kənd təsərrüfatı və sənətkarlığının tənəzzülünə səbəb oldu, şəhər və kənd əməkçilərinin vəziyyətini ağırlaşdırdı. Belə bir vəziyyət ticarətin də inkişafına mane olur, quldurlar tez-tez mal daşıyan karvanlara basqınlar edirdilər. Feodal pərakəndəliyi, həmçinin, yadellilərə qarşı mübarizədə xalqın birliyinin yaranmasına mane olurdu. Odur ki, Azərbaycanı siyasi cəhətdən birləşdirmək zərurəti meydana çıxmışdı. Bu birləşmə Azərbaycan əhalisinin geniş təbəqələrinin mənafeyinə uyğun gəlirdi. Yalnız belə bir dövlət hakimiyyəti yaratmaqla feodal pərakəndəliyini aradan qaldırıb Azərbaycanın müstəqilliyini qorumaq olardı.1500-cü ilin payızında qızılbaş qoşunu Kürü keçib, Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar Şamaxını müdafiə etməkdə acizlik göstərərək, Qəbələyə qaçdı. Qızılbaşlar müqavimətə rast gəlmədən Şirvanın paytaxtını tutdular. Fərrux Yasarla İsmayılın qoşunu arasında döyüş 1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı Cabanı adlanan yerdə baş verdi. Döyüşdə Şirvanşahlar məğlub oldular. Şahgəldi ağa Fərrux Yasarın başını kəsib İsmayıla gətirdi. Qızılbaşlar Şirvanşahların böyük sərvətini ələ keçirdilər.

Fərrux Yasarın döyüşdən salamat çıxan oğlu İbrahim (Şeyxşah) Xəzər sahilindəki Şəhrin adlı yerə gəlib dağınıq qoşunu toplamaqa başlayır, lakin Hadim bəy Hülafənin (Hülafə bəy) gəlişini eşidib gəmi ilə Gilana adlayır.

XV əsrdə Bakı Azərbaycanın iri ticarət və sənətkarlıq mərkəzi, habelə, Xəzər sahilində mühüm liman idi. Şamaxı ilə yanaşı o, Şirvan hakimlərinin iqamətgahı idi. Xəzinə və böyük dəyərli Şirvanşahlar sarayı burada yerləşirdi. İbrahim Amini yazır ki. Qalanın dörd tərəfdən xarici aləmlə əlaqəsi var idi. Onların üçü dənizə, biri isə quruya çıxırdı. Qalanı həm də dərin xəndəklər müdafiə edirdi.

Bakının sakinlərn çoxdan idi ki, Şirvanşahlara bağlı idilər. Məhz onların köməyilə şəhər lazımi iqtisadi inkişaf zirvəsinə qalxmışdı. Cabanı döyüşündən sonra İsmayıl Muğana Mahmudabada (Salyan yaxınlığında) qışlamağa getdi. Burada o, xəbər tutdu ki, Bakı sakinləri xərac verməkdən imtina edir və qızılbaşlara inadlı müqavimət göstərirlər. 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək üçün öz sərkərdələrindən Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını tələb etdilər. Fərrux Yasarın oğlu Qazı bəy Şirvanın dağlıq yerlərində Səfəvilərə qarşı müqaviməti davam etdirdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O isə verilən təklifi qəti surətdə rədd etdi. Həsən bəy Rumlunun məlumatına görə, hətta o, qalanın təslim olması təklifini gətirən Səfəvi elçisinin və şəhəri təslim etməyi məsləhət görən Bakı darğası Əbdül Fəttahın edam edilməsini əmr etdi. Bakılıların inadlı müqavimətini və sərkərdələrinin uğursuz cəhdlərini görən İsmayıl 1501-ci ilin yazında ən yaxşı sərkərdəsi Hülafə bəyi Bakıya göndərdi. Mühasirənin sonunda isə özü gəldi. İsmayılın əmrilə qızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini uçurduqdan sonra şəhərə daxil oldular. Qızılbaşlar şəhəri talan edib, Şirvanşahların xəzinəsini ələ keçirdilər. Bakı əhalisinin kütləvi qırğınından ehtiyat edən 70 nəfər şəhər əyanı əllərinə Quran götürərək, İsmayılın yanına gəlib şəhər əhalisini bağışlamağı xahiş etdilər. İsmayılın göstərişilə talan və qırğın dayandırıldı. Gələnlər, qazı və şeyxlər şəhər darvazalarını qızılbaşların üzünə açdılar. Hadim bəyin göstərişi ilə Şeyx Cüneydin ölümünə səbəb olan Fərrux Yasarın atası I Xəlilullahın qəbri açılıb sümükləri yandırıldı. Şirvan sərdabəsi dağıdıldı. Bakı istila sdildikdən sonra Şirvan qızılbaşlardan asılı vəziyyətə düşdü, lakin bu asılılıq hələ tam deyildi.

Cabanı döyüşündə İsmayıl tərəfindən darmadağın edilmiş Şirvan qoşununun bir hissəsi Gülüstan, Buğurd və Surxab qalalarında müqavimət göstərməyi davam etdirirdilər. Ona görə də, İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru irəlilədi. Anonim tarixçi yazır ki, İsmayıl "dövlətin sutunlarını" -Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy Şamlunu, Hadim bəy Hülafəni, Qara Piri bəy Qacarı yanına çağırıb soruşdu: "Siz Azərbaycan taxtını, yoxsa Gülüstan qalasını istəyirsiniz?" Onlar "Azərbaycanı istəyirik",- deyə cavab verdilər. Aydındır ki, İsmayıl və qızılbaş əyanları Təbriz taxtını ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətlərini qurmağı başlıca vəzifə hesab edirdilər.

İstinadlar

  1. VAHİD ÖMƏROV. . http://www.anl.az/ (az.). Archived from the original on 2023-04-24.
Bu məqalə .
Lütfən, məqaləni və uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha istifadə edin.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Erdebil xanligi ile sehv salmayin Azerbaycan Sefeviler dovletinin yetismesi XIV esrin evvellerine gedib cixir Tarixi menbelere gore sefeviler Azerbaycanin Erdebil seherinde yasamis muqeddes sayilan Seyx Sefieddin Ishaq el Musevi el Erdebilinin 1252 1334 adi ile bagli idi Butun Erdebil ehli seyxin muridleri hesab olunur ve onun gosterislerine emel edirdiler XIV esrii ikinci yarisi XV esrde Erdebil teriqetinin tekce Azerbaycanda deyil Rumda Kicik Asiya Farsda Iraqda Gilanda Talisda coxlu muridleri ve ardicillari vardi Sufi dervis seyxlerinin xalqa tesiri sultanlari ve feodal hakimleri de bu teriqete meyil etmeye hetta muridler sirasina daxil olmaga mecbur edirdi Belelikle XV esrin ikinci yarisinda Erdebil feodal hakimliyinin ehemiyyeti xeyli artdi Sefeviler dunyevi ve ruhani isleri oz ellerinde birlesdirdiler onlarin coxlu veqf torpaqlari ve basqa servetleri vardi XIV XV esrlerde Sefeviler agir heyat keciren xalqin edaletli hokmdar haqqinda bas tutmayan arzusunu tecessum etdiren sieliyi Azerbaycanda Iranda Kicik Asiyada ve Serqin basqa yerlerinde suretle yaydilar ve ideoloji tebligat vasitesine cevirdiler Sefevi seyxleri teblig edirdiler ki serietin nezerde tutmadigi vergi ve mukellefiyyetlerin legv olunmasi ucun hakimiyyet basinda dayanan sunni hokmdarlarin agaligina son qoymaq lazimdir Sefeviler Azerbaycanda ve Serq olkelerinde yaranmis agir veziyyetin sebebini XIV XV esrlerde bu yerlerde hokm suren sunnilikde gorur ve subut etmeye calisirdilar ki sunniliyin hakim movqe tutdugu dovletler guya qeyri qanuni dovletlerdir onlar xalqi agir heyata surukleyirler Mehz buna gore de sunnilik eleyhine umumxalq mubarizesi aparilmasi ve sie terefdarlarinin hakimiyyete gelmesi ucun serait yaradilmalidir Aciq bidet seklinde inkisaf eden inqilabi muxalifetden Sefeviler boyuk meharetle istifade ede bildiler Sielik teriqetinden oz meqsedleri ucun istifade etmeye calisan Sefeviler muxtelif vedlerle xalq kutlelerini oz tereflerine cekir ve hakimiyyet ugrunda mubarizeni genislendirirdiler Bu sahede Sefevilerin muveffeqiyyetine sebeb Erdebil seyxlerinin basciliq etdiyi herekatin olkenin oturaq ehalisinin telebini ifade etmesi idi Bu mubarizeler Seyx Sefieddin Ishaqdan sonra Sefevilerin gorkemli bascilari Seyx Sefieddin Musanin 1334 1392 Seyx Xace Elinin 1392 1427 Seyxsah adi ile meshur olan Seyx Ibrahimin 1427 1447 Seyx Cuneydin 1447 1460 Seyx Heyderin 1460 1488 Seyx Sultanelinin 1488 1495 nehayet Sah Ismayilin 1487 1524 dovrunde daha keskin xarakter aldi I P Petrusevski Sefevilerin tarixini dord dovre bolur Birinci dovr XIII esrin sonlarindan 1447 ci ile qeder davam edir Bu dovrde Sefeviler sieliyi yayir xalq kutlelerinin antifeodal herekatina basciliq etmeye calisirlar lakin bu dovrde Sefevilerin hakimiyyeti Erdebil mahalindan kenara cixmir Seyx CuneydXV esrin ortalarindan etibaren Sefeviler daha feal siyaset yeritmeye basladilar Onlar ugurlu yurusler kecirerek boyuk qenimetler elde edir ve tedricen Erdebilde oz movqelerini mohkemlendirirdiler XV esrin ikinci yarisinda Muganin bir hissesi Qarabag ve Azerbaycanin Talis daglarina qeder olan serq torpaqlari onlarin tesiri altina dusdu Hem de Sefevilerin ayri ayri numayendeleri Seyx Cuneyd Seyx Heyder tarix sehnesinde ruhani bascisi kimi yox siyasi xadim kimi cixis edirdiler Bu vaxt Azerbaycanin cenubunda Qaraqoyunlu Cahansah hokmranliq ednrdi O Seyx Cuneydin quvvetlenmesinden ehtiyatlandigi ucun dovletin erazisini terk etmeyi ondan teleb etdi 1449 cu ilde Cuneyd Erdebili terk etdi Misiri Suriyani Mesopotamiyani gezib dolasdiqdan sonra Diyarbekre qayitdi ve burada Qaraqoyunlu dovletinin reqibi Uzun Hesen terefinden semimi qarsilandi ve onunla qohumluq elaqesi yaratdi O dord ile yaxin Diyarbekrde qaldi Bu muddetde Kicik Asiyada Kilikiyada qonsu tayfalalarla ile elaqesini mohkemlendirdi ve muridlerinin sayini xeyli artirdi Ustacli samli rumlu efsar qacar tekeli zulqeder varsag bayat qaramanli baharli alpout eresli qazaxli turkdilli tayfalari Qaradag Eher Talis sufileri de Sefevilere qosuldular Bundan elave Cuneyd Turkiyede Suriyanin simalinda Maras Antak Kilis bolgelerinde ve Mesopotamiyada etrafina coxlu murid topladi Cuneyd Erdebilden gedenden sonra hakimiyyeti Seyx Cefer idare edirdi 1459 cu ilde Cuneyd bir qrup muridle dogma Erdebile qayitmaq istedi lakin Seyx Ibrahimin oglu Seyx Cefer onu Erdebile buraxmadi 1460 ci il martin 3 de Cuneyd buradan Dagistana ve Sirvana yurus etdi Sirvansah I Xelilullah veziyyetin agirligini gorerek Cahansahla ittifaqa girdi ve Derbend yaxinliginda Sefevi qosununun qabagini kesdi Samur cayi sahilinde terefler arasinda boyuk toqqusma oldu Doyus Sefevilerin meglubiyyeti ve Seyx Cuneydin olumu ile neticelendi Sefevi muridlerinin bir hissesi Erdebile qayitdi Seyx HeyderSeyx Heyderin vaxtinda qazi sufi desteleri durust herbi qaydada teskil olundular Evvelki turkmen basliqlari evezine indi on iki imamin muqeddes sielerin serefine baslarina on iki zolaqli qirmizi calma qoyurdular Ona gore de onlara qizilbaslar deyirdiler Bu tedbirin heyata kecirilmesi tezlikle Seyx Heyderi meshurlasdirdi Venesiyali Katerino Zeno yazir kn muasirleri ona qurban oldugum sadaga oldugum pirim mursudum deye muraciet edirdiler Rum Qaracadag ve Talis muridleri ona allah kimi baxir namazi kutlevi duani ibadeti redd edir seyxi ozlerinin qibleleri fovqeltebii xilqet varliq hesab edirdiler Muasirlerinin melumatina gore Seyx Heyder son derece cesur idi O xeyli qosun ve silah topladiqdan nominal asili oldugu qayni Uzun Hesenin oglu Yaqub padsahla raziliga geldikden sonra 1483 cu ilde Dagistana ve Sirvana yurus etdi Qizilbaslar bu yurusden xeyli qenimetle ve esirle geri qayitdilar 3487 ci ilde ikinci defe yurus etdiler Bu defe alti min nefer esir getirdiler Seyx Heyderin ugurlu iki yurusu qonsu dovletleri hemcinin Sultan Yaqubu da qorxuya saldi O Sefevilerin guclenmesinden ehtiyat etdiyine gore Heyderin Sirvana sonuncu yurusu zamani 1488 Sirvansah Ferrux Yasara komek etdi Oz serkerdesi Suleyman bey Bicanoglunun komandanligi altinda qizilbaslarla doyuse qosun gonderdi Birlesmis qosunla toqqusmanin labud oldugunu goren seyx cenuba Tabasarana dondu 1488 ci il iyunun 9 da burada Sahdagin eteyinde Sirvansahin birlesmis quvveleri ile qizilbaslar arasinda qanli doyus bas verdi her iki teref xeyli itki verdi Seyx Heyder olduruldu Seyx IsmayilSah Ismayil Xetai Belelikle XV esrin ikinci yarisinda Sefevilerin oz hakmiyyetlerini Sirvana yaymaq cehdleri bas tutmadi Sefevilerin Erdebil hakimiyyeti zeifledi Yaqub padsah Erdebili ve Sefevilerin basqa torpaqlarini isgal etdi Heyderin oglanlarini Sultanelini Ibrahimi ve hele iki yasi tamam olmamis Ismayili esir aldi Feodal perakendeliyi olkenin ayri ayri hisseleri arasinda teserrufat elaqelerinin mohkemlenmesine mane olur ve mehsuldar quvvelerin inkisafini lengidirdi Agqoyunlu sahzadeleri arasinda bas veren ara muharibeleri feodal hakimlerin ozbasinaliginin artmasi kend teserrufati ve senetkarliginin tenezzulune sebeb oldu seher ve kend emekcilerinin veziyyetini agirlasdirdi Bele bir veziyyet ticaretin de inkisafina mane olur quldurlar tez tez mal dasiyan karvanlara basqinlar edirdiler Feodal perakendeliyi hemcinin yadellilere qarsi mubarizede xalqin birliyinin yaranmasina mane olurdu Odur ki Azerbaycani siyasi cehetden birlesdirmek zerureti meydana cixmisdi Bu birlesme Azerbaycan ehalisinin genis tebeqelerinin menafeyine uygun gelirdi Yalniz bele bir dovlet hakimiyyeti yaratmaqla feodal perakendeliyini aradan qaldirib Azerbaycanin musteqilliyini qorumaq olardi 1500 cu ilin payizinda qizilbas qosunu Kuru kecib Sirvan erazisine daxil oldu Ferrux Yasar Samaxini mudafie etmekde acizlik gostererek Qebeleye qacdi Qizilbaslar muqavimete rast gelmeden Sirvanin paytaxtini tutdular Ferrux Yasarla Ismayilin qosunu arasinda doyus 1500 cu ilin sonunda Gulustan qalasindan bir qeder arali Cabani adlanan yerde bas verdi Doyusde Sirvansahlar meglub oldular Sahgeldi aga Ferrux Yasarin basini kesib Ismayila getirdi Qizilbaslar Sirvansahlarin boyuk servetini ele kecirdiler Ferrux Yasarin doyusden salamat cixan oglu Ibrahim Seyxsah Xezer sahilindeki Sehrin adli yere gelib daginiq qosunu toplamaqa baslayir lakin Hadim bey Hulafenin Hulafe bey gelisini esidib gemi ile Gilana adlayir XV esrde Baki Azerbaycanin iri ticaret ve senetkarliq merkezi habele Xezer sahilinde muhum liman idi Samaxi ile yanasi o Sirvan hakimlerinin iqametgahi idi Xezine ve boyuk deyerli Sirvansahlar sarayi burada yerlesirdi Ibrahim Amini yazir ki Qalanin dord terefden xarici alemle elaqesi var idi Onlarin ucu denize biri ise quruya cixirdi Qalani hem de derin xendekler mudafie edirdi Bakinin sakinlern coxdan idi ki Sirvansahlara bagli idiler Mehz onlarin komeyile seher lazimi iqtisadi inkisaf zirvesine qalxmisdi Cabani doyusunden sonra Ismayil Mugana Mahmudabada Salyan yaxinliginda qislamaga getdi Burada o xeber tutdu ki Baki sakinleri xerac vermekden imtina edir ve qizilbaslara inadli muqavimet gosterirler 1501 ci ilin yazinda Ismayil Baki qalasini ele kecirmek ucun oz serkerdelerinden Mehemmed bey Ustacli ve Ilyas bey Xunuslunu ora gonderdi Onlar qalanin teslim olmasini teleb etdiler Ferrux Yasarin oglu Qazi bey Sirvanin dagliq yerlerinde Sefevilere qarsi muqavimeti davam etdirdiyi ucun qalani onun arvadi mudafie edirdi O ise verilen teklifi qeti suretde redd etdi Hesen bey Rumlunun melumatina gore hetta o qalanin teslim olmasi teklifini getiren Sefevi elcisinin ve seheri teslim etmeyi meslehet goren Baki dargasi Ebdul Fettahin edam edilmesini emr etdi Bakililarin inadli muqavimetini ve serkerdelerinin ugursuz cehdlerini goren Ismayil 1501 ci ilin yazinda en yaxsi serkerdesi Hulafe beyi Bakiya gonderdi Muhasirenin sonunda ise ozu geldi Ismayilin emrile qizilbaslar qala divarlari altindan lagim atib burclerden birini ucurduqdan sonra sehere daxil oldular Qizilbaslar seheri talan edib Sirvansahlarin xezinesini ele kecirdiler Baki ehalisinin kutlevi qirginindan ehtiyat eden 70 nefer seher eyani ellerine Quran goturerek Ismayilin yanina gelib seher ehalisini bagislamagi xahis etdiler Ismayilin gosterisile talan ve qirgin dayandirildi Gelenler qazi ve seyxler seher darvazalarini qizilbaslarin uzune acdilar Hadim beyin gosterisi ile Seyx Cuneydin olumune sebeb olan Ferrux Yasarin atasi I Xelilullahin qebri acilib sumukleri yandirildi Sirvan serdabesi dagidildi Baki istila sdildikden sonra Sirvan qizilbaslardan asili veziyyete dusdu lakin bu asililiq hele tam deyildi Cabani doyusunde Ismayil terefinden darmadagin edilmis Sirvan qosununun bir hissesi Gulustan Bugurd ve Surxab qalalarinda muqavimet gostermeyi davam etdirirdiler Ona gore de Ismayil Bakini tutduqdan sonra Gulustan qalasina dogru ireliledi Anonim tarixci yazir ki Ismayil dovletin sutunlarini Huseyn bey Leleni Mehemmed bey Ustaclini Ebdi bey Samlunu Hadim bey Hulafeni Qara Piri bey Qacari yanina cagirib sorusdu Siz Azerbaycan taxtini yoxsa Gulustan qalasini isteyirsiniz Onlar Azerbaycani isteyirik deye cavab verdiler Aydindir ki Ismayil ve qizilbas eyanlari Tebriz taxtini agqoyunlulardan geri alib Azerbaycanda oz hakimiyyetlerini qurmagi baslica vezife hesab edirdiler IstinadlarVAHID OMEROV http www anl az az Archived from the original on 2023 04 24 Bu meqale qaralama halindadir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Eger mumkundurse daha deqiq bir sablondan istifade edin

Nəşr tarixi: İyun 27, 2024, 00:10 am
Ən çox oxunan
  • İyul 13, 2025

    Qum (şəhər)

  • İyul 13, 2025

    Qum (Salmas)

  • İyul 13, 2025

    Səhiyyə siyasəti

  • İyul 13, 2025

    Samarit

  • İyul 13, 2025

    Nikolay Sadovski

Gündəlik
  • ABŞ dolları

  • Rusiyada azərbaycanlılara qarşı insident (2025)

  • The Beach Boys

  • Dioqo Jota

  • Rəhim Məmmədov

  • Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı

  • Dördqat Sovet İttifaqı Qəhrəmanı

  • Vidadi Nərimanbəyov

  • Fransa

  • Azərbaycan

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı