Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

şortəpə yaşayış yeri Naxçıvan Muxtar Respublikasının şərur rayonunun ibadulla kəndindən cənub şərqdə yerləşən qədim yaşa

Şortəpə yaşayış yeri

Şortəpə yaşayış yeri
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Şortəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndindən cənub-şərqdə yerləşən qədim yaşayış yeri.

Tədqiqi tarixindən

Yaşayış yeri ilk dəfə 1934-cü ildə qeydə alınmışdır. Abidə ətraf yerlərə nisbətən 1,5-2 m hündürlükdə olan oval təpədən ibarətdir. Sahəsi 1500 kv. m-dir .

1936-cı ildə Ə.K.Ələkbərov Şortəpədə kəşfiyyat qazıntısı aparmış və mədəni təbəqəni 3 m dərinliyədək tədqiq etmişdir .

Mədəni təbəqələr və maddi-mədəniyyət nümunələri

Tədqiqat nəticəsində dörd mədəni təbəqə aşkar olunmuşdur. Birinci təbəqə Kür-Araz mədəniyyətinə aiddir. Bu təbəqədən iribuynuzlu heyvan başı formasında və nalşəkilli formada hazırlanmış ocaq qurğuları aşkar olunmuşdur. İkinci təbəqədə Orta Tunc dövrü üçün xarakterik olan boyalı və sadə qablar, üçüncü təbəqədə isə daş qutu tipli qəbirlər və uzunboğaz çəkmə formasında olan gil qab aşkar edilib. Dördüncü təbəqə 0,3-0,9 m dərinlikdə yerləşir. Bu təbəqədə uşağa və yaşlı adamlara aid torpaq qəbirlər tapılmışdır.

Şortəpə yaşayış yerində Eneolit dövrünə aid bir boyalı qab aşkar edilmişdir. Bu qab qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmişdir. Gövdəsinin yuxarı hissəsində olan oval deşik onun lüləkli olduğunu göstərir. Qabın xarici səthi yaxşı cilalanmışdır. Naxışlar qabın cilalanmış səthinə qırmızı boya ilə çəkilmişdir. Naxışlar kasanın ağzının kənarına çəkilən enli zolaqdan ayrılan şüaşəkilli ornamentlərdən ibarət olub, bir-birinin içərisinə çəkilmiş bucaqları xatırladır. Bu tip naxışlama Ubeyd mədəniyyəti üçün xarakterik olub.

Şortəpə yaşayış yerinin Erkən Tunc dövrünə aid keramika nümunələrini iki qrupa bölmək olar. Birinci qrupdakılar boz rəngdə bişirilmişdir. Onların bir qismi çəhrayı astarlıdır. Bu qabların bəzisi içəridən yaxşıca sığallanmış, bəzisi isə cilalanmışdır. Qabların bəzisinin xarici səthinə, bəzisinin isə ağzının içəri tərəfinə qara boya çəkilərək cilalanmışdır. Qabların bəzisinin içəri tərəfində qırmızı boya izləri vardır. Ikinci qrupa qırmızı rəngdə bişirilmiş küpə tipli qabların parçaları daxildir. Qablar narın qum qarışığı olan gildən hazırlanaraq hər iki üzdən cilalanmışdır. Onlardan birinin hər iki üzünə qırmızı boya çəkilmişdir.

Tarixi dövrləşdirilməsi

Araşdırmalara əsasən Şortəpənin Erkən Tunc dövrü keramikasını e.ə. V minilliyin sonu- e.ə. III minilliyin birinci yarısına aid etmək olar.

Arxeoloji qazıntılar zamanı yaşayış yerindən Orta Tunc dövrünə aid keramika məmulatı olduqca az tapılmışdır. Bunun əksinə olaraq Şortəpə nekropolunda boyalı keramika məmulatı olduqca zəngindir.

Abidənin Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatı əsasən boz yaxud qara rəngdə bişirilmişdir. Çəhrayı rəngdə bişirilən keramika olduqca azdır. Boz rəngli keramika məmulatı kasa və küpə tipli qabların parçalarından ibarətdir. Naxçıvanın Erkən Dəmir dövrü mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti elementlərinin izlənməsi ilə diqqəti cəlb edir. Məlum olduğu kimi bu mədəniyyət başlıca olaraq boz rəngli keramika ilə xarakterizə edilir.

Mənbə

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007
  • Abbas Seyidov, Vəli Baxşəliyev. Şortəpə. Bakı: "Təhsil+"Q.R, 2013
  • Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008
  • Abbas Seyidov. Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı: Elm, 2003
  • Алекперов А.К. Исследования по археологии и етнографии Азербайджана. Баку: Изд-во АН Азербайджанской ССР, 1960.
  • Vəli Əliyev. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: Elm, 1977

İstinadlar

  1. Seyidov 2003, s.75
  2. Baxşəliyev 2008, s.31-32
  3. Алекперов 1960, с.54-55

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Sortepe yasayis yeri Naxcivan Muxtar Respublikasinin Serur rayonunun Ibadulla kendinden cenub serqde yerlesen qedim yasayis yeri Tedqiqi tarixindenYasayis yeri ilk defe 1934 cu ilde qeyde alinmisdir Abide etraf yerlere nisbeten 1 5 2 m hundurlukde olan oval tepeden ibaretdir Sahesi 1500 kv m dir 1936 ci ilde E K Elekberov Sortepede kesfiyyat qazintisi aparmis ve medeni tebeqeni 3 m derinliyedek tedqiq etmisdir Medeni tebeqeler ve maddi medeniyyet numuneleriTedqiqat neticesinde dord medeni tebeqe askar olunmusdur Birinci tebeqe Kur Araz medeniyyetine aiddir Bu tebeqeden iribuynuzlu heyvan basi formasinda ve nalsekilli formada hazirlanmis ocaq qurgulari askar olunmusdur Ikinci tebeqede Orta Tunc dovru ucun xarakterik olan boyali ve sade qablar ucuncu tebeqede ise das qutu tipli qebirler ve uzunbogaz cekme formasinda olan gil qab askar edilib Dorduncu tebeqe 0 3 0 9 m derinlikde yerlesir Bu tebeqede usaga ve yasli adamlara aid torpaq qebirler tapilmisdir Sortepe yasayis yerinde Eneolit dovrune aid bir boyali qab askar edilmisdir Bu qab qum qarisigi olan gilden hazirlanaraq qirmizi rengde bisirilmisdir Govdesinin yuxari hissesinde olan oval desik onun lulekli oldugunu gosterir Qabin xarici sethi yaxsi cilalanmisdir Naxislar qabin cilalanmis sethine qirmizi boya ile cekilmisdir Naxislar kasanin agzinin kenarina cekilen enli zolaqdan ayrilan suasekilli ornamentlerden ibaret olub bir birinin icerisine cekilmis bucaqlari xatirladir Bu tip naxislama Ubeyd medeniyyeti ucun xarakterik olub Sortepe yasayis yerinin Erken Tunc dovrune aid keramika numunelerini iki qrupa bolmek olar Birinci qrupdakilar boz rengde bisirilmisdir Onlarin bir qismi cehrayi astarlidir Bu qablarin bezisi iceriden yaxsica sigallanmis bezisi ise cilalanmisdir Qablarin bezisinin xarici sethine bezisinin ise agzinin iceri terefine qara boya cekilerek cilalanmisdir Qablarin bezisinin iceri terefinde qirmizi boya izleri vardir Ikinci qrupa qirmizi rengde bisirilmis kupe tipli qablarin parcalari daxildir Qablar narin qum qarisigi olan gilden hazirlanaraq her iki uzden cilalanmisdir Onlardan birinin her iki uzune qirmizi boya cekilmisdir Tarixi dovrlesdirilmesiArasdirmalara esasen Sortepenin Erken Tunc dovru keramikasini e e V minilliyin sonu e e III minilliyin birinci yarisina aid etmek olar Arxeoloji qazintilar zamani yasayis yerinden Orta Tunc dovrune aid keramika memulati olduqca az tapilmisdir Bunun eksine olaraq Sortepe nekropolunda boyali keramika memulati olduqca zengindir Abidenin Son Tunc ve Erken Demir dovrune aid keramika memulati esasen boz yaxud qara rengde bisirilmisdir Cehrayi rengde bisirilen keramika olduqca azdir Boz rengli keramika memulati kasa ve kupe tipli qablarin parcalarindan ibaretdir Naxcivanin Erken Demir dovru medeniyyeti Xocali Gedebey medeniyyeti elementlerinin izlenmesi ile diqqeti celb edir Melum oldugu kimi bu medeniyyet baslica olaraq boz rengli keramika ile xarakterize edilir MenbeVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007 Abbas Seyidov Veli Baxseliyev Sortepe Baki Tehsil Q R 2013 Veli Baxseliyev Naxcivanin arxeoloji abideleri Baki Elm 2008 Abbas Seyidov Naxcivan e e VII II minilliklerde Baki Elm 2003 Alekperov A K Issledovaniya po arheologii i etnografii Azerbajdzhana Baku Izd vo AN Azerbajdzhanskoj SSR 1960 Veli Eliyev Azerbaycanda Tunc dovrunun boyali qablar medeniyyeti Baki Elm 1977IstinadlarSeyidov 2003 s 75 Baxseliyev 2008 s 31 32 Alekperov 1960 s 54 55

Nəşr tarixi: İyun 24, 2024, 05:54 am
Ən çox oxunan
  • Fevral 03, 2025

    Nadejda Xvoşinskaya

  • Aprel 01, 2025

    Nad (Fransa)

  • May 29, 2025

    Nabat (film)

  • Aprel 05, 2025

    Nazim İbrahimov (hərbi hakim, 1947)

  • Fevral 21, 2025

    Nazim Hüseynov (dəqiqləşdirmə)

Gündəlik
  • Azərbaycan dili

  • Azərbaycanca Vikipediya

  • The Beach Boys

  • Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • UNESCO

  • Sovet İttifaqı Qəhrəmanı

  • Nəbi Xəzri

  • ABŞ

  • 1994

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı