Əfrand Daşdəmirov
Əfrand Daşdəmirov (d. 12 mart 1942 – ö. 7 aprel 2015) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru.
Əfrand Daşdəmirov | |
---|---|
Əfrand Firuddin oğlu Daşdəmirov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Elmi adı | akademik |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir.
Pedaqoji fəaliyyəti
Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Əsərləri
1976-cı ildə onun "Millət və şəxsiyyət" (rus. "Нация и личность") adlı monoqrafiyası işıq üzü gormüşdür. 1984-cü ildə “Marksist-Lenin millət və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemləri” (rus. "Проблемы личности в Марксистко-Ленинской теории нации и национальных отношений") adlı 1996-cı ildə isə "Cəmiyyətşünaslığın nəzəri-metodoloji məsələləri" (rus. "Теоретико-методологические проблемы обществоведения") adlı monoqrafiyaları çıxmışdır. 2000-ci ildə “Rusiya və Azərbaycan: tarix və müasirlik” [«Россия и Азербайджан: история и современность»], 2001-ci ildə “Qafqazarası münasibətlərin ideoloji problemləri” [«Идеологические проблемы меж кавказских отношений] əsəri, həmin ildə “Milli ideya və etniklik” [«Национальная идея и этничность»] kitabı ikinci dəfə dərc edilmişdir. 2005-2008-ci illlərdə “Qarabağ münaqişəsi yenidənqurma kontekstinə” [«Карабахский конфликт в контексте перестройки»], 2008-ci ildə "Millət tarixin kəskin dönümündə” [«Нация на крутом повороте истории»] adlı kitablar işıq üzü görmüşlər.
O, 8 monoqrafiyanın və 200-dən artıq elmi əsərin müəllifidir. Ə.F.Daşdəmirovun "Milli münasibətlərin sosioloji strukturu", "Şəxsiyyət və millət", "Milli ideya və etniklik", "Cəmiyyətşünaslığın nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və düşüncələr" və b. nəşri tarixindən asılı olmayaraq, bu gün də öz aktuallığını saxlamaqdadır.
Mükafatları
Əfrand Daşdəmirov 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Dövlət" ordeni ilə təltif edilmişdir.
İstinadlar
- ↑ Əliağa Məmmədli (2012). "Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə" (azərb.). anl.az. İstifadə tarixi: 2014-07-10.
- "Akademik Əfrand Daşdəmirovun 70 yaşı tamam olur". AMEA (azərb.). science.gov.az. 06.03.2012, 17:13. İstifadə tarixi: 2014-07-10.[ölü keçid]
- ↑ . Şərq Fəlsəfəsi Problemləri (azərb.). orientalphilosophy.org. 23-06-2013, 01:56. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- . AMEA (azərb.). science.gov.az. 2011. 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
Ədəbiyyat
- Əliağa Məmmədli, Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə, "Elm". - 2012.- 30 aprel.- Səh.14.