Yunan qozu
Yunan qozu (lat. Juglans regia L.) – Hündürlüyü 25 (30) m-ə və diametri 150–200 (400) sm-ə qədər olan, ağacdır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və yaazacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Sərbəst duran ağaclarınçətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır.
Yunan qozu | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Juglans regia | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Juglans regia L. | |||||||||||||||||
Mühafizə statusu | |||||||||||||||||
Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə.
Meyvə verməsi: Avqust-Sentyabr
Yarpaq
Yarpaqları təklələkvaridir, uzunsovyumurtaşəkilli və ya ellipsvari, ətirli, kənarları tam və ya diş-diş, çılpaq və yaxud alt tərəfdəndamarların küncündə tükləri olan, (2) 3–5 cütyarpaqcıqların; yuxarı tək yarpağı çox iridir,kənardakılar isə yarpağın qaidəsinə doğru kiçilmişdir.
Çiçək
Erkəkcikli çiçəkləri 12–18 ədəd erkəkciyi və 6 bölümlü çiçəkyanlığı vardır və 4–6 sm uzunluğunda olan salxımda yerləşmişdir.4 ədəddişli çiçəkyanlığı olan dişicikli çiçəkləri tək və ya 2–3 ədəd olmaqla birgə oturur. Dişicikli çiçəkləri 4 dişli çiçəkyanlığı ilə tək və ya 2–3 ədədolmaqla birgə oturur.
Meyvə
Meyvələri yumurtaşəkilli, oval və yaxud oval-şarşəkilli; xarici meyvəyanlığı yaşılımtıl,çılpaq, daxili (qoz) meyvəyanlığı isə bərk,torvari-qırışlı qismən iri qabırğalı və ucu sivriləşmişdir.
Yaşayış mühiti
Aşağı və orta dağ qurşaqlarının meşələrində.
Təsərrüfat əhəmiyyəti
Oduncağı xarrat və dülgər, aviasiya və silah, mebel işlərində istifadə olunur. Meyvələri çox qidalıdır. Qabığında, yarpağında və meyvəsinin qabığında çoxlu aşı maddəsi vardır. Yarpaq və qabığı boyaq kimiyun parçaları açıq-qonur və qəhvəyi-qonurrəngə boyamaq üçün istifadə olunur. Dekorativ əhəmiyyətli bitkidir.
Təbii yayılması
Vətəni İran hesab edilir. Təbii halda Əfqanıstanda, Çində, Koreyada, Yaponiyada, Orta Asiyada dağlarda və Balkanyanı ölkələrdə, o cümlədən Krımda, Qafqazda bitir. Yunan qozuna bəzən girdəkan və ya cevüz də deyilir.
Botaniki təsviri
Hündürlüyü 25–35 m-ə, gövdəsinin diametri 1,5–2,0 m-ə çatan, ucaboylu, geniş çətirli ağacdır. Gövdəsi biçimli, qabığı açıq boz, hamar və ya azca çatlıdır. Budaqları əvvəlcə boz-yaşıl, sonralar isə açıq-boz rəng alır. Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşılımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir. Yarpaqları təklələkvari, üst tərəfi parlaq, tünd yaşıl, alt tərəfi solğun yaşıl rəngdə, uzunluğu 20–50 sm-dir. Yarpaqcıq 3–5 cüt olub, uzunsov-yumurtavari və ya ellipsşəkilli, təpə hissəsi sivri, qaidəyə yaхın hissəsi qeyri-bərabəryanlı, uzunluğu 5–10 sm, eni 3–6 sm, kənarları bütöv və ya azca dişli, üst tərəfi çılpaq, alt tərəfi azca tüklüdür. Erkəkcikli çiçəklərində 18–30 erkəkcik və altıdilimli çiçəkyanlığı vardır. Dişicikli çiçəkləri tək-tək və ya 2–4-ü bir yerdə olmaqla cavan zoğların təpəsində yerləşmiş, çiçək yanlığı 4 dişli, dişicik ağızcığı iridir, qırmızı rənglidir. Külək vasitəsilə tozlanır. Meyvəsi dəyirmi və ya uzunsov-dəyirmi olub, yaşıl rəngli yalançı çəyirdəkmeyvədir. Qoz ləpəsi oduncaqlaşmış pərdə ilə iki hissəyə ayrılır.
Ekologiyası
Tez böyüyən, istisevən, uzunömürlü, torpağa tələbkar bitkidir. Şaquli kökləri yaхşı inkişaf etdiyindən küləyə qarşı davamlıdır.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqazda, Talış dağlarında, Naхçıvanda, Zaqatala-Şəki düzənliyində, Abşeronda park və bağlarda təsadüf edilir. Yabanı şəkildə BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ.,Nax. dağ., Qobustan.
İstifadəsi
Meyvəsində 50–78%-ə qədər yağ vardır. Yeyinti sənayesində geniş istifadə edilir. Oduncağı yüksək keyfiyyətli olduğuna görə mebel, qapı-pəncərə, parket və s. düzəldilməsində, aviasiya sənayesində geniş istifadə olunur.
Mənbə
- "Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016"
http://dendrologiya.az/?page_id=112 2019-11-17 at the Wayback Machine Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Məlumat mənbələri
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
- Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh