Nəqliyyat Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi — dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nəqliyyat Nazirliyi | |
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi | |
Ölkə: | Azərbaycan |
Yaradılıb: | 5 avqust 1998 |
Ləğv edilib: | 13 fevral 2017 |
Tabeçilik: | Azərbaycan Respublikası Prezidenti |
Ünvan: | Tbilisi pr. 1054 Bakı, Azərbaycan AZ 1122 |
Rəhbərlik | |
Rəhbər: | Ziya Məmmədov |
Müavin: | Musa Pənahov Arif Əsgərov |
Sayt | |
mot.gov.az |
Tarixi
Nazirlik Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentiinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır.
İstinadlar
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Xarici keçidlər
- Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Nazirlik haqqında.