Bakı İşçi Teatrının 15 illiyi qısametrajlı sənədli filmi rejissorlar Seyfulla Bədəlov və Vladimir Yeremeyev tərəfindən 1936-cı ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Bakı İşçi Teatrının yubileyinə həsr olunmuşdur.
Film Bakı İşçi Teatrının yubileyinə həsr olunmuşdur.
Kinooçerkdə teatrın bədii rəhbəri, rejissorları, görkəmli artistləri göstərildikdən sonra həmin sənətkarların quruluşunda və artistlərin ifasında tamaşaya qoyulmuş əsərlərdən-"Əsilzadələr", "Od Gəlini", "Tufan", "Dönüş" və "Konsert"dən səhnələr göstərilmişdir.
↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 28
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 57.