İrəvan trolleybusu (erm.Երևանյան տրոլեյբուս) — Ermənistanınİrəvan şəhərində fəaliyyət göstərən trolleybus sistemi. Trolleybus xətti 16 avqust 1949-cu ildə fəliyyətə başlamışdır. Hazırda beş xətt fəaliyyət göstərir (1, 2, 9, 10, 15). İrəvan trolleybus sistemi İrəvanın bir ictimai nəqliyyat şəbəkəsini təşkil edir. Gümrü trolleybus sistemi 2005-ci ildə bağlandığından Ermənistanın tək trolleybus sistemi olmuşdur. Vaxtı ilə böyük bir sistem olmuşdur. 300 trolleybusdan ibarət olan sistem 20 xəttə sahib idi. Burada əsasən Çexoslavakiya istehsalı olan Skoda 9TR, 14Tr və ya Sovet istehsalı olan ZiU-682 modelləri istifadə edilirdi.
Hazırda beş xətt fəaliyyət göstərir. №1. Aşxatanka meydanı-Crvej №2. Çarbax-Erebuni muzeyi №9. Avan-Pedaqoji Universitet №10. 5-ci mikrorayon Nor Nork-Stansiyası №15. 15 rayon-Aşxatanka meydanı 2011-ci il məlumatına görə sistemə aşağıdakı xətləri daxildir: 1, 2, 9, 10 və 15.
Tərkibi
İrəvan trolleybusunda xəttində ümumilikdə 71 trolleybus fəaliyyət göstərir:
Fəaliyyət göstərənlər
Škoda 14Tr — 26 Trolleybusları
ЛиАЗ-5280 — 32 Trolleybusları
Berliet ER100 — 10 Trolleybusları
Škoda 9Tr — 1 Trolleybus (xidməti)
ЛиАЗ-52803 — 2 Trolleybusları
Trolleybus Berliet ER100 2005-ci ildə Lion şəhərindən əldə edilmişdir.
Əvvəllər istifadə edilən modellər
МТБ-82
ЗиУ-5
ЗиУ-9
Škoda 9Tr
Škoda 14Tr
Parkları
İrəvanın trolleybus sistemi 2 depodan ibarətdir: "Şenqavit" və "Nor Nork". "Kanaker" deposu 1999-cu ildə bağlanmışdır.
Qalereya
İstinadlar
Карта троллейбусной системы на 2011 года на сайте СТТС