Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Aqamemnon Kutsoyorqas yun Αγαμέμνων Κουτσόγιωργας 10 may 1922 Rodini d Qərbi Yunanıstan 18 aprel 1991 Afina və ya ümumiş

Menios Kutsoyorqas

Menios Kutsoyorqas
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Aqamemnon Kutsoyorqas (yun. Αγαμέμνων Κουτσόγιωργας; 10 may 1922, Rodini[d], Qərbi Yunanıstan – 18 aprel 1991, Afina) və ya ümumişlək adı ilə Menios Kutsoyorqas — Yunanıstan siyasətçisi, hüquqşünas və polis işçisi. Panhelenik Sosialist Hərəkatının (PASOK) qurucusu və lideri Andreas Papandreunun yaxın adamı olan Kutsoyorqas 1981–1989-cu illərdə PASOK hökuməti dövründə ən güclü kabinet üzvlərindən biri kimi ortaya çıxdı və geniş ictimaiyyətdə Papandreunun varisi kimi qəbul edildi. Lakin Yorqos Koskotas qalmaqalına qarışdığına görə Xüsusi Tribunalın qarşısına çıxarıldı. 11 aprel 1991-ci ildə məhkəmə iclası keçirilərkən Kutsoyorqas zalda yıxıldı və bir həftə sonra öldü.

Menios Kutsoyorqas
yun. Αγαμέμνων Κουτσόγιωργας
image
Yunanıstanın ədliyyə naziri
image
23 sentyabr 1987 – 18 noyabr 1988
image
Yunanıstanın daxili işlər naziri
image
5 iyun 1985 – 5 fevral 1987
image
Yunanıstanın daxili işlər naziri
image
17 yanvar 1984 – 9 may 1985
image
Yunanıstan parlamentinin deputatı (Panhelenik Sosialist Hərəkatı)
image
1974 – 1989
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1922(1922-05-10)
Doğum yeri
  • Rodini[d], Eyyaliya[d], Axeya, Qərbi Yunanıstan, Yunanıstan
Vəfat tarixi 18 aprel 1991(1991-04-18) (68 yaşında)
Vəfat yeri
  • Afina, Afina bələdiyyəsi[d], Mərkəzi Afina[d], Attika, Yunanıstan
Partiya
  • Panhelenik Sosialist Hərəkatı
Təhsili
  • Afina Universiteti (–1945)
Fəaliyyəti siyasətçi, hüquqşünas

Həyatı

Kutsoyorqas 1922-ci ilin mayında Axeyanın kəndində anadan olub. O, İkinci Dünya müharibəsində zamanı Omiros müqavimət qrupunda fəal idi və İtaliyanın işğalçı hakimiyyət orqanları tərəfindən tutularaq həbs edilmişdi. Menios Afina Universitetinin Hüquq fakültəsində oxumuş və 1945-ci ildə hüquq dərəcəsi almışdı. Elə həmin il o, Şəhər Polisinin Afina şöbəsində polis zabiti oldu. O, yeddi il polis məmuru vəzifəsində çalışdıqdan sonra hüquqşünas olmaq və öz hüquq firmasını açmaq üçün 1952-ci ildə işdən çıxdı. Menios 1958-ci ildə Paris Universitetinin Hüquq fakültəsində dövlət hüququ üzrə magistr dərəcəsi aldı.

Müharibədən sonrakı dövrdə Afinanın tanınmış hüquqşünasına çevrilən Menios Kutsoyorqas Liberal Partiyasının və daha sonra Mərkəz İttifaqının lideri olan ilə sıx əlaqədə idi. 1965-ci ildə ASPIDA qalmaqalı zamanı o, Georgios Papandreunun oğlu Andreas Papandreunun müdafiəçisi olub.

1967-1974-cü illərdə Yunan hərbi xuntası dövründə Kutsoyorqas hələ 1967-ci ildə rejimə qarşı silahlı müqavimət təşkil etmək cəhdlərində iştirak etmiş və evində silah və radio ötürücüləri aşkar edildikdən sonra tutulmuş və həbs edilmişdir. Daha sonra sərbəst buraxılsa da, 1970-ci ildə yenidən həbs olunan Menios bir müddət məşhur Yunanıstan hərbi polisi tərəfindən dindirilərək saxlanıldı.

Fəaliyyəti

Andreas Papandreunun yaxın əməkdaşı kimi Kutsoyorqas zamanı Panhelenik Sosialist Hərəkatının (PASOK) qurucu üzvü oldu. O, 1974-cü ilin noyabrında hərbi hökumətin süqutundan sonra keçirilən ilk milli seçkidə parlament üzvü seçildi. O, 1989-cu ilə qədər bütün ardıcıl milli seçkilərdə Axeya prefekturasını təmsil edən deputat oldu. PASOK-un ilk kabinetində Kutsoyorqas 21 oktyabr 1981-ci ildə Nazirlər Kabinetinə rəhbər təyin edildi və daxili işlər naziri təyin olunduğu 17 yanvar 1984-cü ilə qədər bu vəzifəni tutdu. O, 9 may 1985-ci ildə, hələ parlament seçkiləri keçirilməzdən əvvəl bu vəzifədən istefa vermişdi. Avropa Parlamentinə seçkilərin keçirildiyi 22 may 1984-cü ildən 21 iyun 1984-cü ilədək onun nazir vəzifəsini müvəqqəti olaraq başqa şəxs icra etmişdi. Nazir olduğu müddət ərzində Menios Yunanıstanın o vaxtkı prezidenti ikinci dəfə yenidən namizədliyi ilə bağlı 1985-ci ilin martında baş vermiş siyasi böhranda böyük rol oynamışdı. Papandreu bir neçə dəfə namizədliyə dair vədlər versə də, PASOK partiyasının aparıcı üzvləri və Kutsoyorqas özü şiddətlə buna qarşı çıxmışdı. Nəhayət, əsasən Kutsoyorqasın təkidi ilə PASOK bu vəzifəyə hakim təklif etmişdi.

PASOK-un 1985-ci il seçkilərindəki qələbəsindən sonra Kutsoyorqas 5 iyun 1985-ci ildə yenidən daxili işlər naziri vəzifəsinə təyin edildi. 26 iyul 1985-ci il tarixli kadr dəyişikliyində o, ictimai asayiş portfelini də öz üzərinə götürdü və bu səlahiyyəti 25 aprel 1986-cı ilə qədər icra etdi. Menios 1987-ci il fevralın 5-dək daxili işlər naziri vəzifəsində qaldı, 23 sentyabr 1987-ci ildə isə hökumətin vitse-prezidenti və ədliyyə naziri təyin edildi. Güclü partiya bazası olmayan PASOK-un seçiciləri arasında məşhurlaşan bu təyinat onu faktiki olaraq hökumətin ikinci adamı etmişdi. 1988-ci ildə Papandreunun xəstəliyi zamanı, eləcə də avqust-sentyabr aylarında Böyük Britaniyada ürək əməliyyatı olunmaq üçün Yunanıstanda olmadığı müddətdə Kutsoyorqas faktiki baş nazir vəzifəsini icra edirdi.

Bununla belə, Yorqos Koskotas və Krit Bankı qalmaqalına adı qarışdığına görə, Menios Kutsoyorqas mətbuatın tənqidinə məruz qaldı. Bəzi tənqidçilərə görə ozamankı haqqında qanunvericilik Koskotasın araşdırmadan yayınmasına imkan verirdi; bu səbəbdən həm mətbuat, həm də PASOK daxilində Meniosa qarşı tənqidlər getdikcə artırdı. O, bununla belə Papandreunun dəstəyini almağa davam etdi: 1988-ci il noyabrın 18-də hökumətin vitse-prezidenti və ədliyyə naziri vəzifələrindən istefa verməyə məcbur qalsa da, yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edildi.

1989-cu ilin martında Koskotasın həyat yoldaşı ilə Koskotasın şəriki İ.Macuranis arasındakı söhbətlərin audio lentlərinin artıq qaçaq olan və ABŞ-də həbsdə saxlanılan Koskotas tərəfindən yayımlanması ilə böhran pik həddə çatdı. Həmin kasetlər Kutsoyorqasın Koskotas üçün bank sirri haqqında qanunu "təşkil etmək" məqsədilə İsveçrə bank hesabından 2 milyon ABŞ dolları aldığını göstərirdi. Kutsoyorqas bu iddiaları rədd etdi və Koskotası Yunanıstan qanunlarından qaçdığı və hökumətin hərəkətlərinin onun saxta imperiyasının çökməsinə səbəb olduğu bir vaxtda hökuməti şantaj etməkdə ittiham etdi.

Həmin ərəfədə parlamentdə etimad səsverməsi Papandreunun xeyrinə yekunlaşsa da, Kutsoyorqas 16 mart 1989-cu ildə istefasını təqdim etdi. Sonrakı araşdırmalar göstərdi ki, Koskotasın yaxın adamı, əvvəllər PASOK hökumətinin üzvü olan və Menios ilə əlaqəsi olan İ.Macuranis 1988-ci ilin payızında Meniosa İsveçrədə bank hesabı açmaq üçün vasitəçilik edib. İ.Macuranis bir neçə həftə sonra həmin hesaba 1,2 milyon dollar depozit qoyub. Bir neçə həftə sonra depozitdən xəbərdar olan Menios vəsaiti Macuranisə qaytarıb və hesabı bağlayıb. Bu hadisələr 1989-cu ilin martında ortaya çıxdıqda Macuranis Meniosun həmin vəsaiti gözlədiyini iddia etdi. Kutsoyorqas isə bank hesabının şəxsi məqsədlər üçün açıldığını və Koskotasın qanunsuz fəaliyyətinin ifşa olunduğu zamanda Koskotas işinin kritik məqamında pul vəsaitinin göndərilməsinin Koskotas və Macuranis tərəfindən Kutsoyorqası tələyə salmaq cəhdi olduğunu iddia edirdi. Kutsoyorqas məhkəmə prosesində özünü müdafiə edərkən öldüyü üçün bu hadisələrin təfərrüatları araşdırılmadı.

Mayın 18-də PASOK Mərkəzi Komitəsi Krit Bankı işi üzrə istintaq tamamlanana qədər Meniosun 1989-cu ilin iyununda keçirilən parlament seçkilərində namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdi. Sentyabrın 27-də parlamentdə keçirilən səsvermədə Menios Kutsoyorqas, Andreas Papandreu, Dimitris Tsovolas və Yorqos Petsos Koskotas qalmaqalını araşdırmaq üçün yaradılmış Xüsusi Tribunala göndərildilər. Təqsirləndirilən şəxslərdən yalnız 68 yaşlı Kutsoyorqas 2 oktyabr 1990-cı ildə məhkəmə iclasınadək Koridalos həbsxanasına göndərildi; bu hərəkət o zamanlar siyasiləşdirilmiş və qeyri-adekvat addım hesab edilərək tənqid olunmuşdu. Bu addım cəmi bir neçə ay əvvəl sosialist partiyasının korrupsiya iddiaları ilə mübarizə aparmaq adı ilə seçilən yeni Mitsotakis höküməti tərəfindən dəstəklənmişdi. Kutsoyorqas dərhal bu qərardan apellyasiya şikayəti vermiş, onun işinə baxan Afina Apellyasiya Məhkəməsinin Apellyasiya Şurası apellyasiya şikayətini təmin etmiş və nəticədə Kutsoyorqas 10 yanvar 1991-ci ildə həbsdən azad edilmişdi.

Məhkəmə iclası 1991-ci il martın 11-də ağır siyasi atmosferdə başladı. Proses canlı televiziyada yayımlanırdı. Kutsoyorqas öz mövqeyində dayandı və ittiham tərəfinin şahidi, baş auditoru İoannis Kamarası dindirməsi ittiham tərəfinin işində bir çox qüsurları üzə çıxardı. Aprelin 11-də digər şahidi, Yunanıstan Bankının keçmiş sədr müavini Statis Papaceorciounu dindirərkən Kutsoyorqas məhkəmə zalında yıxıldı və yeddi gün sonra öldü. Onun dəfn mərasimi Afinanın mərkəzində keçirildi. Dəfndə böyük izdiham toplanmışdı. Mərasim Xüsusi Tribunalın davam etməsinə qarşı siyasi etiraz dalğasına çevrildi. Bu hadisələr sonralar mətbuat və əhalinin böyük əksəriyyəti tərəfindən siyasi məqsəd güdən partiya siyasətinin nəticəsi kimi qiymətləndirildi.

Ailəsi

Menios Kutsoyorqas Aliki Kutsoyorqa adlı xanımla ailə həyatı qurub və üç övladı var. Qardaşı Praksitelis Kutsoyorqas Yunanıstan jandarmasının generalı olub.

Təltifləri

  • "Şahzadə Henri" ordeni (Portuqaliya)

İstinadlar

  1. Γιώργος Λακόπουλος, Το μυθιστόρημα του ΠΑΣΟΚ, 1999, σελίδες 70-71
  2. "ΚΥΒΕΡΝΗΣH ΑΝΔΡΕA ΠΑΠΑΝΔΡΕΟΥ - Από 21.10.1981 έως 5.6.1985" (Greek). General Secretariat of the Greek Government. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
  3. Giorgos Lakopoulos. "Απολύστε την Αεροσυνοδό". (Greek). 18 July 1999. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
  4. "Ο Μένιος ξεγέλασε Ανδρέα - Καραμανλή". (Greek). 9 December 2001. 17 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
  5. "ΚΥΒΕΡΝΗΣH ΑΝΔΡΕA ΠΑΠΑΝΔΡΕΟΥ - Από 5.6.1985 έως 2.7.1989" (Greek). General Secretariat of the Greek Government. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
  6. [ Εφημερίδα Ελευθεροτυπία 23/3/89]
  7. [Εφημερίδα Το Ποντίκι 3/9/90]
  8. Η Καθημερινή, 11 Ιανουαρίου 1991, «Ελεύθερος με εγγύηση ο Μένιος
  9. Τα Νέα, 22 Απριλίου 1991

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Aqamemnon Kutsoyorqas yun Agamemnwn Koytsogiwrgas 10 may 1922 Rodini d Qerbi Yunanistan 18 aprel 1991 Afina ve ya umumislek adi ile Menios Kutsoyorqas Yunanistan siyasetcisi huquqsunas ve polis iscisi Panhelenik Sosialist Herekatinin PASOK qurucusu ve lideri Andreas Papandreunun yaxin adami olan Kutsoyorqas 1981 1989 cu illerde PASOK hokumeti dovrunde en guclu kabinet uzvlerinden biri kimi ortaya cixdi ve genis ictimaiyyetde Papandreunun varisi kimi qebul edildi Lakin Yorqos Koskotas qalmaqalina qarisdigina gore Xususi Tribunalin qarsisina cixarildi 11 aprel 1991 ci ilde mehkeme iclasi kecirilerken Kutsoyorqas zalda yixildi ve bir hefte sonra oldu Menios Kutsoyorqasyun Agamemnwn KoytsogiwrgasYunanistanin edliyye naziri23 sentyabr 1987 18 noyabr 1988Yunanistanin daxili isler naziri5 iyun 1985 5 fevral 1987Yunanistanin daxili isler naziri17 yanvar 1984 9 may 1985Yunanistan parlamentinin deputati Panhelenik Sosialist Herekati 1974 1989Sexsi melumatlarDogum tarixi 10 may 1922 1922 05 10 Dogum yeri Rodini d Eyyaliya d Axeya Qerbi Yunanistan YunanistanVefat tarixi 18 aprel 1991 1991 04 18 68 yasinda Vefat yeri Afina Afina belediyyesi d Merkezi Afina d Attika YunanistanPartiya Panhelenik Sosialist HerekatiTehsili Afina Universiteti 1945 Fealiyyeti siyasetci huquqsunasHeyatiKutsoyorqas 1922 ci ilin mayinda Axeyanin kendinde anadan olub O Ikinci Dunya muharibesinde zamani Omiros muqavimet qrupunda feal idi ve Italiyanin isgalci hakimiyyet orqanlari terefinden tutularaq hebs edilmisdi Menios Afina Universitetinin Huquq fakultesinde oxumus ve 1945 ci ilde huquq derecesi almisdi Ele hemin il o Seher Polisinin Afina sobesinde polis zabiti oldu O yeddi il polis memuru vezifesinde calisdiqdan sonra huquqsunas olmaq ve oz huquq firmasini acmaq ucun 1952 ci ilde isden cixdi Menios 1958 ci ilde Paris Universitetinin Huquq fakultesinde dovlet huququ uzre magistr derecesi aldi Muharibeden sonraki dovrde Afinanin taninmis huquqsunasina cevrilen Menios Kutsoyorqas Liberal Partiyasinin ve daha sonra Merkez Ittifaqinin lideri olan ile six elaqede idi 1965 ci ilde ASPIDA qalmaqali zamani o Georgios Papandreunun oglu Andreas Papandreunun mudafiecisi olub 1967 1974 cu illerde Yunan herbi xuntasi dovrunde Kutsoyorqas hele 1967 ci ilde rejime qarsi silahli muqavimet teskil etmek cehdlerinde istirak etmis ve evinde silah ve radio oturuculeri askar edildikden sonra tutulmus ve hebs edilmisdir Daha sonra serbest buraxilsa da 1970 ci ilde yeniden hebs olunan Menios bir muddet meshur Yunanistan herbi polisi terefinden dindirilerek saxlanildi FealiyyetiAndreas Papandreunun yaxin emekdasi kimi Kutsoyorqas zamani Panhelenik Sosialist Herekatinin PASOK qurucu uzvu oldu O 1974 cu ilin noyabrinda herbi hokumetin suqutundan sonra kecirilen ilk milli seckide parlament uzvu secildi O 1989 cu ile qeder butun ardicil milli seckilerde Axeya prefekturasini temsil eden deputat oldu PASOK un ilk kabinetinde Kutsoyorqas 21 oktyabr 1981 ci ilde Nazirler Kabinetine rehber teyin edildi ve daxili isler naziri teyin olundugu 17 yanvar 1984 cu ile qeder bu vezifeni tutdu O 9 may 1985 ci ilde hele parlament seckileri kecirilmezden evvel bu vezifeden istefa vermisdi Avropa Parlamentine seckilerin kecirildiyi 22 may 1984 cu ilden 21 iyun 1984 cu iledek onun nazir vezifesini muveqqeti olaraq basqa sexs icra etmisdi Nazir oldugu muddet erzinde Menios Yunanistanin o vaxtki prezidenti ikinci defe yeniden namizedliyi ile bagli 1985 ci ilin martinda bas vermis siyasi bohranda boyuk rol oynamisdi Papandreu bir nece defe namizedliye dair vedler verse de PASOK partiyasinin aparici uzvleri ve Kutsoyorqas ozu siddetle buna qarsi cixmisdi Nehayet esasen Kutsoyorqasin tekidi ile PASOK bu vezifeye hakim teklif etmisdi PASOK un 1985 ci il seckilerindeki qelebesinden sonra Kutsoyorqas 5 iyun 1985 ci ilde yeniden daxili isler naziri vezifesine teyin edildi 26 iyul 1985 ci il tarixli kadr deyisikliyinde o ictimai asayis portfelini de oz uzerine goturdu ve bu selahiyyeti 25 aprel 1986 ci ile qeder icra etdi Menios 1987 ci il fevralin 5 dek daxili isler naziri vezifesinde qaldi 23 sentyabr 1987 ci ilde ise hokumetin vitse prezidenti ve edliyye naziri teyin edildi Guclu partiya bazasi olmayan PASOK un secicileri arasinda meshurlasan bu teyinat onu faktiki olaraq hokumetin ikinci adami etmisdi 1988 ci ilde Papandreunun xesteliyi zamani elece de avqust sentyabr aylarinda Boyuk Britaniyada urek emeliyyati olunmaq ucun Yunanistanda olmadigi muddetde Kutsoyorqas faktiki bas nazir vezifesini icra edirdi Bununla bele Yorqos Koskotas ve Krit Banki qalmaqalina adi qarisdigina gore Menios Kutsoyorqas metbuatin tenqidine meruz qaldi Bezi tenqidcilere gore ozamanki haqqinda qanunvericilik Koskotasin arasdirmadan yayinmasina imkan verirdi bu sebebden hem metbuat hem de PASOK daxilinde Meniosa qarsi tenqidler getdikce artirdi O bununla bele Papandreunun desteyini almaga davam etdi 1988 ci il noyabrin 18 de hokumetin vitse prezidenti ve edliyye naziri vezifelerinden istefa vermeye mecbur qalsa da yeniden Nazirler Kabinetinin rehberi teyin edildi 1989 cu ilin martinda Koskotasin heyat yoldasi ile Koskotasin seriki I Macuranis arasindaki sohbetlerin audio lentlerinin artiq qacaq olan ve ABS de hebsde saxlanilan Koskotas terefinden yayimlanmasi ile bohran pik hedde catdi Hemin kasetler Kutsoyorqasin Koskotas ucun bank sirri haqqinda qanunu teskil etmek meqsedile Isvecre bank hesabindan 2 milyon ABS dollari aldigini gosterirdi Kutsoyorqas bu iddialari redd etdi ve Koskotasi Yunanistan qanunlarindan qacdigi ve hokumetin hereketlerinin onun saxta imperiyasinin cokmesine sebeb oldugu bir vaxtda hokumeti santaj etmekde ittiham etdi Hemin erefede parlamentde etimad sesvermesi Papandreunun xeyrine yekunlassa da Kutsoyorqas 16 mart 1989 cu ilde istefasini teqdim etdi Sonraki arasdirmalar gosterdi ki Koskotasin yaxin adami evveller PASOK hokumetinin uzvu olan ve Menios ile elaqesi olan I Macuranis 1988 ci ilin payizinda Meniosa Isvecrede bank hesabi acmaq ucun vasitecilik edib I Macuranis bir nece hefte sonra hemin hesaba 1 2 milyon dollar depozit qoyub Bir nece hefte sonra depozitden xeberdar olan Menios vesaiti Macuranise qaytarib ve hesabi baglayib Bu hadiseler 1989 cu ilin martinda ortaya cixdiqda Macuranis Meniosun hemin vesaiti gozlediyini iddia etdi Kutsoyorqas ise bank hesabinin sexsi meqsedler ucun acildigini ve Koskotasin qanunsuz fealiyyetinin ifsa olundugu zamanda Koskotas isinin kritik meqaminda pul vesaitinin gonderilmesinin Koskotas ve Macuranis terefinden Kutsoyorqasi teleye salmaq cehdi oldugunu iddia edirdi Kutsoyorqas mehkeme prosesinde ozunu mudafie ederken olduyu ucun bu hadiselerin teferruatlari arasdirilmadi Mayin 18 de PASOK Merkezi Komitesi Krit Banki isi uzre istintaq tamamlanana qeder Meniosun 1989 cu ilin iyununda kecirilen parlament seckilerinde namizedliyinin ireli surulmesinin eleyhine ses verdi Sentyabrin 27 de parlamentde kecirilen sesvermede Menios Kutsoyorqas Andreas Papandreu Dimitris Tsovolas ve Yorqos Petsos Koskotas qalmaqalini arasdirmaq ucun yaradilmis Xususi Tribunala gonderildiler Teqsirlendirilen sexslerden yalniz 68 yasli Kutsoyorqas 2 oktyabr 1990 ci ilde mehkeme iclasinadek Koridalos hebsxanasina gonderildi bu hereket o zamanlar siyasilesdirilmis ve qeyri adekvat addim hesab edilerek tenqid olunmusdu Bu addim cemi bir nece ay evvel sosialist partiyasinin korrupsiya iddialari ile mubarize aparmaq adi ile secilen yeni Mitsotakis hokumeti terefinden desteklenmisdi Kutsoyorqas derhal bu qerardan apellyasiya sikayeti vermis onun isine baxan Afina Apellyasiya Mehkemesinin Apellyasiya Surasi apellyasiya sikayetini temin etmis ve neticede Kutsoyorqas 10 yanvar 1991 ci ilde hebsden azad edilmisdi Mehkeme iclasi 1991 ci il martin 11 de agir siyasi atmosferde basladi Proses canli televiziyada yayimlanirdi Kutsoyorqas oz movqeyinde dayandi ve ittiham terefinin sahidi bas auditoru Ioannis Kamarasi dindirmesi ittiham terefinin isinde bir cox qusurlari uze cixardi Aprelin 11 de diger sahidi Yunanistan Bankinin kecmis sedr muavini Statis Papaceorciounu dindirerken Kutsoyorqas mehkeme zalinda yixildi ve yeddi gun sonra oldu Onun defn merasimi Afinanin merkezinde kecirildi Defnde boyuk izdiham toplanmisdi Merasim Xususi Tribunalin davam etmesine qarsi siyasi etiraz dalgasina cevrildi Bu hadiseler sonralar metbuat ve ehalinin boyuk ekseriyyeti terefinden siyasi meqsed guden partiya siyasetinin neticesi kimi qiymetlendirildi AilesiMenios Kutsoyorqas Aliki Kutsoyorqa adli xanimla aile heyati qurub ve uc ovladi var Qardasi Praksitelis Kutsoyorqas Yunanistan jandarmasinin generali olub Teltifleri Xidmetlere gore ordeni Fransa Xidmetlere gore ordeni Polsa Sahzade Henri ordeni Portuqaliya IstinadlarGiwrgos Lakopoylos To my8istorhma toy PASOK 1999 selides 70 71 KYBERNHSH ANDREA PAPANDREOY Apo 21 10 1981 ews 5 6 1985 Greek General Secretariat of the Greek Government 21 July 2011 tarixinde arxivlesdirilib Istifade tarixi 17 March 2011 Giorgos Lakopoulos Apolyste thn Aerosynodo Greek 18 July 1999 21 July 2011 tarixinde arxivlesdirilib Istifade tarixi 17 March 2011 O Menios 3egelase Andrea Karamanlh Greek 9 December 2001 17 February 2013 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 17 March 2011 KYBERNHSH ANDREA PAPANDREOY Apo 5 6 1985 ews 2 7 1989 Greek General Secretariat of the Greek Government 21 July 2011 tarixinde arxivlesdirilib Istifade tarixi 17 March 2011 Efhmerida Eley8erotypia 23 3 89 Efhmerida To Pontiki 3 9 90 H Ka8hmerinh 11 Ianoyarioy 1991 Eley8eros me eggyhsh o Menios Ta Nea 22 Aprilioy 1991

Nəşr tarixi: May 03, 2025, 06:32 am
Ən çox oxunan
  • İyun 01, 2025

    Salvia herbanica

  • İyun 01, 2025

    Salvia harleyana

  • İyun 01, 2025

    Salvia hasankeyfensis

  • İyun 01, 2025

    Salvia haenkei

  • İyun 01, 2025

    Salvia grewiifolia

Gündəlik
  • İkinci Macarıstan Respublikası

  • Brayan Uilson

  • Qazi Yaşargil

  • Corc E. Smit

  • Rumıniya Sosialist Respublikasında Pravoslav Kilsəsi

  • Sekuritate

  • 922

  • 1550

  • Adolf Hitler

  • Həmid Kərzai

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı