Əli Ələsov
Əli Aydın oğlu Ələsov (8 yanvar 1995; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Əli Ələsov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Goranboy rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Goranboy rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Suqovuşan döyüşləri |
Həyatı
Əli Ələsov 1995-ci il yanvarın 8-də Goranboy rayonunun Tatarlı kəndində anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun leytenantı olan Əli Ələsov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Ələsov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 29.12.2020-ci il tarixində Goranboy rayonunda dəfn olunub.
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.