Bəzi mülahizələrə görə məhəllə indiki Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsindən Böyük bağa (keçmiş “Padşahlıq bağı”na) qədər olan ərazidə yerləşirmiş.
Adı
Məhəllə adının mənşəyi Kəngərli nəslinin Ağabəyli tayfasının adı ilə bağlıdır. Kəngərlilərin əsas qollarından biri Ağabəylilər olmuş. Naxçıvan şəhəri və ətraf kəndlərdə yaşamışlar. Bu tayfa adma XVI-XVII əsrlərə aid qəbalə sənədləri və digər mənbələrdə rast gəlinir. Ağabəylilər Naxçıvan xanlığının ictimai- siyasi həyatında yaxından iştirak etmiş, “Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736-1747) sarayda məsul vəzifələrdə işləmiş, bir qismi vəkilliklə məşğul olmuşdur. Ağabəylilər tayfasına öz aralarından çıxmış vəkil və ağsaqqallar rəhbərlik edirmiş.
Məşğuliyyəti
Naxçıvan diyarının və Dərələyəz mahalının kəndlərində yaşayan Ağabəylilər maldarlıqla məşğul olmuşlar” . Naxçıvan şəhərinə yaxın kəndlərdə yaşayan Ağabəylilərin də əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur.