Wikipedia
Alıkənd (Göyçay)
Alıkənd, Əlikənd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzində, Mırtı, Şəkər, Veysəlli kəndlərə yaxın, Şirvan düzündə yerləşir.
Alıkənd | |
---|---|
40°33′08″ şm. e. 47°52′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Göyçay rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 547 nəfər |
Toponimikası
Alıkənd oykonimi “Alı” (antr.) və “kənd” (yaşayış məntəqəsi termini) sözlərindən düzəldilib, “Alıya məxsusu kənd” deməkdir. 1933-cü ildə Göyçay rayonunun Ramal və Şəkər inzibati ərazi vahidlərində iki Alıkənd kəndi qeydə alınmışdır.
Əhalisi
Əhalisinin sayı 547 (2009) nəfərdir
Tanınmışları
- Asif Bəkirli — SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi.
- Abil İslam - Şair , Jurnalist , Azərbaycan Yazıçılar Birliyi-nin üzvü
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Azərbaycan toponimlərinin ensiklopedik lügəti. İki cilddə. Bakı: “Şərq-Qərb”. 2007.
- Alıkənd (Göyçay) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |