Wikipedia
Çaylı (Göygöl)
Çaylı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Çaylı | |
---|---|
40°35′29″ şm. e. 46°30′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Göygöl rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 896 (2009) nəfər |
Tarixi
- Kənd XIX əsrdə yaradılmışdır.
Toponimikası
- Çaylı oyk.
- Göygöl rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir.
- Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar;
- Şamaxı rayonunun Göylər və Dzerjinovka i.ə.v.-də iki kənd. Pirsaat çayı sahilində, dağətəyi ərazidədir. Bu kəndlər 1846-cı ildə baxşıbəyli və ağakişibəyli adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar;
- Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax r-nunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar;
- Tərtər r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, dağətəyi ərazidədir. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (erm. "Yuxarı Çaylı") adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 896 nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Göygöl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |